Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-241/2021 02.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində göstərməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN 109A saylı 90102058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 103 saylı 90102058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının X7, Hüseynova (Yusibova) Tinatin Rizvan qızına, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizələrini onunla əsaslandırılmışdır ki, Yevlax rayonu X3 xx xxxxxx 1997ci il tarixli 26 saylı qərarı ilə Yevlax rayonu Gülövşə kəndində 0.38 ha həyətyanı torpaq sahəsi və Yevlax rayonu X3 xx xxxxxx 1998- ci il tarixli 38 nömrəli qərarı ilə 0.63 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərinə verilmişdir. Həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqları JN 109A saylı 90102058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ isə JN 103 saylı 90102058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən təsbit edilmişdir. Hər iki mülkiyyət sənədində subyekt şəxslər Hüseynov Qadir Şakir oğlu, Hüseynova (Yusibova) Tinatin Rizvan qızı, Ərizəçi3 və Ərizəçi2dur. JN 109A saylı 90102058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsində yanlışlıqlar olmuşdur. Belə ki, X11 əvəzinə səhvən X12, Ərizəçi1 əvəzinə səhvən Ərizəçi1 oğlu yazılmışdır. JN 103 saylı 90102058 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi1 əvəzinə səhvən X4 yazılmışdır (rəsmi nikahda olmağı və həyat yoldaşının soyadını qəbul etməyinə baxmayaraq subaylıq soyadı Yusibova yazılmış), Ərizəçi3 yazılmaq əvəzinə səhvən X14 yazılmışdır. Onların ailə başçısı birinci ərizəçinin həyat yoldaşı, o cümlədən digərlərinin atası olan X11 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Ərizəçilər ondan miras qalmış daşınmaz və daşınar əmlaklara dair vərəsəlik işi açdırmaq istəyir. JN 109 saylı 90102058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 103 saylı 90102058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktıda subyektlərin ad soyad və ata adında yuxarıda qeyd edilən yanlışlıqların olması səbəbilə vərəsəlik işinin açılması mümkün olmamışdır. Hazırda məhz vərəsəlik işinin həlli ilə bağlı onlar, JN 109A saylı 90102058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 103 saylı 90102058 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının onların ailəsinə məxsusluğu faktının təsdiq edilməsinə dair məhkəməyə müraciət etmişdir. Qeyd olunan yanlışlıqların düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etsələr də, onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iddianı müdafiə edərək və ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ağdaş rayonu Bucaq kənd sovetliyi tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş AЗ seriyalı 420090 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Ağdaş rayonu Bucaq kənd sovetliyi tərəfindən xx.xx.1963-cü il tarixdə verilmiş AЗ seriyalı 567449 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Yevlax rayonu bucaq kənd sovetliyi tərəfindən xx.xx.1986-ci il tarixdə verilmiş İV- ЖГ 324115 №li nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X5 arasında bağlanmış nikah 1986-cı ilin oktyabr ayının 25-ci günündə akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada isə Hüseynova soyadı verilmişdir. Yevlax rayonu Bucaq kənd sovetliyi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş Xİİİ- ЖГ seriyalı 321326 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi3 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur; atası – X11, anası – Ərizəçi1dır. Yevlax rayonu Bucaq kənd sovetliyi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş Xİİİ- ЖГ seriyalı 403070 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur; atası – X11, anası – Ərizəçi1dır. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 145792 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X18 oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. Ərizəçi1 məxsus olan, Yevlax rayon Polis Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Hüseynova”, adı “Tinatin”, atasının adı “Rizvan”, doğulduğu yer “Yevlax rayonu Xanabad kəndi”, doğulduğu tarix “xx.xx.1963”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu, Xanabad kəndi” göstərilmişdir. Ərizəçi2 məxsus olan, Yevlax rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Hüseynov”, adı “Elgiz”, atasının adı “Qadir”, doğulduğu yer “Yevlax rayonu Gülövşə kəndi”, doğulduğu tarix “xx.xx.1989”, qeydiyyatda olduğu ünvan “ünvan 6işdir. Ərizəçi3 məxsus olan, Yevlax rayon Polis Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Hüseynov”, adı “Əziz”, atasının adı “Qadir”, doğulduğu yer “Yevlax rayonu Gülövşə kəndi”, doğulduğu tarix “xx.xx.1988”, qeydiyyatda olduğu ünvan “ünvan 6işdir. JN-109A saylı, 90102058 kodlu “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Hüseynov Qadir Şahin oğluna, X1, Ərizəçi3 və X9 Yevlax rayon X3 xx xxxxxx 1997-ci il tarixli 26 saylı qərarı ilə Yevlax rayonu Gülövşə kəndində fərdi yaşayış evinin həyətyanı sahəsi üçün 0,38 ha torpaq sahəsi verilmişdir. JN-103 saylı, 90102058 kodlu “torpağın mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, X7, X2, Hüseynov Qadir Əziz oğluna və Ərizəçi2 Yevlax rayon X3 xx xxxxxx 1998-ci il tarixli 34 saylı qərarı ilə Yevlax rayonu Gülövşə kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,63 ha torpaq sahəsi verilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin və onların ailə üzvü olmuş mərhum Q.Hüseynovun JN-109A saylı, 90102058 kodlu “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilmiş “adları” və “soyadları” ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” və “soyadı” düz gəlmir. Belə ki, Ərizəçi1 mərhum əri Qadir Hüseynovun ata adı səhv olaraq Şahin kimi, ərizəçinin öz adı isə səhv olaraq ...Rizvan oğlu kimi qeyd edilmişdir. Eyni zamanda həmin şəhadətnamədə Ərizəçi2 adı səhv olaraq Elqiz kimi qeyd olunmuşdur. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, JN-103 saylı, 90102058 kodlu “torpağın mülkiyyət hüququna dair” Dövlət aktında da ərizəçilərin göstərilmiş “adları” və “soyadları” ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” və “soyadı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi1” əvəzinə “X4” və “Ərizəçi3” əvəzinə “X14” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən “X12” ilə doğum və ölüm haqqında şəhadətnamələrdə göstərilən “X11” eyni şəxsdir, “X6” ilə ərizəçinin şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” eyni şəxsdir, “X13” ilə ərizəçinin şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” eyni şəxsdir. “Torpağın mülkiyyət hüququna dair Dövlət aktında” göstərilən “X14” ilə ərizəçinin şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi3” eyni şəxsdir və “X4” ilə ərizəçinin şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” eyni şəxsdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, qeyd olunan sənədlərin ərizəçilərə və mərhum X7 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-109A saylı, 90102058 kodlu “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin xx xxxxxx 2020-ci ildə Yevlax rayonu Kövər kəndində ölmüş X7, xx.xx.1963-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində anadan olmuş Ərizəçi1 və xx.xx.1989-cu il tarixdə Yevlax rayonu Gülövşə kəndində anadan olmuş Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. JN-103 saylı, 90102058 kodluu “torpağın mülkiyyət hüququna dair” Dövlət aktının xx.xx.1963-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində anadan olmuş Ərizəçi1 və xx.xx.1988-ci il tarixdə Yevlax rayonu Gülövşə kəndində anadan olmuş Ərizəçi3 Qadir oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-241/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-241/2021
02.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver