Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2258/2023 14.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Azərişıq” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı əsassız hesablanmış borcun silinməsinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əsassız olaraq hesablanıb üzərinə yazılmış 503.23 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, evinə gələn elektrik xəttində elektrik enerjisindən sayğacdan kənar cəmi 2 gün istifadə edildiyi üçün 503.23 manat cərimə olunmuş və evinə gələn həmin elektrik xətləri kəsilərək götürülmüşdür. İddia ərizəsinin əsası, barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə əsassız olaraq hesablanıb üzərinə qoyulmuş 503.23 manat borc məbləğinin silinməsi tələbidir. Hazırkı iddianı müdafiə edir. Hesab edir ki, əsassız olaraq hesablanıb üzərinə qoyulmuş 503.23 manat borc məbləği həddindən artıq şişirdilmiş bir məbləğdir və heç bir əsası yoxdur. Bu baxımdan da əsassız olaraq hesablanıb üzərinə yazılmış 503.23 manat borc məbləğinin məhkəmə tərəfindən üzərimdən silinməsinə dair qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı iclasda iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Mahir Məmmədov məhkəmə iclas zamanı iddianı qəbul etməyərək və iddiaya mahiyyəti üzrə baxılmasını xahiş edərək bildirmişdir ki, 23 iyull 2023-cü il tarixdə iddiaçının yaşadığı mənzilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacdan kənar xəttin qoşulması müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Bu səbəbdən müvafiq komissiya tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə yenidən hesablama aparılaraq 503.23 manat təşkil edən 3871 kvt/saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: 05 yanvar 2023-cü il tarixli **********9 saylı müqavilənin surətindən müəyyən olur ki, Cavabdeh Enerji satış departamenti ilə Yevlax şəhəri Q.Quliyev 7/10-da yaşayan İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlamışdır. 21 iyul 2023-cü il tarixli 306825№-li aktın surətindən görünür ki, DDS4F23D sayğacın tiplı, seriya **********-№-li EEİQ-ha uyğun baxış zamanı məlum olmuşdur ki, 1( bi) fazalı SMART kart tipli elektrik sayğacdan kənar xətt qoşulmuşdur. Ampermaşa vasitəsi ilə ölçü aparılmış P say=0, P kənar =1.28 kv.t 07 sentyabr 2023-cü il tarixli X4 Haqqının Hissə-Hissə Ödənilməsi barədə razılaşma protokolundan müəyyən olunur ki, İddiaçı qeyd edilən məbləği hissə-hissə ödəməyi üzərinə götürmüşdür. Hüquqi məsələlər: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”: Bənd 1.2. bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Bənd 8.4. “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin yaşadığı Yevlax şəhəri, Q.Quliyev küçəsi, bina 7 mənzil 10-da yerləşən yaşayış sahəsi elektrik enerjisi ilə "xxxx" ASC tərəfindən təmin olunmuşdur, məlum olmuşdur ki, elektrik sayğacdan kənar xətt qoşulmuşdur. Bununla da iddiaçının hüquqa zidd hərəkətləri nəticəsində cavabdehə maddi ziyan vurmuşdur. Həmin ziyanın bərpası məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun hesablama aparılmaqla qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisinin dəyəri bərpa edilmişdir. İddiaçı, hüquqa zidd hərəkətlər etməməsini, hesablamanın düzgün aparılmamasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərişıq” ASC-ə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-2258/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2258/2023
14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver