Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2322/2024 31.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və iddiaçıların vəkili X7 Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mirasdan payların müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mirasdan payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən ümumi birgə mülkiyyət hüquqları ilə təsbit edilmiş, o cümlədən mərhum valideyinləri – X8 və X2 və mərhum bacıları X3 – hər birindən miras qalmış Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3.9537 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsindən (hər bir miras qoyanın palı 1/5 hissədir), hər birinin 1/6 hissədə olmaqla mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən ümumi birgə mülkiyyət hüquqları ilə təsbit edilmiş 3.9537 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətçilə arasında, yəni X5, X11, X4, İddiaçı2 və Cavabdeh2 hər birinin 1/5 hissədə paylarının müəyyən edilməsi; mərhum valideyinləri – X8 və X2 və mərhum bacıları X3 – hər birindən miras qalmış Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3.9537 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsindən (hər bir miras qoyanın palı 1/5 hissədir), hər birinin 1/6 hissədə olmaqla mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbini müdafiə edərək izah etdi ki, iddianın təmin edilməsini xahiş etdilər. İddiaçıların vəkili X18 iddia tələbini müdafiə edərək izah etdi ki, miras qoyanlar üç nəfərdir. Tərəflərin valideyinləri X20, X12 və mərhum bacıları X14. X14 vəfat etdiyi vaxt subay olmuş və övladları da yoxdur. Hazırki iş üzrə tərəflər X5 ikinci növbə vərəsələridir. X11 və X4 isə birinci növbə vərəsələridir. Mirasın predmetini Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3.9537 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təşkil edir. Həmin torpaq sahəsinin 1/5 hissəsi miras qoyan şəxslərə məxsusdur hər birinə münasibətdə. Tərəflərin həmin mirasda hər birinin 1/6 hissədə payı var. İddiaçılar notariat ofisinə müraciət etmişlər. Lakin tərəflər arasında mübahisə olduğundan notarius vərəsəlik işini açmaqdan imtina etmişdir. Cavabdeh2 məhkəmə iclasında izah etdi ki, mirasdan payını istəyir. Mirasın 1/6 hissədə bölünməsinə etiraz etmir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 14 fevral 2024-cü il tarixli 98 saylı məktubundan məlum olur ki, İddiaçı2 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan məlum olur ki, Yevlax rayonu, Rüstəmli kəndində X5, X11, X4, İddiaçı2 və Cavabdeh2 ümumi birgə 3.9537 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 18 oktyabr 2023-cü il tarixli 05/09lS/168577-23 saylı arayışından məlum olur ki, 23 noyabr 1997-ci ildək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri X20 (xx.xx.1935) (vəfat edib), oğlu Cavabdeh1 (xx.xx.1952), oğlu İddiaçı1 (xx.xx.1955), qızı İddiaçı4 (xx.xx.1961), qızı İddiaçı2 (xx.xx.1964), qızı X14 (xx.xx.1966), qızı İddiaçı3 (xx.xx.1968), qızı Cavabdeh2 (xx.xx.1972) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 18 oktyabr 2023-cü il tarixli 05/09lS/168573-23 saylı arayışından məlum olur ki, 23 noyabr 1997-ci ildək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X11 qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı X1 (xx.xx.1935) (vəfat edib), oğlu Cavabdeh1 (xx.xx.1952), oğlu İddiaçı1 (xx.xx.1955), qızı İddiaçı4 (xx.xx.1961), qızı İddiaçı2 (xx.xx.1964), qızı X14 (xx.xx.1966), qızı İddiaçı3 (xx.xx.1968), qızı Cavabdeh2 (xx.xx.1972) İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qaraməmmədli kənd İ.Ə.D. üzrə nümayəndəliyinin 13 fevral 2024-cü il tarixli 5-9-8/2- 55/2024 saylı arayışından məlum olur ki, İddiaçı1 bacısı mərhum X14 öldüyü günədək, yəni xx.xx.2023-cü ilədək Yevlax rayonu, Rüstəmli kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. Aşağıdakı vərəsələri vardır: qardaşı İddiaçı1 (xx.xx.1955), bacısı İddiaçı3 (xx.xx.1968), bacısı İddiaçı2 (xx.xx.1964), bacısı Cavabdeh2 (xx.xx.1972), bacısı İddiaçı4 (xx.xx.1961), qardaşı Cavabdeh1 (xx.xx.1952). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 15 aprel 2023-cü il tarixli 919 saylı arayışından məlum olur ki, X20 və X9 arasında 09 noyabr 1960-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 12 aprel 2023-cü il tarixli 919 saylı arayışından məlum olur ki, X12 23 noyabr 1997-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 10 fevral 2014cü il tarixli AZ-l 642415 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X20 01 fevral 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 12 dekabr 2023cü il tarixli AZ-ll 376581 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 19 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 yanvar 1965ci il tarixli AZ 738943 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı1 03 yanvar 1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 yanvar 1965ci il tarixli AZ 738943 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı1 03 yanvar 1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 08 sentyabr 1961-ci il tarixli AZ 091061 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 19 avqust 1961-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 01 iyun 1964-cü il tarixli AZ 692691 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 xx xxx 1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 02 iyun 1966-cı il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 19 may 1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 01 mart 1968-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı3 02 fevral 1968-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 22 noyabr 1972ci il tarixli l-JQ 375223 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X19 xx xxxxxx 1972-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 09 yanvar 2024-cü il tarixli 05/09İS/196437-24 saylı arayışından məlum olur ki, X5 09 yanvar 2024-cü ildək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah akt qeydi aşkar edilməmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən X10, X17, X6, İddiaçı2 və Cavabdeh2 3.9537 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X12 23 noyabr 1997-cı il tarixdə, X20 01 fevral 2014-cü il tarixdə və X14 19 noyabr 2023-cü il tarixdə vəfat etmişlər. X24 rayonu, Rüstəmli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Miras qoyan X4 və X11 6 nəfər birinci növbə vərəsələri vardır. X5 birinci növbə vərəsələri yoxdur və 6 nəfər ikinci növbə vərəsələri vardır. İddiaçılar məhkəməyə müraciət edərək, miras əmlaka bərabər paylarının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən X10, X17, X6, İddiaçı2 və Cavabdeh2 məxsus 3.9537 hektar Yevlax rayonu, Rüstəmli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2, mərhum X5, mərhum X11 və mərhum X4 1/5 hissədə payı müəyyən edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3.9537 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində X8 miras qalmış 1/5 hissəsində 1/6 hissəsində, X2 miras qalmış 1/5 hissəsində 1/6 hissəsində və X3 miras qalmış 1/5 hissəsində 1/6 hissəsində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qanun üzrə vərəsə olaraq payları müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməmlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsindən məlum olur ki, İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən X10, X17, X6, İddiaçı2 və Cavabdeh2 məxsus 3.9537 hektar Yevlax rayonu, Rüstəmli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı2, mərhum X5, mərhum X11 və mərhum X4 1/5 hissədə payı müəyyən edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Yevlax rayonu, Rüstəmli kəndində yerləşən 3.9537 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində X8 miras qalmış 1/5 hissəsində 1/6 hissəsində, X2 miras qalmış 1/5 hissəsində 1/6 hissəsində və X3 miras qalmış 1/5 hissəsində 1/6 hissəsində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qanun üzrə vərəsə olaraq payları müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2322/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2322/2024
31.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver