Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2383/2025 15.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İddiaçı nümayəndəsi X16, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Yevlax rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Yevlax rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən 0.70 hektar torpaq sahəsi qaynanası X6 mülkiyyətinə verilmişdir. Bu barədə JN 0083 (KOD ********) sylı dövlət aktı tərtib olunmuş, daha sonra isə DƏDRX-i tərəfindən xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. X15 07 oktyabr 2015-ci il tarixdə, onun oğlu, onun (iddiaçının) isə həyat yoldaşı X29 isə 29 mart 2013-cü ildə rəhmətə getmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notarait Arxivinin cavab məktubuna əsasən X4 miras əmlakına dair Yevlax rayon 1 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə 192 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra o (iddiaçı) ərizə ilə Yevlax rayon 1 saylı notariat ofisinə müraciət etişdir. Məlum olmuşdur ki, X4 miras əmlakına dair Tanırverdiyev kif Əli oğlunun adına Yevlax rayon 1 saylı notariat ofisində xx.xx.2017-ci il tarixdə, 192 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin vərəsəlik işi açılan zaman həyat yoldaşı X19 vərəsələri kimi o (iddaçı) və övladları notariat ofisinə çağırılmamışlar. Hesab edir ki, həyat yoldaşına çatası pay onlara çatmalıdır. Lakin notariat ofisi bununla bağlı onları notariat ofisinə dəvət etməmiş və həmin huquqdan məhrum olmuşlar. Mübahisəli torpaq sahəsindən hazırkı vaxtadək onlar istifadə edirlər və torpaq vergisini ödəyirlər. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321.1, 1324, 1325-ci maddələrinə istinad edərək, Yevlax rayon 1 saylı Notarait Ofisinin xüsusi notariusu tərəfindən 21 oktyabr 2017-ci il tarixdə, 2V-192 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X24 ididanı müdafiə edərək, idida ərizəsinin məzmununa uyğun izahat vermiş və ididanın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək, verdiy izahatında göstərmişdir ki, ailədə yeddi uşaq olmuşlar. Mərhum anası X4 ölümündən sonra ondan Yevlax rayonunun Hürüuşağı kəndində 0.6990 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Yevlax rayon 1 saylı notariat ofisinə müraciət etmiş, mərhum anasından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınmış və bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə ona qanuni əsaslarla verilmişdir. İddianı əsassız hesab edir. İddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Yevlax rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh Yevlax rayon 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmn edilməməlidir. İşdə olan Yevlax rayon Tanrıqulular kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxx 1957-ci ildə doğulmuşdur, atası X12, anası X5r. İşdə olan Yevlax rayon Tanrıqulular kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 05 oktyabr 1956-cı ildə doğulmuşdur, atası X12, anası X5r. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X29 ilə X13 25 oktyabr 1978-ci ildə nikahlarını bağlamışlar və arvada Səmədova soyadı verilmişdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X29 29 mart 2013-cü ildə ölmüşdür. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 07 oktyabr 2015-ci ildə ölmüşdür. İşdə olan Yevlax Şəhər İHB-nın Tanrıqulular kənd İƏD üzrə nümayəndliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, xx.xx.2015-ci ildə ölmüş X2 qalan qanun üzrə vərəsələri Cavabdeh2, X20, X11, X17 və X18r. İşdə olan X2 qalan birinci növbə qanun üzrə vərəsələri X20, X11, X17 və X21 tərəfindən Yevlax rayon 1 saylı notariat kontorunda verilmiş ərizələrdən görünür ki, həmin vərəsələr mərhum anaları X3 miras qalmış əmlakdan onlara düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmişdirlər. İşdə olan Yevlax rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 07 oktyabr 2015-ci ildə ölmüş X3 miras qalmış ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu Hürüuşağı kəndində yerləşən 0.6990 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X4 oğlu Cavabdeh2 qanun üzrə vərəsə tanınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışın surətindən görünür ki, Yevlax rayonu Hürüuşağı kəndində yerləşən 0.6990 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasındı müəyyən edilmişdir ki, Cavabdeh2 birinci növbə qanun üzrə vərəsəsi olaraq 07 oktyabr 2017-ci il tarixdə ölmüş mərhum anası X3 miras qalmış Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən 0.6990 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsə tanınmış və Yevlax rayon 1 saylı notariat kontoru tərəfindən Cavabdeh2 xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X1 ölümündən sonra sağ qalmış birinci növbə qanun üzrə vərəsələrindən X20, X11, X17 və X8 rayon 1 saylı notariat kontoruna ərizələr verərək, mərhum anaları X3 miras qalmış əmlakdan onlara düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etmədiklərini bildirmişlər. İddiaçının əri X29 isə anasından əvvəl, yəni 29 mart 2013cü ildə ölmüşdür. İddiaçı isə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əsassız olaraq verildiyini iddia edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əssən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında iddiaçının iddia ərizəsində göstərdiyi əsaslarla Yevlax rayon 1 saylı Notarait Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 21 oktyabr 2017-ci il tarixdə, 2V- 192 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Yevlax rayon 1 saylı Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2383/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2383/2025
15.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver