Məhkəmə qərarları › İş №2(039)-231/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-231/2024

17.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-231/2024 17.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə” dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2006-cı il tarixli nikahın ləğv edilməsi, cavabdehdən birgə nikahdan olan övladları xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi və uşağın onun himayəsində saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha girib ailə qurmuşlar. Rəsimi nikahdan xx.xx.2006-cı il təvəllüdlü X4 adlı bir uşaqları anadan olmuşdur. Hazırda rəsmi qaydada nikahları pozulmasa da, faktiki olaraq ailə münasibətləri dağılmış, o ailəsinin yaşadığı evə qayıtmışdır. Nikahın ləğvinə səbəb xasiyyətlərinin tutmaması, bununla bağlı ailə problemlərinin həddən artıq çox olmasıdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq tamamilə kəsilmişdir. Hazırda aralarındakı münasibətləri daha da kəskinləşmişdir və ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Birgə yaşamaqları mümkün deyil və artıq bir neçə aydır ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək Cavabdeh ilə aralarında olan nikahın pozulması və nikah pozularkən himayəsində olan azyaşlı övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay uşaq üçün 150 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (müvafiq ərizəsini təqdim etdi). Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, bildirmişdir ki, İddiaçı ilə aralarında olan nikah qeydinin pozulmasına və uşağın anasının yanında qalmasına heç bir etiraz yoxdur. Uşağın saxlanılması üçün hər ay uşaq üçün 150 manat məbləğində alimetin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. (müvafiq ərizə təqdim edir). Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2006-ci il tarixdə verilmiş AZ-İ 249068 №li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında bağlanmış nikah 2006-cı ilin iyul ayının 11-ci günündə akt qeydləri kitabında 319 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü Namiq adlı uşaqları vardır. xx.xx.2023-cü il tarixli, saylı MŞY/MT034/2023-0069 arayışdan məlum olur ki, İddiaçı nikahın pozulması və aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 69118 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Hazırkı işdə nikahın pozulmasına tərəflərin qarşılıqlı razılığı olduğundan nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanmasıüçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına xx.xx.2006-cı il təvəllüdlü X2 valideynlərindən hansının yanında qalması məsələsini həll edərkən onun yaşını, ananın uşağın onun yanında qalmasını istəməsini, atanın buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, boşanmadan sonra uşağın anasının yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Hazırki halda xx.xx.2006-cı il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını, habelə tərəflərin aliment məbləği barədə olan ərizələrini nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi təmin olunmaqla, hər ay uşaq üçün 150 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin iddiaçı məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsində alimentin xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etdiyindən, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Həsənova (Mikayılova) Gülnar Mikayıl qızı ilə Cavabdeh arasında Yevlax Rayon Qeydiyyat Şöbəsində 2006-ci ilin iyul ayının 11-ci günündə akt qeydləri kitabında 319 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra nikahdan xx.xx.2006-cı il təvəllüdlü X4 anası İddiaçı yanında qalsın. nikahdan xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq Cavabdeh hər ay uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Tərəflərə, nikahın pozulması haqqında hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar