Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2262/2024 30.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə İddiaçı Krupa (Bəhrəmova) Viktoriya Mehmanovnanın cavabdeh Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı vərəsəliyin müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Krupa (Bəhrəmova) Viktoriya Mehmanovna cavabdeh Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı vərəsəliyin müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 mirs qalmış Yevlax rayonu Aran qəsəbəsində yerləşən mülkiyyət üzərində vərəsəliyinin müəyyən edilməsinə və miras əmlakdan payına düşən əmlakın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanaraq məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinin Qeyd hissəsində görə Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Ərizədən və ərizənin məzmunundan görünür ki, həmin ərizə iddiaçının bibisi və etibarnamə üzrə nümayəndəsi Nümayəndə Bəhram qızı tərəfindən imzalanaraq məhkəməyə verilmiş, lakin Nümayəndə iddiaçının yaxın qohumu hesab edilmir. Məhkəmə hesab edir ki, Nümayəndə iddiaçının yaxın qohumu hesab edilmədiyindən iddia ərizəsini də imzalamağa hüququ olmamışdır. Bundan başqa, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu halda Yevlax Rayon Məhkəməsinə verilmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin ünvanı Mingəçevir şəhəri Heydər Əliyev prospekti 380 ünvanı qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.2-ci madəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddia miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar olmadığından müstəsna aidiyyət hesab edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanı aradan qaldırdıqdan sonra cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Krupa (Bəhrəmova) Viktoriya Mehmanovnanın cavabdeh Mingəçevir Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı vərəsəliyin müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi Krupa (Bəhrəmova) Viktoriya Mehmanovnaya (və ya onun etirabnamə üzrə nümayəndəsi Nümayəndə) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2262/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2262/2024
30.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver