Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-224/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı hüquqşünası X2 iştirakları ilə, İddiaçı Bərdə Regional Təsərrüfatı Mərkəzinin Cavabdeh Məhərrəm oğluna qaşı çoxlu sayda mal-qaranın çıxarılmasını və qanunsuz tikililəri sökülməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bərdə Regional Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin Bərdə RMTM-nin Cırdaxan meşəliyininin 13 saylı meşə dolayından özünə məxsus çoxlu sayda mal-qarasının çıxarılmasına, qanunsuz tikililərin sökülməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı 17.09.2021-ci il tarixli 68/M saylı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Məcburi Göstərişinə əsasən Mərkəzin Cırdaxan meşəbəyliyinin 13 saylı meşə dolayısının 7-ci kvartalında 15.09.2021-ci il tarixdə 71457 saylı akt tərtib olunmuşdur. Yevlax şəhəri, Qasım bəy Zakir küçəsi ev 3-də yaşayan Cavabdeh 4*6=24 m2 ölçüdə yaşayış evi, 4*12=48 m2 ölçüdə 2 ədəd mal damı inşa edərək qanunsuz olaraq məskunlaşmış və 70 baş xırda buynuzlu heyvanları saxlayır və meşə ərazisində otarır. Cavabdeh, X3 İəsərrüfatı Mərkəzinin edilmiş xəbərdarlığa baxmayaraq qanunsuz tikililəri sökməkdən imtina etmişdir. Ona görə də cavabdeh tərəfindən Bərdə RMTM-nin ərazisində qanunsuz tikililərin sökülməsində məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. İddiaçı nümayəndəsi Fuad Rüstəmov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “Qarxun” meşə təsərrüfatının 21 nömrəli kvartalının 9, 10, 19, 20, 21 saylı bölməsində 25 ha meşə sahəsi meşə salmaq şərti ilə Cavabdeh icarəyə verilmişdir. Lakin, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq həmin ərazidə və kənarlarda özünə məxsus mal-qara otarmağa başlamış və orada qanunsuz olaraq tikili inşa etmişdir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh mal-qaranı meşə zolağından çıxarmaqdan və tikililəri sökməkdən imtina edir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, 14 aprel 1998-ci il tarixli torpaq sahəsinin icarə müqaviləsinə əsasən “Qarxun” meşə təsərrüfatının 21 nömrəli kvartalının 9, 10, 19, 20, 21 saylı bölməsində 25 ha meşə sahəsi onun icarəsinə verilmişdir. Məcburi köçkün olduğu və başqa gəlir yeri olmadığı üçün həqiqətən həmin ərazidə tikili inşa edərək özünə məxsus iri və xırda buynuzlu heyvanları orada saxlamış və həmin ərazidə otarmışdır. Tələbə etiraz etmədiyini, heyvanları ərazidən çıxaracağını və inşa etdiyi tikililəri sökəcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən kecirərək hesab edir ki, iddia təmin edilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17.09.2021-ci il tarixli 68/M saylı İddiaçınə ünvanlanmış Məcburi Göstərişdə qeyd olunur ki, ünvan 2 meşə dolayısının 7-ci kvartalında Cavabdeh Məhəmməd oğlunun qanunsuz tikililər inşa edərək yaşadığı aşkar edilmişdir. 14 aprel 1998-ci il tarixli icarə müqaviləsinin surəti ilə müəyyən olunur ki, “Qarxun” meşə təsərrüfatının 21 nömrəli kvartalının 9, 10, 19, 20, 21 saylı bölməsində 25 ha meşə sahəsi meşə salmaq şərti ilə Cavabdeh icarəyə verilmişdir. Təqdim edilmiş sübutlarla, habelə iş üzrə cavabdehin etirafı ilə təsdiq olunur ki, Cavabdeh, meşə salmaq şərti ilə ona icarəyə verilmiş ərazidə qanunsuz olaraq tikili inşa etmiş, həmin, habelə ətraf ərazidə iri və xırda buynuzlu heyvanları saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Meşə Məcəlləsi: Maddə 10. Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir. Maddə 17. Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir. Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar: meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək; meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək; istifadəyə verilmiş meşə fondu sahələrini (torpaqlarını) öz hesabına meşə fondu sahələrinin icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş vəziyyətə gətirmək; meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəmək; Beləliklə, mövcud sübutlarla təsdiq olunur ki, cavabdeh ona verilmiş ərazidə qanunsuz tikili inşa etməklə, habelə həmin ərazidə iri və xırda buynuzlu heyvanlar saxlamaqla icarə müqaviləsi, habelə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Məhəmməd oğluna məxsus mal-qara Bərdə RMTM-nin Cırdaxan Meşəbəyliyinin 13 saylı meşə dolayından çıxarılsın və orada inşa edilmiş tikililər sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-224/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-224/2022
03.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver