Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2292/2022 15.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçi, eyni zamandan digər ərizəçi X3 nümayəndəsi X2 iştirakı ilə, Ərizəçilər X3 və X2 “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər X9 və X4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-380 KOD 90113018 saylı topağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayonu, Ərəş kəndində mülkiyyətində olan 0.33 hektar həyətyanı torpaq sahəsi üçün verilmiş JN-380 KOD 90113018 saylı topağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 1-ci ərizəçi olaraq adı səhvən Xatimə və 2-ci ərizəçi olaraq adı səhvən Səlimə yazılmışdır. Sənəddə adılarında getmiş səhvliyə görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmir. Şəhadətnamədə adların getmiş səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin, eyni zamandan digər ərizəçinin nümayəndəsinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Ərizəçi1 məxsus xx.xx.2006-cı il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Adgözəlova”, adı “Xanima”, atasının adı “Oruc”, doğulduğu yer “Yevlax rayonu, Bucaq kəndində”, doğulduğu tarix isə “xx.xx.1942”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Ərəş kəndi” göstərilmişdir. Ərizəçi S.Adgözəlova məxsus xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı, 13338806 №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Adgözəlova”, adı “Səlimə”, atasının adı “Veysəl”, doğulduğu yer “Yevlax şəhəri Ərəş kəndində”, doğulduğu tarix isə “xx.xx.1975”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Ərəş kəndi” göstərilmişdir. JN-380F KOD 90113018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X6 və X7 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 27 saylı qərarı ilə Yevlax rayonu Ərəş kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,33 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-380F №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərəş kənd sakinləri X10 və X5 həqiqətən də Yevlax rayonu, Ərəş kəndində yaşayırlar. Onların adı JN 380F KOD 90113018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən Xətimə və Səlim yazılmışdır. Əslində həmin şəhadətnamədə X10 və X1 oxunmalıdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, ərizəçilər onun bacısı və bacısı qızıdır. Ərizəçilərin adları Xanima və Səliymə olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin, JN-380F KOD 90113018 №li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adları” ilə şəxsiyyət vəsiqələrində göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “X9 və X4” əvəzinə “X11 və X8” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-380F KOD 90113018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X11” AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “X9” ilə eyni şəxsdir və “X8” AZE seriyalı, 13338806 №-li şəxsiyyət vəsiqəsində göstərilən “X4” ilə eyni şəxsdir ərizəçilərin həmin dövlət aktlarını onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-380F KOD 90113018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X11” AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “X9” ilə eyni şəxsdir və “X8” AZE seriyalı, 13338806 №-li şəxsiyyət vəsiqəsində göstərilən “X4” ilə eyni şəxsdir ərizəçilərin həmin dövlət aktlarını onlara məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2292/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2292/2022
15.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver