Məhkəmə qərarları › İş №2(039)-2422/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2422/2022

14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2422/2022 14.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək JN 228 saylı 90112028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktında getmiş yanlışlarının düzəldilməsi, yəni həmin sənədi səhfən onun adının Eşqin əvəzinə “Elçin” yazılmasını nəzərə alaraq, JN 228 saylı 90112028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktının digər ümumi birgə mülkiyyətçilər kimi ona məxsus olması faktının təstiq edilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Nərimanabad kəndində 3.22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülkiyyət hüququ JN 228 saylı 90112028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən təsbiq edilmişdir. Qeyd edilən 3.22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri X4, X5, Ərizəçi, X12, X7 və X10 adlı şəxslər olmuşdur. Ailə üzvü X12 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə daxil olan, JN 228 saylı 90112028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən təsbiq edilmiş Yevlax rayonu, Nərimanabad kəndində 3.22 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətində mülkiyyəti hüququları Dövlət reyestrindən qeydiyyatdan keçməsi ilə bağlı çıxarış və texniki pasport alınması üçün müraciət etmişdir. JN 228 saylı 90112028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktında subyeklərin siyahısında-cü şəxsin X3 adında yəni, sənədə olan adla şəxsiyyət vəsiqədəki adla uyğunsuzluq vardır. Subyektin adı Eşqin əvəzinə “Elçin” yazılmışdır. Hazırda onun və digər ailə üzvləri JN 228 saylı 90112028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktını təqdim edərək, müvafiq Dövlət reyestrindən çıxarış ala bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax rayonu Nemətabad kənd sovetliyi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş Xİ-ЖГ seriyalı 432637 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- X4, anası- X2r. Ərizəçi məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Əliyev”, adı “Eşqin”, atasının adı “Rövşən”, doğulduğu tarix isə “xx.xx.1986”, göstərilmişdir. JN-228 KOD 90112028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X4, X5, X11, X12, X7 və X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34 saylı qərarı ilə Yevlax rayonu Nərimanabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.22 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-228 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax rayon qeydiyyat şöbəsinin tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 836663 №li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X8 arasında bağlanmış nikah 2013-ci ilin fevral ayının 27-ci günündə akt qeydləri kitabında 86 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı Ərizəçi həqiqətən də Yevlax rayonu, Nərimanabad kəndində yaşayır. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09İS/052318-22 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X4 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı- xx.xx.1958-ci təvəllüdlü X6, oğlu-xx.xx.1986-ci il təvəllüdlü Ərizəçi, oğluxx.xx.1987-ci il təvəllüdlü X12, qızı xx.xx.1989-cu il təvəllüdlü X7 və oğlu- xx.xx.1995-ci il təvəllüdlü X10. AQ seriyalı ******* №-li hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.2014-cü il tarixdə hərbi xidmətdə olmuşdur. BC seriyalı 257523 №-li sürücülük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşdır. Ərizəçin adının Eşqin olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, JN-228 KOD 90112028 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adı” ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi” əvəzinə “X11” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-228 KOD 90112028 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X11” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir və ərizəçi həmin dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-228 KOD 90112028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar