Məhkəmə qərarları › İş №2(3-10)-615/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-615/2026

23.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-615/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya icraatına xitam) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Nəsir oğlundan ona vurmuş olduğu maddi zərər görə, atasının xəstəxanada bir ay bir gün müddtində istifadə etdiyi dərmanlar 514 manat, hər gün xəstəxanaya gediş-gəliş üçün 500 manat, qəbir baş daşının düzəldilməsi üçün 1000 manat, dəfn-üç, yeddi, qırx mərasimlərinin keçirilməsi üçün 8000 manat, ailələrinə vurduğu mənəvi zərərə görə 5000 manat, atasının dövlət tərəfidən ona ödənilməli olan bir illik taqaüdünün cəmi 5700 manat, həmçinin 153 manat dövlət rüsumunun, cəmi 20867 (iyirmi min səkkiz yüz altmış yeddi) manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə saat 11 radələrində mərhum atası X3 yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndindən Xaldan kəndində yerləşən “OBA” marketdən siqaret almaq üçün həmin istiqamətdə yolun kənarı ilə gedən zaman qəssab fəaliyyəti ilə məşğul olan həmkəndlisi Cavabdeh həmin yolda “Qaz-3110” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə arxasında bağlı olan aşağı bortlu yedəkdə təxmini 130 kq. çəkisi olan dananı öz evlərinə kəsməyə aparmışdır. Həmin avtomobil yolun kənan ilə gedən X4un yanından keçən vaxt avtomobilin arxasına bağlanmış yedəkdə olan dana yedəkdən sıçrayaraq atası Çingizin üzərinə qaçaraq qəflətən arxadan atası Çingizi vuraraq təxminən 5-6 metr hündürlüyə qaldırıb asfalta çırpmışdır. Atası Çingiz həmin vaxt başından aldığı zərbədən hüşunu itirərək yerdə hərəkətsiz vəziyyətdə qalmışdır. Həmin vaxt atasının dananın zərbəsindən xəsarət aldığını görən həmkəndliləri baytar həkimi Nəsir, Nurlan və Rəmziyyə adlı soyadlarını bilmədiyi şəxslər olmuşdur. Nurlan adlı şəxs atasına dərhal köməklik etmiş və təcili yardım xidmətinə müraciət etmişdir. Dananın sahibi Cavabdeh isə atası Çingizə köməklik etmək əvəzinə qaçan danasının arxasınca getmiş və saxlamağa çalışmışdır. Hadisə baş verən vaxt isə o, Xaldan kəndi ərazisində yerləşən çayxanada olmuşdur. Həmin vaxt adını xatırlamadığı həmkəndlisi onun mobil nömrəsinə zəng edərək Nəsib Ələsgərova məxsus dananın atası Çingizi arxadan vuraraq xəsarət yetirdiyini bildirmişdir. O da dərhal ona deyilən hadisə baş verən yerə gəldikdə atası Çingizi təcili yardım xidmətinin əməkdaşlarının Yevlax RMX-nın acil şöbəsinə apardıqlarını öyrənmişdir. Bundan sonra o da atasının arxasınca xəstəxanaya getmişdir. Xəstaxananın acil şöbəsinin həkimləri atası Çingizi müayinələrdən keçirdikdən sonra atasının vəziyyətinin ağır olduğunu, başından ağır xəsarət aldığını və evə aparmalı olduğunu demişlər. Həmçinin həkim atasının ev şəraitində istifadə olunması üçün ağri kəsici iyneksiya yazmışdır. Bundan sonra o atası Çingizi evə gətirmişdir. Atası bir neçə gün evdə yataq vəziyyətində müalicə aldıqdan sonra Mingəçevir şəhər xəstəxanasına aparmışdır. Atası Çingiz bir neçə günlük stasionar müalicəyə cəlb olunsa da daha sonra həkim atasının vəziyyətinin ağır olduğunu və xəstəxanada qalmasının hər hansı mənası olmadığını demişdir. Bundan sonra o məcbur olub atası Çingizi yenidən yaşadığı evə gətirmişdir. Həmin vaxt atasının müalicə alması ilə bağlı dananın sahibi Cavabdeh cuzi məbləğdə köməklik göstərməsinə görə, şikayət etməməyi barədə xahiş etməsinə və həmkəndlisi olmasına görə barəsində şikayət ilə hər hansı orqana müraciət etməmişdir. Atası Çingiz aldığı xəsarətdən ##.##.2025-ci il tarixdə Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən yaşadıqları evdə vəfat etmişdir. X4 vəfal etdiyi gün Yevlax RMX-nın təcili yardım Stansiyasının əməkdaşları yaşadıqları evə gəlmişlər. Atası Çingiz vəfat etdikdən sonra Cavabdeh ona şikayət etməməyi müqabilində dəymiş ziyanı ödəyəcəyini, mərhum atasının yas mərasimlərinin xərclərini özü qarşılayacağını bildirmişdir. O, da həmkəndlisi olmasına görə yenə də Ələsgər barəsində şikayət etməmişdir. Lakin Ələsgər nə xərcləri qarşılamamış, nə də atasının yas mərasimlərində belə iştirak etməmişdir. Bu barədə o, Ələsgərə bildirdikdə ona “necə bilirsən elə et" deyə dediyi üçün o əsəbləşərək Ələsgərin barəsində şikayət ərizəsi ilə Yevlax rayon prokurorluğuna müraciət etmişdir. Cavabdehin bir başa nəzarətində olan iri buynuzlu heyvanın onun ehtiyatsızlığı səbəbindən əhalinin üzərinə düşməsi, kifayət qədər məhz onun səhlənkarlığı səbəbindən ona məxsus olan iri buynuzlu inək-cöngə bir başa atasının üzərinə gedib arxa hissədən vurduğu zərbə səbəbindən atası həyatından mərhum olmuşdur. O atasına vurulan ağır xəsarətdən sonra bir ay Yevlax və Mingəçevir xəstəxanalarında olmuşdur. Mütamadi olaraq atasının dərmanlarını almışdır. X6 kəndindən hər dəfə xəstəxanaya getmişdir. Bəzən gündə üç dəfə getmişdir. Atasının acı və iztirablarını yaşamışdır. Bu şəxs bir dəfə də olsun ya xəstəxanaya gəlmiş, dərmanların alınmasında iştirak etməmişdir. Onun təsirindən sonra isə atası vəfat edəndən sonra atasının üç mərasimində gəlib. Atası bir ay bir gün hadisədən sonra acı və ağrılarla yaşamışdır. Sonra isə vəfat etmişdir. Atası baş beyin difuz travması, kəllə tağının sınığı, travmatik subdural qan sızma, bazu sümüyünün sınığı, qabırğaların çox saylı sınığı, kürək sümüyünün sınığı xəsarətlərindən bir ay bir gün sonra vəfat etmişdir. Onlar atasının ölümü ilə bağlı həm maddi həm də mənəvi ziyan almışlar. Atasının xəstəxanada bir ay bir bir gün müddətində istifadə etdiyi dərmanları 514 manat; hər gün xəstəxanaya gediş-gəliş üçün 500 manat; qəbir baş daşının düzəldilməsi üçün 1000 manat; dəfn üç, yeddi, qırx mərasimlərinin keçirilməsi üçün 8000 manat vəsait xərcləmişdir. Bu mərasimlər üçün dəfn, molla, yuyucu, kəfən, qəbir qazan, çayçı, yemək bişirən, çadır habelə dəfn, üç və yeddi mərasimləri üçün eynən istifadə olunan ərzaq və digər vəsaitlər üçün qeyd etdiyi ən aşağı məbləğdir. Qeyd etdiyi mərasimlərin keçirilməsini cavabdeh belə təsdiq edər. Bundan başqa onun atası sağlam olmuşdur. Sənədlərdən görünür ki, hər ay 472 manat təqaüd almışdır. Atası həmin taqaüd ilə onları da saxlamışdır. Atası ilə o ailəni saxlamışlar. Atasının bir illik taqaüdü ən azi 5700 manat etmişdir. O ən azı iki illik dövr üçün atasının dövlət tərəfidən ona ödənilməli olan iki illik dövrü 11400 manatı ondan tələb edir. O və ailəsi atalarının ölümü ilə bağlı mənəvi sarsıntı keçirmişlər. Aylarla atasının zarımasını yaşamışlar. Son dərəcə hər birləri ürək ağrısı keçirmişlər. Çətinliklər yaşamışlar. Bu acılara tab gətirə bilməmişlər. Büdcələrindən olmuşlar. 40 gün yas mərasimlərində daxili sarsıntı və izdirablar keçirmişlər. Həm mənəvi, həm də fiziki çəhətdən sarsılmışlar. Bütün bunların mənəvi zərərinin əvəzi ödənməlidir. Bu şəxsin ehtiyatsızlığı səbəbindən onun nəzarətində olan heyvan atasını vuraraq həyatdan məhrum etmişdir. Bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini, yəni ailəsinə vurduğu zərərin əvəzi olaraq 8000 manat tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 5844.37 (beş min səkkiz yüz qırx dörd manat otuz yeddi qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, cəmi 6344.37 (altı min üç yüz qırx dörd manat otuz yeddi qəpik) manat və 83.45 (səksən üç manat qırx beş qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X5 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh Cavabdeh məhkəmə iclasınadək məhkəmə kollegiyasına göndərdiyi ərizəsində Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılmasından imtina etdiyini göstərmiş və bu səbəbdən işə xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-ci maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən maraqlı şəxsin apellyasiya şikayətindən imtinasına dair ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina üçün apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar