Məhkəmə qərarları › İş №2(039)-2264/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2264/2024

23.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2264/2024 23.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X4 İdarəsinin Yevlax xidmət sahəsi tərəfindən əsassız olaraq hesablanmış 1555.20 manat cərimənin silinməsinə və yeni quraşdırılmış sayğacın dəyərinin cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşadığı ev təbii qazla təchiz olunmuşdur. Sayğac quraşdırılan gündən sərf etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Cavabdeh İB-nin Tərtər X4 İdarəsinin Yevlax Xidmət Sahəsinin əməkdaşları tərəfindən 11 iyul 2023-cü il tarixdə qaz sayğacına baxış keçirilmişdir (sayğac küçədə yerləşdirilmişdir). Bununla əlaqədar qaz idarəsinin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulmasıhaqqında” ******* saylı akt tərtib edilərək, sayğaca müdaxilə olunduğu bəhanəsi ilə əsassız olaraq 1555.20 manat borc hesablanmışdır.Cavabdeh orqanın tabeliyində olan bölmələrindən ondan 1555.20 manat borc tələb olunduğu bildirilmişdir. Barəsində tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla razı deyildir. Həmin akt qanunsuz tərtib edilmiş, nəticədə istehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə həmin sayğıc sökülərkən akt tərtib edilərkən hal şahidləri iştirak etməmiş, həmin sayğac laboratoriyada yoxlanılarkən iştirkı təmin olunmamışdır. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakları olmadan baxılmasnı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh X1 X3 Qaz Gstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “Qaz saycağının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Yevlax şəhəri A.Ələsgər küçəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğac zavod plombuna müdaxilə ehtimalına görə çıxarılmış və yenisi ilə əvəz edilmişdir. İşdə olan Cavabdeh Tərtər X4 İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan ggörünür ki, Yevlax şəhəri A.Ələsgər küçəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdarılmış qaz sayğacının hesablama mexanizminin plombları üzərində və ətrafında əzik-çızıq izlərinin aşkar edildiyi və sayğacın yararsız olduğu müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, **********00000 saylı abonentin təbii qazdan istifadəyə görə 2023-cü ilin iyul ayına qalıq və aktlar üzrə olan borcu 1555.20 manat təєkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Yevlax şəhəri A.Ələsgər küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin iyul ayında Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. 11 iyul 2023-cü il tarixdə isə ******* saylı akt tərtib edilmiş, aktda qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulmuş zavod plastmas plombların üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin aşkar edildiyi və sayğacıq yararsız olduğu müəyyən edilmiş və bu səbəbdən **********00000 saylı abonent hesabına 1555.20 manat cərimə hesablanmışdır. İddiaçı həmin aktı və akt əsasında hesablanış borcu (cəriməni) əsassgz hesab edir. Buna gürə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdgrması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz saycağında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edilmişdir. Buna görə də qeyd olunan həmin mübahisəli akt əsaslı sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Göstərilənləri nəzərə alan məhkəmə, mövcud mülki mübahisənin həlli ilə barlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, məhkəmə baxışının nəticələri ilə müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyata görə 1555.20 manat borcun hesablanması əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, sayğacın dəyərinin ödənilməsi Cavabdehnə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində istifadə olunan qaz istehlakna görə **********00000 abonent koduna hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc məbləği silinsin və yeni quraşdırılmış sayğacın dəyərinin ödənilməsi Cavabdehnə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gğndən bir ay mğddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar