Məhkəmə qərarları › İş №2(039)-2358/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2358/2022

14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2358/2022 14.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «faktın müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-5283A kod 90101002 şəhadətnaməsində birinci sırada yazılmış adı, soyadı atasının adı qrafasında X3 qeydinin, şəxsiyyəti təsdiq edən vəsiqədə göstərilən Ərizəçi1 qeydindəki şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat komissiyasının 17 fevral 2006-cı il tarixli 10 saylı qərarı ilə onlara və ailə üzvlərinə Yevlax şəhərində 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş və buna dair adlarına JN-5283A, kod 90101002 saylı şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamədə 1-ci sıra sayında Ərizəçi1 qeyd olmuşdur. Şəhadətnamədə Ərizəçi1 müvafiq olaraq X1 göstərilmişdir. Torpaq şəhadətnaməsində adı səhv yazılmışdır. Sənəddə olan səhvi başqa formada aradan qaldırmaq mümkün olmadığından onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi1 Ərizəçi2 izahatına oxşar eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsindən verilmiş 12 sentyabr 2022-ci il tarixli, **********89 saylı məktubdan görünür ki, Ərizəçi2 şəhadətnamədə düzəlişin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-5283A KOD 90101002 saylı şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 saylı qərarı ilə X2, X7, X8, X9 və Ərizəçi2 0.06 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax 2 saylı evlər komitəsinin 20 sentyabr 2022-ci il tarixli arayışından məlum olur ki, Ərizəçi1 Yevlax şəhəri, S.Ruhulla küçəsi 13-də yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 avqust 1957-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 09 mart 1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 iyul 1975-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 ilə X4 arasında 17 iyul 1975-ci il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli, 10 saylı qərarı əsasında ərizəçilərə və onların ailə üzvlərinə 0.06 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-5283A KOD 90101002 saylı şəhadətnamədə texniki səhvə yol verilmiş Ərizəçi1 adı səhv qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-5283A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-5283A KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar