Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2391/2024 28.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və digərlərinin vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2, Üçüncü şəxslər X3 və X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Məciyəddin qızının və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X24 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı üçüncü şəxslər X3 və X2 cəlb olunduğu mirasdan paylarının müəyyən edilməsi və məhkəmə məsrəflərinin cavabdehdən iddiaçıların xeyrinə tutulması tələbinə dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 Məciyəddin qızı və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X24 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı üçüncü şəxslər X3 və X2 cəlb olunduğu mirasdan paylarının müəyyən edilməsi və məhkəmə məsrəflərinin cavabdehdən iddiaçıların xeyrinə tutulması tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum anaları xx.xx.2016-cı il tarixdə vəfat etmiş X13 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair mirasdan paylarının (hər bir iddiaçının) müəyyən edilməsi, məhkəmə məsrəflərinin 500 manat vəkilə ödənilən haqqın və 100 manat dövlət rüsumu məbləğinin cavabdehdən onların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini belə əsaslandırmışdır ki, iddiaçılar doğma bacılardır, Cavabdeh2 isə onların doğma qardaşıdır. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi mərhum X6ndan miras qalmışdır. Həmin daşınmaz əmlaka dair anaları Roza İsmayılovanın mülkiyyət hüququ Yevlax Rayon TİB tərəfindən xx.xx.1995- ci il tarixli 2408 nömrəli qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmışdır. X6 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X6 xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək (ölən günədək) Yevlax şəhəri Q.Quliyev küçəsi ev 1, mənzil 17 də qeydiyyatda olmuşdur. Mərhum analarının ölümündən sonra qızı xx.xx.1958-ci il təvəllüdlü İsmayılova Ruxsarə, qızı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı1, qızı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı3, qızı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı2, oğlu xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2, qızı xx.xx.1973-cü il təvəllüdlü İsmayılova Xalidə vərəsələri qalmışdır. X1 və X9 mirasdan (ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən) pay istəmirlər, o cümlədən mirasın bölüşdürülməsi ilə mübahisə etmirlər. Cavabdeh2 Məcyəddin oğlu mirasın - ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin bölüşdürülməsi ilə bağlı mübahisə edir. Onlar iddiaçıların mirasdan pay əldə etmək hüquqları olmadığını bildirir. Məhkəməyə müraciət etmək məcburiyyətində olduqlarından məhkəməyə müraciət etməmişdən öncə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət“ Mərkəzində notariat ofisinə müraciət etmişlər. Xüsusi notarius 30 avqust 2024-cü il tarixli 1731 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, mirasın bölüşdürülməsi haqqında mübahisəni həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı1, onun nümayəndəsi və digərlərinin vəkili Vəkil1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı3 Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək, onun səhhətində yaranan xəstəliklə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə saat 11:00-a təyin olunmuş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun vəkili Vəkil2 iddia tələbini qismən qəbul etdiyini, iddiaçıların iddia tələbinin mirasda payların müəyyən edilməsi hissəsində təmin olmasını məhkəmədən xahiş etmişdir. X24 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2417 saylı məktubdan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Məciyəddin qızının və İddiaçı3 Cavabdeh2 qarşı mirasdan payların müəyyən edilməsi ilə məhkəmə məsrəflərinin cavabdehdən iddiaçıların xeyrinə tutulması tələbinə dair işə baxılması ilə əlaqədar xx.xx.2024-cü il tarixə, saat 12:30 təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyi üçün işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər Xalidə İsmayılova və Ruxsarə İsmayılova iddia tələbini qəbul etdiklərini və valideynlərindən qalmış miras əmlakda onların hər ikisinin məhkəmə qaydasında paylarının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Fuad Mirabov tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli 1731 saylı məktubda qeyd edilir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş anası X13 qalmış mirası əmlaka vərəsələr arasında mübahisə olmasına baxmayaraq, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda. Mübahisəyə məhkəmə baxır. Odur ki, mirasın bölüşdürülməsi haqqında mübahisəni həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Mübahisənin həlli ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 811099 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X22 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir; xx.xx.1995-ci il tarixli, 1/17 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi sahəsi 82.40 kvm olan yaşayış evi sahəsi 58.20 kvm olan mənzil Roza İsmayılovanın adına qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 53/3-13-117/2024 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X22 həqiqətən də xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 1, mənzil 17-da qeydiyyatda olmuşdur. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X22 vəfat edənədək, ünvan 4 ünvanda yaşamışdır. Ölümündən sonra həyat yoldaşı X14 xx.xx.1932-ci il vəfat etmiş, qızı xx.xx.1958-ci il təvəllüdlü X8, qızı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı1 Məcyəddin qızı, qızı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı3 Məcyəddin qızı, qızı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı2 Məcyəddin qızı, oğlu xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 Məcyəddin oğlu və qızı xx.xx.1973-cü il təvəllüdlü X9 varisləri qalmışdır. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09İS/067582-24 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1938-ci il təvəllüdlü X22 (öldüyü tarix) qızı xx.xx.1958-ci il təvəllüdlü X8, qızı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı1 Məcyəddin qızı, qızı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı3 Məcyəddin qızı, qızı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı2 Məcyəddin qızı, oğlu xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 Məcyəddin oğlu və qızı xx.xx.1973-cü il təvəllüdlü X9 adlı şəxslər xx.xx.2016-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibində dair məlumatlar aşkar edilmişdir. Yevlax rayon qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 ilə X25 xx.xx.1965-ci il tarixdə 157 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə İsmayılov arvada İsmayılova soyadı verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 087466 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir; Yevlax şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 44 saylı xx.xx.2017-ci il tarixli sərəncamdan görünür ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2, mənzil 1-da yaşayan İddiaçı1 Məciyyəddin qızının ərizəsi nəzərə alınasın. O, xx.xx.1967-ci ildə anadan olmuş, uşaqlardan İİ qrup əlil, fəaliyyət qabiliyyəti olmayan İddiaçı2 Məciyəddin qızının üzərində qəyyum təyin edilsin. Qəyyum təyin edilmiş İddiaçı1 tapşırılsın ki, qəyyumluğa götürülmüş İddiaçı2 Məciyəddin qızı ilə birgə yaşamaqla onun hüququ və mənafeyinin müdafiə edilməsini təmin etsin. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri S.Zeynalova tapşırılsın ki, sərəncamın surətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə göndərilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə payının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, qeydiyyat vəsiqəsinə əsasən verilmiş xx.xx.1995-ci il tarixli, 2408 qeydiyyat №-li vəsiqə ilə X16 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsində İddiaçı1, 1/6 hissəsi İddiaçı2 Məciyəddin qızına, 1/6 hissəsi İddiaçı3, 1/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi X5 və 1/6 hissəsi X4 tərəflərin hər birinin payı müəyyən edilməlidir. Eyni zamanda məhkəmə məsrəfləri olan 500 manat vəkilə ödənilən haqq və 100 manat dövlət rüsumu Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 Məciyəddin qızının və İddiaçı3 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsindən məlum olur ki, Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsindən məlum olur ki,Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsindən məlum olur ki, Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsindən məlum olur ki, Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsindən məlum olur ki, Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul və vəkili xidmət haqqı kimi ödənilmiş 500 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçların xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qeydiyyat vəsiqəsinə əsasən verilmiş xx.xx.1995-ci il tarixli, 2408 qeydiyyat №-li vəsiqə ilə mərhum X19 birgə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı1 1/6 hissədə, İddiaçı2 Məciyəddin qızının 1/6 hissədə, İddiaçı3 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə, X3 1/6 hissədə və X2 1/6 hissədə payları müəyyən edilsin. Cavabdeh2 iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul və vəkili xidmət haqqı kimi ödənilmiş 500 manat pulu iddiaçılar İddiaçı1, İddiaçı2 Məciyəddin qızının və İddiaçı3 xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2391/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2391/2024
28.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver