Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2353/2025 05.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nəsir oğlundan ona vurmuş olduğu maddi zərər görə, atasının xəstəxanada bir ay bir gün müddtində istifadə etdiyi dərmanlar 514 manat, hər gün xəstəxanaya gediş-gəliş üçün 500 manat, qəbir baş daşının düzəldilməsi üçün 1000 manat, dəfn-üç, yeddi, qırx mərasimlərinin keçirilməsi üçün 8000 manat, ailələrinə vurduğu mənəvi zərərə görə 5000 manat, atasının dövlət tərəfidən ona ödənilməli olan bir illik taqaüdünün cəmi 5700 manat, həmçinin 153 manat dövlət rüsumunun, cəmi 20867 (iyirmi min səkkiz yüz altmış yeddi) manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində mərhum atası X8 yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndindən Xaldan kəndində yerləşən “OBA” marketdən siqaret almaq üçün həmin istiqamətdə yolun kənarı ilə gedən zaman qəssab fəaliyyəti ilə məşğul olan həmkəndlisi Cavabdeh həmin yolda “Qaz-3110” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə arxasında bağlı olan aşağı bortlu yedəkdə təxmini 130 kq. çəkisi olan dananı öz evlərinə kəsməyə aparmışdır. Həmin avtomobil yolun kənan ilə gedən X15un yanından keçən vaxt avtomobilin arxasına bağlanmış yedəkdə olan dana yedəkdən sıçrayaraq atası Çingizin üzərinə qaçaraq qəflətən arxadan atası Çingizi vuraraq təxminən 5-6 metr hündürlüyə qaldırıb asfalta çırpmışdır. Atası Çingiz həmin vaxt başından aldığı zərbədən hüşunu itirərək yerdə hərəkətsiz vəziyyətdə qalmışdır. Həmin vaxt atasının dananın zərbəsindən xəsarət aldığını görən həmkəndliləri baytar həkimi Nəsir, Nurlan və Rəmziyyə adlı soyadlarını bilmədiyi şəxslər olmuşdur. Nurlan adlı şəxs atasına dərhal köməklik etmiş və təcili yardım xidmətinə müraciət etmişdir. Dananın sahibi Cavabdeh isə atası Çingizə köməklik etmək əvəzinə qaçan danasının arxasınca getmiş və saxlamağa çalışmışdır. Hadisə baş verən vaxt isə o, Xaldan kəndi ərazisində yerləşən çayxanada olmuşdur. Həmin vaxt adını xatırlamadığı həmkəndlisi onun mobil nömrəsinə zəng edərək Nəsib Ələsgərova məxsus dananın atası Çingizi arxadan vuraraq xəsarət yetirdiyini bildirmişdir. O da dərhal ona deyilən hadisə baş verən yerə gəldikdə atası Çingizi təcili yardım xidmətinin əməkdaşlarının Yevlax RMX-nın acil şöbəsinə apardıqlarını öyrənmişdir. Bundan sonra o da atasının arxasınca xəstəxanaya getmişdir. Xəstaxananın acil şöbəsinin həkimləri atası Çingizi müayinələrdən keçirdikdən sonra atasının vəziyyətinin ağır olduğunu, başından ağır xəsarət aldığını və evə aparmalı olduğunu demişlər. Həmçinin həkim atasının ev şəraitində istifadə olunması üçün ağri kəsici iyneksiya yazmışdır. Bundan sonra o atası Çingizi evə gətirmişdir. Atası bir neçə gün evdə yataq vəziyyətində müalicə aldıqdan sonra Mingəçevir şəhər xəstəxanasına aparmışdır. Atası Çingiz bir neçə günlük stasionar müalicəyə cəlb olunsa da daha sonra həkim atasının vəziyyətinin ağır olduğunu və xəstəxanada qalmasının hər hansı mənası olmadığını demişdir. Bundan sonra o məcbur olub atası Çingizi yenidən yaşadığı evə gətirmişdir. Həmin vaxt atasının müalicə alması ilə bağlı dananın sahibi Cavabdeh cuzi məbləğdə köməklik göstərməsinə görə, şikayət etməməyi barədə xahiş etməsinə və həmkəndlisi olmasına görə barəsində şikayət ilə hər hansı orqana müraciət etməmişdir. Atası Çingiz aldığı xəsarətdən xx.xx.2025-ci il tarixdə Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən yaşadıqları evdə vəfat etmişdir. X15 vəfal etdiyi gün Yevlax RMX-nın təcili yardım Stansiyasının əməkdaşları yaşadıqları evə gəlmişlər. Atası Çingiz vəfat etdikdən sonra Cavabdeh ona şikayət etməməyi müqabilində dəymiş ziyanı ödəyəcəyini, mərhum atasının yas mərasimlərinin xərclərini özü qarşılayacağını bildirmişdir. O, da həmkəndlisi olmasına görə yenə də Ələsgər barəsində şikayət etməmişdir. Lakin Ələsgər nə xərcləri qarşılamamış, nə də atasının yas mərasimlərində belə iştirak etməmişdir. Bu barədə o, Ələsgərə bildirdikdə ona “necə bilirsən elə et" deyə dediyi üçün o əsəbləşərək Ələsgərin barəsində şikayət ərizəsi ilə Yevlax rayon prokurorluğuna müraciət etmişdir. Cavabdehin bir başa nəzarətində olan iri buynuzlu heyvanın onun ehtiyatsızlığı səbəbindən əhalinin üzərinə düşməsi, kifayət qədər məhz onun səhlənkarlığı səbəbindən ona məxsus olan iri buynuzlu inək-cöngə bir başa atasının üzərinə gedib arxa hissədən vurduğu zərbə səbəbindən atası həyatından mərhum olmuşdur. O atasına vurulan ağır xəsarətdən sonra bir ay Yevlax və Mingəçevir xəstəxanalarında olmuşdur. Mütamadi olaraq atasının dərmanlarını almışdır. X10 kəndindən hər dəfə xəstəxanaya getmişdir. Bəzən gündə üç dəfə getmişdir. Atasının acı və iztirablarını yaşamışdır. Bu şəxs bir dəfə də olsun ya xəstəxanaya gəlmiş, dərmanların alınmasında iştirak etməmişdir. Onun təsirindən sonra isə atası vəfat edəndən sonra atasının üç mərasimində gəlib. Atası bir ay bir gün hadisədən sonra acı və ağrılarla yaşamışdır. Sonra isə vəfat etmişdir. Atası baş beyin difuz travması, kəllə tağının sınığı, travmatik subdural qan sızma, bazu sümüyünün sınığı, qabırğaların çox saylı sınığı, kürək sümüyünün sınığı xəsarətlərindən bir ay bir gün sonra vəfat etmişdir. Onlar atasının ölümü ilə bağlı həm maddi həm də mənəvi ziyan almışlar. Atasının xəstəxanada bir ay bir bir gün müddətində istifadə etdiyi dərmanları 514 manat; hər gün xəstəxanaya gediş-gəliş üçün 500 manat; qəbir baş daşının düzəldilməsi üçün 1000 manat; dəfn üç, yeddi, qırx mərasimlərinin keçirilməsi üçün 8000 manat vəsait xərcləmişdir. Bu mərasimlər üçün dəfn, molla, yuyucu, kəfən, qəbir qazan, çayçı, yemək bişirən, çadır habelə dəfn, üç və yeddi mərasimləri üçün eynən istifadə olunan ərzaq və digər vəsaitlər üçün qeyd etdiyi ən aşağı məbləğdir. Qeyd etdiyi mərasimlərin keçirilməsini cavabdeh belə təsdiq edər. Bundan başqa onun atası sağlam olmuşdur. Sənədlərdən görünür ki, hər ay 472 manat təqaüd almışdır. Atası həmin taqaüd ilə onları da saxlamışdır. Atası ilə o ailəni saxlamışlar. Atasının bir illik taqaüdü ən azi 5700 manat etmişdir. O ən azı iki illik dövr üçün atasının dövlət tərəfidən ona ödənilməli olan iki illik dövrü 11400 manatı ondan tələb edir. O və ailəsi atalarının ölümü ilə bağlı mənəvi sarsıntı keçirmişlər. Aylarla atasının zarımasını yaşamışlar. Son dərəcə hər birləri ürək ağrısı keçirmişlər. Çətinliklər yaşamışlar. Bu acılara tab gətirə bilməmişlər. Büdcələrindən olmuşlar. 40 gün yas mərasimlərində daxili sarsıntı və izdirablar keçirmişlər. Həm mənəvi, həm də fiziki çəhətdən sarsılmışlar. Bütün bunların mənəvi zərərinin əvəzi ödənməlidir. Bu şəxsin ehtiyatsızlığı səbəbindən onun nəzarətində olan heyvan atasını vuraraq həyatdan məhrum etmişdir. Bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini, yəni ailəsinə vurduğu zərərin əvəzi olaraq 8000 manat tələb edir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh Nəsir oğlundan ona vurmuş olduğu maddi zərər görə, atasının xəstəxanada bir ay bir gün müddtində istifadə etdiyi dərmanlar 514 manat, hər gün xəstəxanaya gediş-gəliş üçün 500 manat, qəbir baş daşının düzəldilməsi üçün 1000 manat, dəfn-üç, yeddi, qırx mərasimlərinin keçirilməsi üçün 8000 manat, ona vurduğu mənəvi zərərə görə 5000 manat, atasının dövlət tərəfidən ona ödənilməli olan bir illik taqaüdünün cəmi 5700 manat, həmçinin 153 manat dövlət rüsumunun, cəmi 20867 (iyirmi min səkkiz yüz altmış yeddi) manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək ondan maddi zərərə görə atasının xəstəxanada bir ay bir gün müddətində istifadə etdiyi dərmanlar 514 manat, hər gün xəstəxanaya gediş-gəliş üçün 500 manat, qəbir baş daşının düzəldilməsi üçün 1000 manat, dəfn üç, yeddi, qırx mərasimlərinin keçirilməsi üçün 8000 manat, ailəsinə vurduğu mənəvi zərəri yəni 5000 manat məbləğin, atasının dövlət tərəfindən ona ödənilməli olan bir illik təqaüdünün cəmi olaraq 5700 manat, həmçinin 153 manat dövlət rüsumunun cəmi 20867 manat ondan tutularaq ona ödənilməsini istəmişdir. O bütün bu halları qəbul etmir. Düşünür ki, bütün bunlar tam əsassızdır. Baş verən hadisələr onun təqsiri ucbatından baş verməmişdir. Bütün bunlar prokurorluq tərəfindən aparılan araşdırma nəticəsindədə aydın olmuşdur. Bu səbəbdən də Yevlax rayon Prokurorluq orqanı işdə cinayət tərkibi olmadığından icraata xitam vermişdir. O bütün bunlara görə heç bir öhdəlik daşımır. Hadisə onun təqsiri ucbatından baş verməmişdir. Qaldırılan iddia bu səbəbdən də əsaslı olmadığından rədd edilməlidir. Baş verən hadisə ilə əlaqədar o heç bir cinayət və yaxudda inzibati xəta törətməmişdir. Ona görə də barəsində nə hər hansı bir inzibati nə də cinayət işi belə olmamışdır. Odur ki, ona qarşı yönələn iddianı qəbul etmir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçi onun qonşusudur. Hadisə baş vemə detallarını dəqiq bilmir. Lakin iddiaçının atası vəfar etmiş və yaş mərasimində iştirak etmişdir. İddiaçıya üç mərasimi üçün 3100 (200x15.5=3100) manat dəyərində ət satmışdır. Həmin ət yas mərasimi üçün istifadə olunmuşdur. İddiaçı tərəfindən ətin dəyəri ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəraradan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində Cavabdeh yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində sonradan kəsib ətini satmaq üçün saxladığı özünə məxsus 01 baş dana qəfildən həmn dana metal boruya bağlı olduğu ipi qıraraq evin həyətyanı sahəsi və bir neçə qonşunun həyətindən keçdikdən sonra kənd yoluna çıxıb qaçmaağa başlamış, həmin vaxt kənd yolunun kənarı ilə piyada gedən kənd sakini X5 arxadan vuraraq yerə yıxmış, Çingiz Cəfərov nəticədə aldığı «baş beyinin diffuz travması», «kəllə tağının sınığı», «travmatik subdural qansızma», bazu sümüyün sınığı» xəsarətləri ilə bağlı xəstəxana şəraitində stasionar, eyni zamanda ev şəraitində ambulator müalicə almış, lakin buna baxmayaraq o, aldığı xəsarətlərdən 10 fevral 2025-ci il tarixdə Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən yaşadığı evdə vəfat etmişdir. İşdə olan Xaldan kənd soveti tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1936-cü il tarixdə doğulmuşdur, atası X8, anası X2r. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X6 Dost Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı vəfat etmiş atası X1 Sosial Müdafiə Fondundan yaşa görə 472.53 (dörd yüz yetmiş iki manat, əlli üç qəpik) manat məbləğində əmək pensiyası almışdır. İşdə olan Yusif Market tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № ********* saylı qəbzdən görünür ki, İddiaçı 215.70 (iki yüz on beş manat yetmiş qəpik) manat dəyərində ərzaq məhsulları almışdır. İşdə olan Yusif Market tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № ********* saylı qəbzdən görünür ki, İddiaçı 391.40 (üç yüz doxsan bir manat qırx qəpik) manat dəyərində ərzaq məhsulları almışdır. İşdə olan Yusif Market tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № ********* saylı qəbzdən görünür ki, İddiaçı 370.50 (üç yüz yetmiş manat əlli qəpik) manat dəyərində ərzaq məhsulları almışdır. İşdə olan Yusif Market tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № ********* saylı qəbzdən görünür ki, İddiaçı 335.29 (üç yüz otuz beş manat iyirmi doqquz qəpik) manat dəyərində ərzaq məhsulları almışdır. İşdə olan satış çeklərindən görünür ki, iddiaçı dərmanlar almaq üçün cəmi 431.48 manat vəsait xərcləmişdir. İşdə olan Abidə sexi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli satış çekindən görünür ki, baş daşı üçün 1000 (bir min) manat məbləğində pul ödənilmişdir. İşdə olan Mingəçevir regional “ASAN xidmət mərkəzində” Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxılarkən yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində sonradan kəsib ətini satmaq üçün saxladığı özünə məxsus 1 baş iri buynuzlu heyvan metal boruya bağlı olduğu ipi qıraraq evin həyətyanı sahəsini keçdikdən sonra kənd yoluna çıxaraq, həmin vaxt kənd yolunun kənarı ilə piyada hərəkət edən kənd sakini X5 arxadan vuraraq yerə yıxmış, Çingiz Cəfərov nəticədə aldığı «baş beyinin diffuz travması», «kəllə tağının sınığı», «travmatik subdural qansızma», bazu sümüyün sınığı» xəsarətləri ilə bağlı xəstəxana şəraitində stasionar, eyni zamanda ev şəraitində ambulator müalicə almış, lakin buna baxmayaraq o, aldığı xəsarətlərdən 10 fevral 2025-ci il tarixdə Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən yaşadığı evdə vəfat etmişdir. Atasının müalicəsi, daha sonra isə ölümü ilə əlaqədar İddiaçı vəsait xərcləmiş, həmin vəsaiti cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddianın maddi ziyan tələbinə (çəkilmiş xərclərlə bağlı) dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən atasının müalicəsi ilə əlaqədar 431.48 manat dəyərində dərmanlar, ölümündən sonra mərasimlərin keçirilməsi üçün xx.xx.2025-ci il tarixdə 215.70 manat dəyərində, xx.xx.2025-ci il tarixdə 391.40 manat dəyərində, xx.xx.2025-ci il tarixdə 370.50 manat dəyərində, xx.xx.2025-ci il tarixdə 335.29 manat dəyərində ərzaq məhsulları və 3100 manat dəyərində ət alınmış, baş daşının qoyulması üçün isə 1000 (bir min) manat vəsait xərclənmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xərclənmiş cəmi 5844.37 manat həmin vəsait cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın xəstəxanaya gediş-gəliş üçün 500 manat tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, ididaçı tərəfindən həmin halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddianın 5700 manat təqaüdün əvəzinin ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, ididası tərəfindən iddianın həmin hissədə əsaslılığına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iddanın mənəvir zərər tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçının atasının ölümü nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi realdır. Buna görə də, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 500 manat alınaraq iddiaçya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmn edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyinə görə iddianın təmn edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 5844.37 (beş min səkkiz yüz qırx dörd manat otuz yeddi qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, cəmi 6344.37 (altı min üç yüz qırx dörd manat otuz yeddi qəpik) manat və 83.45 (səksən üç manat qırx beş qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2353/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2353/2025
05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver