Məhkəmə qərarları › İş №2(039)-2245/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2245/2022

21.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2245/2022 21.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cabbarova (Ağayeva) Hicran Sahib qızına və Maraqlı şəxsnə qarşı «hüquqi vərəsəliyin məhkəmə qaydasında tanınması» tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cabbarova (Ağayeva) Hicran Sahib qızına və Maraqlı şəxsnə qarşı «hüquqi vərəsəliyin məhkəmə qaydasında tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qızının və Cabbarova (Ağayeva) Hicran Sahib qızının mərhum X1 hüquqi varisi kimi tanınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığı halda Yevlax Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.3.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda, ərizə və ona əlavə edilmiş sənədlər qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddiaçı Maraqlı şəxsnə müraciət edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin mərhumu onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsini xahiş etməlidir. Maraqlı şəxs imtina etdiyi halda Maraqlı şəxs qərarından şikayət verməlidir. Azərbaycan Respublikası İcra haqqında qanununun 31-ci maddəsinə əsasən İcraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi, hazırki iddia ərizəsi məhkəmə səlahiyyətlərinə aid deyildir. Məhkəmə sadalanan qanun normalarına əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cabbarova (Ağayeva) Hicran Sahib qızına və Maraqlı şəxsnə qarşı «hüquqi vərəsəliyin məhkəmə qaydasında tanınması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə səlahiyyətlərinə aid olmadığından, iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cabbarova (Ağayeva) Hicran Sahib qızına və Maraqlı şəxsnə qarşı «hüquqi vərəsəliyin məhkəmə qaydasında tanınması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar