Məhkəmə qərarları › İş №2-2(119)-86/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(119)-86/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(119)-86/2025 08.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 16000 (on altı min) manat məbləğində pul vəsaitinin və 138 (yüz otuz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildən müxtəlif bağlara aqronomluq sahəsi üzrə xidmətlər göstərir, məsləhət verir. Bundan əlavə peşəsinə uyğun olaraq ting alıb satmaqla da məşğuldur. Məhz bu işlərlə əlaqədar 2020-ci ildən tanıdığı Quba rayonu 2-ci Nügədi kənd sakini Cavabdeh 2021-ci ilin oktyabr ayında öz torpaq sahəsində əkmək üçün 1 ədədi 3,80 manat olmaqla 2000 ədəd birillik babilyon növlü şaftalı tingləri almışdır. Bundan əlavə Cavabdeh Qusar rayonu Çubuqlu kənd ərazisində əkilməsi üçün Əbil ləqəbli X11 üçün 1 ədədi 4,50 manat dəyərində olan biktop-nektarin növlü nektarin tingləri alaraq bir ədədini 6 manata satmışdır. Bu alış-verişə görə öz bağı üçün Cavabdeh 7600 manat məbləğində, X11 üçün aldığı meyvə tingləri üçün isə Cavabdeh 11250 manat məbləğində ödəniş etmişdir. Həmin ödənişləri müxtəlif tarixlərdə Cavabdeh məxsus kart hesabına atmaqla həyata keçirmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə 3900 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 2000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 2000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 5000 manat məbləğində, xx.xx.2022-ci il tarixdə isə 350 manat məbləğində pul vəsaiti Cavabdeh məxsus **********682620 nömrəli kart hesabına ödənilmişdir. Cavabdeh tərəfindən satılan tinglərdən 22000 manatlığı səhv ting olmuş, o, bu məbləğdən 6000 manatını iddiaçıya qaytarsa da, qalan 16000 manatı qaytarmaqdan imtina etmişdir. Bu alış-verişdən təxminən 2 il sonra X11 öz bağındakı ağaclarda yetişən meyvənin biktopnektarin deyil, başqa 5 növdə meyvə tingi olduğunu müəyyən etmişdir. Həmin meyvə tinglərini də X10 İddiaçı Cavabdeh alaraq satmışdır. Bu barədə dərhal Cavabdeh məlumat vermiş, bağın, meyvə ağaclarının videosu çəkilərək ona göndərmişdir. X11 İddiaçı meyvə tingləri üçün ödədiyi pulu tələb etdikdə İddiaçı da həmin pulu Cavabdeh tələb etmişdir. Cavabdeh həmin pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra Cavabdeh tərəfindən 2023-cü ilin yay aylarında İddiaçı iki hissə olmaqla cəmi 6000 manat məbləğində pul vəsaiti qaytarılmış, daha sonra isə heç bir ödəniş edilməyəcəyi bildirilmişdir. İddiaçı X10 16000 manat qaytarmış, bundan başqa vurulan ziyana görə tinglərin çeşidini dəyişmək üçün 3750 manat vermişdir. Verilən pulun müqabilində Cavabdeh İddiaçı razılaşdırılmış tingləri verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini tam icra etməmişdir. Quba Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 2(027)-1309/2024 nömrəıli qərardadı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “pul tələbi” barədə iş aiddiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. 09 oktyabr 2024-cü il tarixdə Cavabdeh nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, iddia tələbi özü başdan-başa təzadlarla doludur. İddiaçı iddia edir ki, guya cavabdehə cəmi 7600+11250=18850 manat pul verib və həmin pulu kartla cavabdehə hissə-hissə ödəyib. Halbuki iddia ərizəsində kartla göndərdiyini bildirdiyi pul məbləğlərinin cəmi 18850 manat deyil, 3900+2000+2000+5000+350=13250 manat təşkil edir və həmin ödənişləri təsdiq edən heç bir qəbz də iddia ərizəsinə əlavə edilməmişdir. Daha sonra isə iddiaçı 22000 manat səhv meyvə tinginin satıldığını bildirir və həmin məbləğdən 16000 manat pul tələb edir. Necə ola bilər ki, iddiaçı 18850 manatlıq meyvə tingi alırsa, 22000 manatlıq meyvə tingi səhv olur? Eyni zamanda iddiaçı iddia edir ki, guya X10 satdığı meyvə tingləri cavabdehdən alıb satdığı tinglərdir və iki ildən sonra məlum olmuşdur ki, bu tinglər biktop-nektarin deyil, 5 növdə meyvə tingləridir. Bununla bağlı o, Raşbil İfraimova 16000 manat məbləğində pul qaytarmışdır. Hal-hazırda iddia tələbindən görünən odur ki, iddiaçı Raşbil İfraimova qaytardığı 16000 manat məbləğində pulun tamamını iş üzrə Cavabdeh tələb edir. Halbuki, iddiaçının Raşbil İfraimova satdığı meyvə tinqlərinin sırf cavabdehdən alınan meyvə tingləri olması sübut olunmur. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında sırf iddia ərizəsində qeyd edilən çeşiddə meyvə tinglərinin verilməsi ilə bağlı hər hansı öhdəliyin, müqavilənin olması da sübut olunmur. İkincisi iddiaçı həmin tingləri cavabdehdən alsa idi belə cavabdehdən sadəcə aldığı tinglər yararsız olduğu halda ödədiyi pulu qanunla verilmiş əşyanın qüsurlarının müəyyən edilməsi üçün nəzərdə tutulmuş müddətlər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589-cü maddəsində nəzərdə tutulan) daxilində tələb edə bilərdi. Halbuki, iddiaçı aldığı tingləri başqasına hansı qiymətə satmışdırsa, həmin pulu iddiaçıdan tələb edir və dediyinə görə 2021-ci ilin oktyabr ayında alındığı iddia edilən tinglərin qüsuruna görə 18 aprel 2024cü ildə məhkəməyə müraciət edir. Bu isə iddiaçının tələb etmək hüququ olmadığı halda cavabdehin hesabına əsassız varlanmaq istədiyinin təzahürüdür. Belə ki, qarşı tərəfdən nə isə tələb etmək üçün tələb edən şəxsin bununla bağlı subyektiv hüququnun olması əsas şərtdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İddiaçının cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Çünki iddiaçıya cavabdehdən hazırki vəziyyətdə pul tələb etməyə hər hansı qanun və ya müqavilə əsası hüquqi ixtiyar vermir. Hazırki işdə iddiaçının cavabdehdən iddia ərizəsində qeyd etdiyi növdə meyvə tinglərini alması və ödəniş etməsi və ya da sırf cavabdehdən aldığı meyvə tinglərində problem olması, eyni zamanda iddiaçının X10 satdığı meyvə tinglərinin cavabdehdən alınan meyvə tingləri olması və buna görə hansı əsasla və hansı hesablama yolları ilə 16000 manat məbləğində pulun cavabdehdən tələb edilməsi sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdeh İddiaçı qarşısında öhdəliyinin əmələ gəlməsi üçün onlar arasında müqavilə olmalı idi. İddiaçı ilə cavabdeh arasında iddiaçıya iddia ərizəsində qeyd etdiyi çeşiddən, növdən və miqdardan meyvə tinglərinin satılması ilə bağlı hər hansı müqavilə yoxdur. İddiaçı sübut etməlidir ki, iş üzrə cavabdeh həqiqətən ona qeyd edilən çeşiddə, növdə və miqdarda meyvə tingi satmağı öhdəsinə götürmüş və iddiaçının Raşbil İfraimova satdığı meyvə tingləri sırf cavabdehdən alınan meyvə tingləri olmuş və sırf iş üzrə cavabdehdən aldığı meyvə tingləri yararsız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən isə əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. İddia ərizəsində qeyd edildiyi kimi iddiaçının peşəsi aqronomdur. Yəqin ki, o, aldığı meyvə tinginin hansı növə və keyfiyyətə malik olduğunu peşəsi baxımından hər kəsdən yaxşı bilməli idi. Aldığı malların qüsurunu müəyyənləşdirmək də iddiaçı üçün hər kəsdən daha rahat olmalı idi. İnandırıcı deyildir ki, aqronom peşəsi ilə məşğul olan bir alıcı meyvə tinginin növü barəsində satıcı tərəfindən aldadılsın. Əgər alınmış malın qüsurları var idisə, bununla bağlı da 2 il müddətində satıcıya qarşı tələb irəli sürülə bilərdi. Həmin müddət də iddiaçı tərəfindən ötürülmüşdür. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd qərarından da göründüyü kimi iddiaçıya verilən 6000 manat məbləğində pul hər hansı öhdəliyin icrası kimi deyil, sadəcə cavabdehlə iddiaçının tanışlığ münasibətlərinə əsasən iddiaçı özünün çətin vəziyyətdə olduğunu bildirdiyi üçün köməklik məqsədi ilə verilmişdir. 09 oktyabr 2024-cü il tarixdə Cavabdeh nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edərək iddiaçının tələbi üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdiyinə görə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı X2 iddia ərizəsində guya Cavabdeh 2021-ci ilin oktyabr ayında meyvə tingləri aldığını iddia edir. Cavabdeh qeyd edilən fikirlə razılaşmır. Cavabdeh 2021-ci ilin oktyabr ayında İddiaçı hər hansı meyvə tingi satmamışdır. Cavabdeh iddiaçıya 2020-ci ilin yanvar-fevral ayında meyvə tingləri satmış və əgər iş üzrə iddiaçı həmin meyvə tinglərini mübahisələndirirsə, bununla bağlı müqavilə tələblərindən irəli gələn 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı iddia ərizəsi ilə 18 aprel 2024-cü ildə məhkəməyə müraciət etmişdir. 05 noyabr 2024-cü il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsinə əsasən İddiaçı 2021-ci ilin oktyabr ayında Cavabdeh bir ədədi 3,80 manatdan 2000 ədəd bir illik babilyon növlü nektarin tingləri öz bağ sahəsində əkmək üçün, Qusar rayonu Çubuqlu kəndi ərazisində bağ sahəsi olan X11 adlı tanışı üçün isə bir ədədi 4,50 manatdan 2500 ədəd niktop-nektarin növlü meyvə tingləri almışdır. İki ildən sonra həmin tinglər bar verəndə İddiaçı və Raşbil görmüşdür ki, Cavabdeh İddiaçı satdığı tinglər başqa çeşidli olduğundan başqa meyvə gətirmişdir. Bu barədə Cavabdeh xəbər verilərək bağın videosu atılmışdır. Cavabdeh İddiaçı pulu qaytaracağını bildirmiş və ay yarım sonra 2023-cü ilin yay aylarında hər dəfə 3000 manat olmaqla iki dəfəyə 6000 manat pulu qaytarmışdır. X11 İddiaçı pulu istədiyi üçün İddiaçı tərəfindən ona 16000 manat məbləğində pul qaytarılmışdır. Belə ki, Raşbil bu qədər vaxta öz bağı üçün xeyli xərc çəkmiş, Raşbilin bağında həmin ağacları kəsərək çeşidini dəyişdirmək üçün əlavə 2750 manat məbləğində xərci çıxmışdır. Ümumilikdə İddiaçı tərəfindən Cavabdeh İddiaçı bağı üçün 7600 manat, X8 bağı üçün isə 11250 manat olmaqla, ümumilikdə 18850 manat məbləğində pul verilmişdir. Həmin pul vəsaitlərin ödənilməsi ilə bağlı qəbzlərin surətləri və Cavabdeh İddiaçı atdığı **********682620 nömrəli Kapital bank kartının surəti iddia ərizəsinə əlavə edilmişdir. Belə ki, ilkin olaraq Cavabdeh müəyyən məbləğdə pul vəsaiti nağd verilmiş, daha sonra isə qalan pul məbləği hissə-hissə **********682620 nömrəli Kapital bank kart hesabına xx.xx.2021-ci il tarixdə, saat 17:57-də Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisindəki terminaldan 3900 manat, xx.xx.2021-ci il tarixdə, saat 17:18-da Qusar şəhəri ərazisindəki terminaldan 2000 manat, xx.xx.2021-ci il tarixdə, saat 21:36-da Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, xx.xx.2021-ci il tarixdə, saat 21:42-də Qusar şəhəri ərazisindəki terminaldan 2000 manat, 12.12 2021-ci il tarixdə, saat 17:20-də Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, 12.12 2021-ci il tarixdə, saat 17:12-də Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, 12.12 202-ci il tarixdə, saat 17:12-də Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, 12.12 2021-ci il tarixdə, saat 17:16-da Qusar şəhəri ərazisindəki terminaldan 5000 manat, Qusar rayonundakı evində olarkən öz kart hesabından xx.xx.2022-ci il tarixdə saat 15:02-də 3000 manat, xx.xx.2022-ci il tarixdə saat 18:39-da isə 350 manat pul ödənilmişdir. Bu vaxtadək İddiaçı Cavabdeh xeyli ting almış, buna görə də ona ümumi olaraq 194900 manat pul vermişdir. Həmin məbləğdən 36250 manat pul kart vasitəsi ilə, qalan məbləğ isə nağd şəkildə verilmişdir. Cavabdeh İddiaçı satdığı tinglərdən 18850 manatlıq səhv ting olmuş, həmin məbləğin 6000 manatı qaytarılmışdır. Hazırda Cavabdeh İddiaçı 12850 manat pul borcu vardır. Bundan başqa İddiaçı tərəfindən 2750 manat pul X6ytarılmışdır. İddiaçı Cavabdeh tingləri alanda çeşidini ayıra bilməmişdir. Çünki alma, armud, nektarin, gilas və sairə meyvə tingləri ilk alınanda eyni cür olur, ancaq bar verəndə ayırmaq olur. Bununla bağlı məsələnin müəyyənləşdirilməsi üçün Cavabdeh X8 bağ sahəsinə baxmağa getməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh meyvə tingləri üçün ödənilmiş 12850 manat, X6ytarılan əlavə xərclərə görə ödənilmiş 2750 manat və 138 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 15738 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinin müdafiə edib iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2018-ci ildə “Grand Garden” şirkətində aqronom işləyən İddiaçı onun satış yerinə yaxınlaşaraq ondan ağac almaq istədiyini bildirmiş və o, həmin il iddiaçıya ağac satmışdır. Təxminən bir ildən sonra, 2019-cu ildə isə İddiaçı müştərilərinin çox olduğunu, aqronom kimi bir çox rayonda fəaliyyət göstərdiyini bildirərək ağacın gözünün calağını özü verməklə calanıb ona satılmasını ondan xahiş etmişdir. İddiaçı gözləri təqdim etdikdən sonra cavabdehin calaqçıları 2019-cu ilin iyul ayından avqust ayının 15-dək iddiaçının istədiyi növləri calamışlar. 2019-cu ilin sentyabr ayında İddiaçı həmin ağacların boy verməsi üçün başının kəsilməsini bildirmiş və o, həmin vaxt iddiaçıya ağacların başı kəsilsə onları don vuracağını demişdir. Lakin İddiaçı bir problem olmayacağını bildirmiş, bundan sonra ağacların başı kəsilmiş və iddiaçıya 37000 ədəd ağac satılmışdır. 2020-ci ilin aprel ayında İddiaçı zəng edərək ona verilən 37000 ədəd ağacdan 21000 ədədinin quruduğunu bildirmişdir. Belə ki, ağacların başı mart-aprel ayında kəsilməli olduğu halda, İddiaçı satılan ağacların başı onun xahişi ilə sentyabr ayında kəsildiyi üçün don vurduğundan həmin ağaclar qurumuşdur. İddiaçı quruyan 21000 ədəd ağacın əvəzinə ağac qaytarılmasını tələb etdikdə dəfələrlə quruyan ağacların ona göstərməsini tələb etmiş, lakin iddiaçı quruyan ağacların yerini ona göstərməmişdir. İddiaçı ona verilən 21000 ədəd ağacın güzəşt olunmaqla dəyərini ödəyəcəyini bildirmiş, buna görə 2022-ci ildə İddiaçı quruduğunu dediyi ağacların əvəzinə 21000 ədəd ağac verilmişdir. 21000 ədəd ağaca görə İddiaçı ona 10000 manat məbləğində pul ödəmişdir. Bundan başqa 2021-ci ilin təxminən noyabr-dekabr ayında İddiaçı bir ədədinin qiyməti 4,50 manatdan olmaq 2450- 2500 ədəd biktop-nektarin növlü meyvə ağacı satmış və iddiaçı həmin ağacların pulunu ödəmişdir. 2023-cü ilin təxminən iyun-iyul ayında İddiaçı ona videozəng edərək satılan biktop-nektarin növlü meyvə ağaclarının başqa növ çıxdığını bildirmişdir. O, 2023-cü ilin avqust ayında İddiaçı ilə görüşərək həmin ağacları göstərməsini xahiş etsə də, iddiaçı bağ sahibinin bir az çətin adam olduğunu bildirərək onu bağ sahəsinə aparmamışdır. Bundan sonra İddiaçı ağacları satdığı şəxsin onu polisə şikayət etdiyini bildirərək ona köməklik etməsini xahiş etmişdir. Əvvəldən yoldaşlıqları olduğundan, həmçinin neçə ildir birlikdə iş gördükləri üçün o, hər dəfə 3000 manat olmaqla iki dəfəyə köməklik məqsədi ilə iddiaçıya 6000 manat məbləğində pul vermişdir. Həmçinin o, İddiaçı 2000 ədəd göz qələmini 2019cu ilin sentyabr ayında bir ədədinin qiyməti 3 manatdan olmaqla satdığını və həmin qələmlərin dəyərinin iddiaçı tərəfindən ödənildiyini vurğulamışdır. 2020-ci ildə isə iddiaçı ona zəng edərək həmin göz qələmlərinin quruduğunu demişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda o, bildirmişdir ki, İddiaçı Cavabdeh 2021-ci ilin təxminən noyabr ayında tinglər aldığını demiş və məhkəməyə 18 aprel 2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.2-ci maddəsində nəzərdə tutulan iki illik müddəti tinglərin alındığı 2021-ci ilin noyabr ayından hesabladıqda, alıcı qismində İddiaçı əşyanın qüsurları ilə bağlı tələbləri 2023-cü ilin noyabr-dekabr ayınadək irəli sürməli idi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri, səs yazılarını tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 14 dekabr 2023-cü il tarixdə Quba rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh adlı tanışının onu aldadaraq 16000 manatlıq dəyərində başqa çeşidli ting satdığını, lakin indiyədək dəymiş ziyanı ödəmədiyini bildirmişdir. 08 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işi başlanması rədd edilmiş və tələbi mülki xarakterli olduğundan İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmin araşdırma zamanı X11 izahatında bildirmişdir ki, dəqiq tarix yadında deyil, təxminən 3 il bundan əvvəl İddiaçı onun bağı üçün bir ədədi 6,5 manatdan bir illik 2500 ədəd biktop növlü tüklü nektarin şaftalı tingi vermişdir. Həmin tinglərin pulunu Valehə nağd ödəmiş və tingləri özü Qusar rayonu, Çubuqlu kəndində yerləşən öz bağ sahəsində əkərək 3 il qulluq etmişdi. 2023-cü ilin yayında tinglər bar verəndə isə həmin tinglərdən ərik, tüklü şaftalı və gavalı yetişdiyini görmüşdür. Valehi çağırıb bağı göstərmiş və verdiyi tinglərin başqa çeşidlər olduğunu demişdir. Valeh də onunla razılaşıb ona 16000 manat, çeşid dəyişənlərə 2300 manat, işçilərə isə 450 manat pul vermişdir. Valehin tingləri kimdən alıb gətirdiyini bilmir, bu barədə ona heç nə deməmişdir. İş materiallarında olan 28 dekabr 2024-cü il tarixli aqronom X12 tərəfindən verilən aqronom rəyində göstərilir ki, xx.xx.2024-cü il tarixində keçirilən baxış zamanı X9 məxsus ünvan 1i ünvanında yerləşən bağda nöqsanlar aşkar edilmiş, 2500 ədəd nektarin tingi adı ilə yanlış çeşiddə ağac tinglərinin təqdim edilməsi nəticəsində bağda fərqli ağaclar şaftalı, qayısı, gavalı ağacları əkilmişdir. İş materiallarında olan 29 dekabr 2024-cü il tarixli aqronom X12 tərəfindən verilən aqronom rəyində göstərilir ki, xx.xx.2024 tarixində keçirilən baxış zamanı İddiaçı məxsus ünvan 2i ünvanında yerləşən bağda nöqsanlar aşkar edilmiş, 1880 ədəd şaftalı tingi adı ilə yanlış çeşiddə ağac tinglərinin təqdim edilməsi nəticəsində bağda fərqli ağaclar nektarin, qayısı, gavalı ağacları əkilmiş, bundan əlavə olaraq 120 ədəd qurumuş ting müəyyən edilmişdir. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 04 oktyabr 2021-ci il tarixdə 3900 manat, 23 noyabr 2021-ci il tarixdə 2000 manat, 29 noyabr 2021-ci il tarixdə 7000 manat, 12 dekabr 2021-ci il tarixdə 20000 manat, 26 yanvar 2022-ci il tarixdə 3000 manat,18 fevral 2022-ci il tarixdə 350 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. - 329-cu madəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında ting alqısatqısı ilə bağlı münasibətlər mövcud olmuş, həmin münasibətlər üzrə Cavabdeh İddiaçı müxtəlif vaxtlarda tinglər satmışdır. İddiaçı 2021-ci ilin təxminən oktyabr-noyabr ayında Cavabdeh 1 ədədinin qiyməti 4,50 manatdan olmaqla 2500 ədəd biktop-nektarin növlü şaftalı tingi almış və həmin ağaclara görə 11250 manat pul ödəmişdir. Bundan sonra İddiaçı həmin ağacları baha qiymətə X11 adlı şəxsə satmışdır (Quba rayon polis şöbəsində yuxarıda qeyd olunan müraciət araşdırılarkən X8 izahatında bildirdiyi tinglərin adı və sayı İddiaçı Cavabdeh aldığı tinglərin adı və sayı ilə eynilik təşkil edir). 2023-cü ilin yay ayında X11 iddiaçıya həmin tinglərdən başqa çeşiddə meyvələr yetişdiyini demiş və ödədiyi pulu tələb etdiyi üçün İddiaçı ona aldığı pulu geri qaytarmışdır. Bundan başqa İddiaçı öz bağından əkmək üçün Cavabdeh 2000 ədəd babilyon növlü şaftalı tingi almışdır (cavabdeh həmin tingləri gah 2019-cu ilin sentyabr-oktyabr, gah 2020ci ilin yanvar-fevral ayında bir ədədinin qiyməti 3 manatdan olmaqla 6000 manata iddiaçıya satdığını, iddiaçı isə həmin tingləri 2021-cilin oktyabr ayında bir ədədinin qiyməti 3,80 manatdan olmaqla 7600 manata aldığını deyir). İddiaçı 2022-ci ilin yay aylarında həmin şaftalı tinglərinin bir qismində başqa çeşiddə meyvə yetişdiyini, bir qisminin isə quruduğunu müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və İddiaçı ilə Cavabdeh arasında aparılan danışıqları özündə əks etdirən iddiaçı tərəfindən 14 dekabr 2023-cü il tarixdə Quba rayon polis şöbəsinə müraciət edildikdən sonrakı dövrə aid olan səs yazısı dinlənilmişdir. Həmin səs yazısında cavabdeh iddiaçıya “Valeh şöbəyə çağırıblar məni. Mən sənə pul atanda demədimmi ki, Valeh əlimə nə düşsə göndərəcəm sənə. Ay axırında da pul olmalıdır, yenə də atacam sənə. Bu nə hərəkətdi ki, sən gedib şikayət edirsən. Mən sənə deyirəmmi ki pulunu vermirəm sənin? Görürsən bir 5-10 günə sezon başlayır” ifadələrini demişdir. Səs yazısından göründüyü kimi, Cavabdeh İddiaçı tinglərlə bağlı polis şöbəsinə müraciət etdiyinə görə iradını bildirir, ona pul göndərdiyini, ayın sonu da pul ödəyəcəyini, sezon başlayacağını və pulunu verəcəyini deyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bundan başqa məhkəmə araşdırma zamanı Cavabdeh İddiaçı 2023-cü ilin avqustsentyabr aylarında hər dəfə 3000 manat olmaqla iki dəfəyə 6000 manat pul qaytardığı müəyyən olunmuşdur. Cavabdeh etirazında və izahatında bildirdiyi - “iddiaçıya 6000 manatı köməklik məqsədilə verməsi” inandırıcı deyil. Cavabdeh nümayəndəsi Vəkil etirazında və izahatında bildirmişdir ki, Mülki Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Lakin iddiaçı tinglərin qüsuruna görə 18 aprel 2024-cü il tarixdə məhkəməyə müraciət etməklə həmin müddəti ötürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, meyvə tingləri bir neçə ildən sonra məhsul verməyə başladığı üçün alıcının həmin tingləri aldığı vaxtdan iki il ərzində qüsurları aşkar etməsi mümkün olmaya bilər. İşin hallarından da göründüyü kimi, cavabdeh tərəfindən satılan tinglər 1-2 ildən sonra məhsul verməyə başlayarkən 2022-2023-cü illərin yay aylarında həmin tinglərdən başqa çeşiddə meyvələr yetişdiyi aşkar olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, hazırkı mübahisənin predmetinin meyvə ağacları olması nəzərə alınaraq Mülki Məcəllənin 589.2ci maddəsində göstərilən iki illik kəsici müddətin tinglərin alıcıya verildiyi gündən hesablanması ədalətli olmaz Cavabdeh İddiaçı ona bir ədədinin qiyməti 4,5 manatdan olmaqla 2500 meyvə tingi üçün 11250, bir ədədinin qiyməti 3 manatdan olmaqla 2000 ədəd meyvə tingi üçün 6000 manat ödəniş etdiyini bildirmişdir. 2023-cü ildə isə Cavabdeh tərəfindən həmin tinglərin dəyərindən iddiaçıya 6000 manat geri qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 11250 manat (11250 manat + 6000 manat – 6000 manat = 11250 manat) pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “X6ytarılan əlavə xərclərə görə ödənilmiş 2750 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissədə əsaslılığı sübuta yetirilmədiyindən iddia həmin hissədə rədd olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 123,75 (yüz iyirmi üç manat yetmiş beş qəpik) manat təşkil edir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh 123,75 (yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Cavabdehin nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim olunmuş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən həmin ərizənin əsaslılığı və hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul və 123,75 (yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11373,75 (on bir min üç yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat məbləğində pul və 123,75 (yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11373,75 (on bir min üç yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar