Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3311/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülki hüquq pozuntusundan irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyan tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı 25 fevral 2019-cu il tarixdə saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayon Dəllər-Cəyir kənd orta məktəbin yaxınlığında sinif yoldaşları ilə gizlənqaç oyanayarkən həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampanzavod yarımstansiyasından çıxan 10 kvt-lu Dəllər-Cəyir hava xəttində yerləşən ******* invertar kodlu yüksək gərginlikli tranformatorun içərisində gizlənmək məqsədilə transormatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyəsinin elektrik yaraları xəsarətləri almış və aldığı xəsarətlər nəticəsində sol qolu amputasiya edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X12 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X4 və X12 Təchizatı və Satışı İdarəsinin Şəmkir X2 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən X5 CM-nin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmü ilə adları qeyd olunan şəxslər barəsində ittiham hökmü çıxarılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırılan mülki iddia tələbi də həmin hökmlə qismən, yəni 30565 manat maddi, 25000 manat isə mənəvi zərər təmin edilmişdir. 2. “X7” MMC tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 410 nömrəli təklif sənədindən görünür ki, İddiaçı amputasiya səviyyəsi sol çiyin dezartikulyasiya səviyyəsində müəyyən olunmuş, ona Almanya istehsalı olan 89090 manat (qeyd olunmuş qiymətə protez, protezin quraşdırılması, istifadə təliminin keçirilməsi və istifadə müddətində texniki xidmətin göstərilməsi daxildir) dəyərində Bebionic Hand 3 Bioniv Transradial protez tətbiq olunması təyin olunmuş, uyğun götürülmüş protez xəstə ilkin müayinə olunduqdan sonra xəstənin fərdi xüsusiyyətləri (güdülün quruluşu, amputasiya səviyyəsi, aktivlik dərəcəsi, fəsadlar, yanaşı xəstəliklər və s) nəzərə alınaraq təyin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi ziyanının ödənilməsi tələbinə dair iddia əriz əsi ilə məhkəməyə müraciət edərək, İddiaçı protez qoyulması üçün tələb edilən maddi ziyana görə 89090 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla “X7” MMC tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 410 nömrəli təklif sənədinə istinad edilməklə qeyd olunmuşdur ki, hazırda İddiaçı 14 yaşı var və ona protez qoyulması zəruridir. Ona görə də, cavabdehdən 89090 manat tutularaq ona ödənilməlidir.
5. Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(076)-924/2023 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia tələbi təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına zərər vurulmuşdur. Maddi ziyanın cavabdeh tərəfindən 13 yaşa qədər olan hissəsi iddiaçıya ödənilmiş, lakin 13 yaşdan sonra yenidən protezləşdirmə üçün maddi ziyanın əvəzi ödənilməmişdir.
7. Məhkəmə İddiaçı əlillik dərəcəsi təyin edildiyindən protezləşdirmənin Dövlət Sosial Müdafiə Fondunun hesabına həyata keçirilməli olması ilə bağlı cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, cavabdehin törətdiyi əmələ görə cəzasını çəkməsi və maddi ziyanın hadisə olan vaxta olan münasibətdə ödəhilməsi onu heç də cinayət əməli ilə bağlı gələcəkdə yaranacaq maddi ziyanın ödənilməsindən kənarda qoya bilməz. Cavabdeh təşkilat cinayət əməli nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. Çünki işin faktiki halları ilə sübut olunur ki, İddiaçı Elman oğlunun almış olduğu xəsarətlər nəticəsində hal-ha zırkı vəziyyətə görə yenidən protezləşdirilmə həyata keçirilməsi zəruridir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1 və 1118.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, əlilliyi olan şəxslərin reablitasiya vəsitələri ilə təmin edilməsi mü vafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reablitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət hesabına həyata keçirilir. Əlil olmuş şəxslərin dövlət hesabına reablitasiya vasitləri ilə təmin olunmaları üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-158/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X6 (sədrlik edən və məruzəçi), X3 və X1) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı sağlamlığına ağır zərər vurulması, yəni sol qolun amputasiya olunması bilavasitə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təqsirli (qanuna zidd) hərəkətləri nəticəsində baş vermişdir. Belə olan təqdirdə xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı bebionic əlin, mexaniki dirsək oynağının, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyünün qoyulması üçün çəkiləcək xərc cavabdeh tərəfindən ödənilməlidir.
13. Apellyasiya şikayətinin “maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə çıxarılması, əlilliyi olan şəxslərin reablitasiya vəsitələri ilə təmin edilməsinin müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət hesabına həyata keçirilməsi və əlil olmuş şəxslərin dövlət hesabına reabilitasiya vasitələri ilə təmin olunmaları üçün kifayət qədər hüquqi əsasların mövcud olması” dəlilinə hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, şikayətin həmin dəlilləri əsassızdır və birinci instans iya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” PHŞ tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 3-1734/2-11176/2024 nömrəli rəyində qeyd olunmuşdur ki, yüksək texnologiyalı olmayan (modul tipli) yuxarı ətraf protezləri həm xüsusi, həm də ümumi səbəbdən əlilliyi olan şəxslərə dövlət vəsaiti hesabına hazırlanır. Göründüyü kimi Azərbaycan Respublikasında yalnız yüksək texnologiyalı olmayan protezlər dövlət hesabına hazırlanır. xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı hazırlanmalı olan “Bebionic hand 3 bionik transradial” protez isə (tərkibi bir ədəd bebionic əl, bir ədəd mexanik dirsək oynağı və bir ədəd yumşaq içlikli karbon soket və silikon kosmetik əl örtüyündən ibarət) yüksək texnologiyalı olmaqla, ölkəmizə xaricdən idxal olunur. Bu da onu deməyə əsas verir ki, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı zəruri ehtiyacını təmin edən yüksək texnologiyalı (hazırkı halda Almaniya istehsalı olan) bebionic əl, mexaniki dirsək oynağı, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyünün ölkə daxilində hazırlanmır.
14. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1 və 1118.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38, 3-cü hissə. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 21.1. Z ərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərə kət və ya hərəkətsizlikdir).
21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
24. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhd əliyi qoyur. Əlilliyi olan şəxslərin hüquqları haqqında
25. Maddə 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir.
26. Maddə 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halların a uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstəri lən əsaslara görə hesab edir ki, cavabbeh "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
39. Belə ki, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1 və 1118.1-ci maddələrinə istinad etməklə iddianı təmin edən apellyasiya məhkəməsinin qənaətinə görə İddiaçı sol qolunun çiyin dezartikulyasiya səviyyəsində amputasiyası ilə nəticələnən sağlamlığına ağır zərər vurulması, bunun cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və vurulmuş maddi ziyanın İddiaçı 13 yaşın çatana kimi olan hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır.
40. Yetkinlik yaşına çatmayan İddiaçı hal-hazırkı vəziyyətinə görə yenidən protezlə təmin olunmasının zəruriliyi, bebi onic əl, mexaniki dirsək oynağı, yumşaq içlikli karbon soket, silikon kosmetik əl örtüyündən ibarət yüksək texnologiyalı həmin protezin ölkə xaricində, yəni Almaniyada istehsal olunması, bu səbəbdən də protezləşdirmənin Dövlət Sosial Müdafiə Fondunun hesabına həyata keçirilməsinin mümkünsüzlüyü nəzərə alınmaqla protezləşdirmə cavabdeh müəssisənin vəsaiti hesabına təmin olunmalıdır, cavabdeh təşkilat cinayət əməli nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin olunması barədə rayon məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işə olan sübutlara hərtərəfli və tam baxmamış, nəticədə düzgün olmayan qətnamə qəb ul etmişdir.
42. İş materaillarına görə balansında olan yüksək təhlükə mənbəyinin fəaliyyəti ilə bağlı mülki hüquq pozuntusu törətmiş cavabdehin təqsirli hərəkətləri nəticəsində ağır xəsarət alan xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı sol qolu çiyni səviyyəsində amputasiya edilmiş, o, ümumi səbəbdən əlil olmuşdur.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na görə ümumi səbəbdən əlil olmuş şəxslərin yüksək texnologiyalı yuxarı ətraf protezi (elektron komplektləşdiricilərdən istifadə olunmaqla və ya olunmamaqla) ilə təmin olunmasının dövlət büdcəsi hesabına həyata keçirilməsi nəzərdə tutulmasa da, həmin Qaydalara görə əlilliyi ola n şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətlərinin müəyyən olunması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə həyata keçirilir, yəni əlillərin texnologiyalı yuxarı ətraf protezi ilə təmin olunması Azərbaycan Respublikasında da mümkündür, bu protezin ölkədə hazırlanması, yaxud da idxalı yolu həyata keçirilir.
44. İddiaçının yüksək texnologiyalı Almanya istehsalı olan yuxarı ətraf protezinə ehtiyacının olması qənaətinə gələn apellyasiya məhkəməsi “X7” MMC tərəfindən verilmiş 23 noyabr 2022-ci i l tarixli, 410 nömrəli təklif sənədinə əsaslanmış, bu zaman həmin sahə üzrə ixtisaslaşmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin fəaliyyət göstərməsini, iddia ərizəsində qaldırılan məsələnin, o cümlədən reabilitasiya vasitəsinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, bu vasitənin ölkədə hazırlanması, yaxud da idxalının mmükünlüyü, reabilitasiya vasitəsinin istifadəsi, təminatı, hazırlanması, təmiri və ya dəyişdirilməsi müddətlərinin müəyyən olunmasının düzgün həlli üçün həmin Agentliyin verdiyi rəyin daha mötəbər ola bilicəyəni nəzərə almamış, cavabdeh tərəfin bu barədə verdiyi vəsatəti də Agentliyin “Protezortopedik istehsalat və reabilitasiya mərkəzi” PHŞ-nin direktor müvainin 23 aprel 2024-cü il tarixli məktubuna əsaslanm aqla təmin etməmişdir.
45. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgü n hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-158/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.