Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2190/2021 25.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 ızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 2,821.07 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazası”nda **********00013 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış SE 200 tipli, zavod nömrəsi ********** olan elektrik-hesablama sayğacı vasitəsi ilə 27.10.2015-ci il tarixdən 22.12.2017-cı il tarixinə kimi istifadə etmiş 22.12.2017-cı il tarixindən 29.05.2020ci il tarixinə kimi VİKO-M580 tipli zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı vasitəsi 29.05.2020-ci il tarixdən hal-hazıra kimi isə PAUD-MP 106 tipli zavod -nömrəsi **********0 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” bağlanmışdır. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehin 13.06.2017-ci il tarixdən 06.09.2021-ci il tarixə kimi elektrik enerjisindən ayrılmış limitdən (5 nəfər üçün 105 manat) artıq istifadə etdiyinə görə 668 manat məbləğində debitor borc yaratmışdır. Cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən cəmi 29.05.2020-ci il tarixə cəmi 10 manat ödəniş etdiyi üçün onun 06.09.2021-ci il tarixinə ödənilməli olan 668 manat məbləğində debitor borcu vardır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Aytən İbrahimova iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirakı təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 05 yanvar 2021-ci il tarixli 170864 saylı müqavilənin surətindən məlum olur ki, Yevlax EŞ-nin “Proqram bazası”nda **********00013 saylı istehlakçı kodu ilə abonent Cavabdeh məskunlaşdığı Yevlax rayonu, Meyvəli kəndində yerləşən evin elektrik enerjisi ilə təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. **********00013 saylı Abunə haqqında məlumatdan müəyyən olunur ki, qeyd edilən ünvanda Cavabdehun məskunlaşdığı ev elektrik enerjisi ilə təmin edilmiş, sayğac üzrə hesablanmış 31 dekabr 2016-cı il tarixə borc silinmiş, 13 iyun 2017-ci il tarixdən 668 manat borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Meyvəli kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə "xxxx" ASC tərəfindən təmin olunmuşdur, cavabdeh isə 2016-cı ildən istifadə etdiyi elektrik enerjisinin haqqını tam olaraq ödəməmiş və nəticədə 668 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 668 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 668 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi 698 (altı yüz doxsan səkkiz) manat "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2190/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2190/2021
25.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver