Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-221/2020 14.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin üzrə borcun ödənilməsi tələbinə dair iddiasına dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı” ASC ilə bağlanmış xx xxxxxx 2017-ci il tarixli AL-154 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2017-ci il tarixli AL-154 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2017-ciil tarixə 2013,08 manat əsas, 1524,85 manat mükafat və həmin günə hesablanmış 695,34 manat dəbbə pulu, cəmi 4233,27 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli AL-154 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA514136 ban, 211132632DFCX0124 mühərrik nömrəli, qara rəngli avtomobil 14420 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17% hesablamaqla 44 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 442,24 manat, ümumilikdə isə 19458,30 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2017-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2017-ci il tarixdə 426 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxxxx 2017-ci il tarixli AL-154 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2017-ci il tarixə 2013,08 manat əsas, 1524,85 manat mükafat və həmin günə hesablanmış 695,34 manat dəbbə pulu, cəmi 4233,27 manat borc yaranmışdır. İddiaçı ASC-nin direktoru Rövşən Adıgözəlov teleqram ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. İddiaçı ASC-nin direktoru Rövşən Adıgözəlov ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iştirakı olmadan işə baxıb, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (lizinq verən) ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış AL-154 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən Müqvilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən lizinq obyektini Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi dəyəri 14420 manatdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx xxxxxx 2017-ci il tarixli daxili lizinq müqaviləsi üzrə İddiaçı ASC-yə məxsus 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA514136 ban nömrəli, qara rəngli avtomobili lizinqə götürmüş, lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli AL-154 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh müqavilə üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanmış 2013,08 manat əsas, 1524,85 manat mükafat və 695,34 manat dəbbə pulu, cəmi 4233,27 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli AL-154 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 2013,08 manat əsas, 1524,85 manat mükafat və 695,34 manat dəbbə pulu, cəmi 4233,27 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi-qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-221/2020
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-221/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver