Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2244/2022 28.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində uşaqları 29 may 2012-ci il təvəllüdlü X1 və 06 noyabr 2015-ci il təvəllüdlü X2 hər ay 100 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə əlaqədar onunla Maraqlı şəxs arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izah etdi ki, o, Maraqlı şəxs ilə ailəli olmuşdur. Birgə nikahlarından iki uşaqları olmuşdur. Hazırda ayrılmışlar və uşaqlar onun yanındadır. Maraqlı şəxs ilə mediasiya prosesində alimentin ödənilməsi ilə bağlı barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs alimenti ödəmir. Maraqlı şəxs məhkəmə iclasında izah etdi ki, birgə nikahlarından iki uşaqları olmuşdur. Hazırda ayrılsalar da, uşaqlarına baxmaqdan imtina etmir. Lakin işsiz olduğundan aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 sentyabr 2022-ci il tarixli barışıq sazişindən məlum olur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin 2-ci bəndinə görə, tərəflər sivil qaydada, qarşılıqlı razılıq əsasında nikahın pozulmasına etiraz etmirlər. Uşaqların (X3 29 may 2012-ci il təvəllüdlü və X4 06 noyabr 2015-ci il təvəllüdlü) ll tərəf (ana) ilə qalmasına l tərəf (ata) etiraz etmir. Tərəflər ayda cəmi 100 manat, 2 uşağa (X3 29 may 2012-ci il təvəllüdlü və X4 06 noyabr 2015-ci il təvəllüdlü) görə alimentin ödənilməsi üçün razılığa gəldilər və ll tərəf hər ay ilk öngünlüyündə l tərəfin təqdim etdiyi bank hesabına sözügedən məbləği köçürməyi üzərinə götürür. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355.26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə nikahlarından 29 may 2012-ci il təvəllüdlü X3 və 06 noyabr 2015-ci il təvəllüdlü X4 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar və uşaqlar analarının himayəsində saxlanılmışdır. Tərəflər mesiasiya prosesində barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 16 sentyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Maraqlı şəxs 29 may 2012-ci il təvəllüdlü X1 və 06 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 16 sentyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 29 may 2012-ci il təvəllüdlü X1 və 06 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 sentyabr 2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2244/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2244/2022
28.09.2022 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver