Məhkəmə qərarları › İş №2(039)-220/2020

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-220/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-220/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı 'Daxili lizinq” müqaviləsi ləğv edilməsi; Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2015-ciil tarixə 468,34 manat əsas, 495.11 manat mükafat və həmin günə hesablanmış 311.27 manat dəbbə pulu, cəmi 1274.72 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X8 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA511689 ban, 0453 mühərrik nömrəli, ağ rəngli avtomobil 12550 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx xxx 2015-ci il tarixdə X8, X12 və “İddiaçı’’ ASC arasında AL- 2569(1) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə X12 arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o illik 17 % hesablanmaqla 55 aylıq müddətə hər ay sabit olaraq 322.69 manat, ümumilikdə isə 17747.27 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxx 2015-ci il tarixdə X12, X9 və İddiaçı ASC arasında AL-2569(2) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı “daxili lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxx 2015-ci il tarixdə X9, X4 və İddiaçı ASC arasında AL-2569(3) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı “daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixdə X4, Cavabdeh və İddiaçı ASC arasında AL-2569(4) saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı “daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2015-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2015-ci il tarixdə 324 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh Səhiiyar oğlunun xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı “daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2015-ci il tarixə 468.34 manat əsas, 495.11 manat mükafat və həmin günə hesablanmış 311.27 manat dəbbə pulu, cəmi 1274.72 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və dəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı ASC-nin direktoru Rövşən Adıgözəlov məhkəməyə teleqram ünvanlayaraq, işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı ASC 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC ilə X8 arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL-2569 saylı daxili lizinq müqaviləsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA511689 ban nömrəli, 0453 mühərrik nömrəli, ağ rəngli avtomobil X7 verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X8, X12 və İddiaçı ASC arasında xx xxx 2015-ci il tarixdə bağlanmış AL-2569 (1) saylı öhdəliklərin ötrülməsi müqaviləsinin surətindən məlum olur ki, X12 xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL- 2569 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X12, X9 və İddiaçı ASC arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış AL-2569 (2) saylı öhdəliklərin ötrülməsi müqaviləsinin surətindən məlum olur ki, X9 xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL- 2569 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X9, X5 və İddiaçı ASC arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış AL-2569 (3) saylı öhdəliklərin ötrülməsi müqaviləsinin surətindən məlum olur ki, X5 xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL- 2569 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X5, Cavabdeh və İddiaçı ASC arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış AL-2569 (4) saylı öhdəliklərin ötrülməsi müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL-2569 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2015-ci il tarixli təhvil-təslim aktının surətindən məlum olur ki, Cavabdeh X2 istifadəsində olan İddiaçı ASC-nin mülkiyyətində olan «Daewoo Gentra» markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən xx xxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlrlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli öhdəliklərin ötrülməsi müqaviləsinə əsasən xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqavilə üzrə İddiaçı ASC-yə məxsus 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **- AX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA511689 ban nömrəli, ağ rəngli avtomobili lizinqə götürmüş, lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələbinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh öhdəliklərinin icra edilməsini, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı daxili lizinq müqaviləsi ləğv edilməli; Cavabdeh 468.34 manat əsas borc, 495.11 manat mükafat və həmin günə hesablanmış 311.27 manat dəbbə pulu, cəmi 1274.72 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-2569 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 468.34 manat əsas borc, 495.11 manat mükafat və həmin günə hesablanmış 311.27 manat dəbbə pulu, cəmi 1274.72 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar