Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2440/2022 20.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Rəhimova (Cəbrayılova) Aytac Natiq qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Torpağın mülkiyyətə verilməsinə dair JN-2036 Kod 90101002 saylı şəhadətnamə üzrə Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı əsasında mülkiyyətlərinə verilmiş 0,05 ha torpaq sahəsi ilə bağlı şəhadətnamənin adı soyadı və ailə üzvləri qrafasının üçüncü sırasında qeyd edilmiş Ərizəçi1 Yusif qızı qeydinin Ərizəçi1 adına məxsus olması, eləcə də həmin sətrin dördüncü sırasında X15 qeydinin Rəhimova (Cəbrayılova) Aytac Natiq qızının adına məxsus olması faktının müəyyən edilməsinə dair məlikəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, onlar hər ikisi bir ailə üzvləridir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-2036A Kod 90101002 saylı Şəhadətnaməyə və Aqrar İslahat Komissiyasının 17 fevral 2016-cı il tarixli qərarına əsasən onlara və digər ailə üzvlərinə 0,05 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin mülkiyyət sənədində onların ailə üzvlərinin hər birinin adı düzgün qeyd edılsə də o, Ərizəçi1 ata adı qrafası səhvən Yusif qızı olaraq yazılmışdır. Halbuki o, Ərizəçi1 X10 ilə ailə quraraq hazırda birlikdə yaşayırlar. Onların ailə üzvlərinin içində Ərizəçi1 Yusif qızı adında şəxs heç vaxt olmamışdır. Bu qeydi aparan, səhlənkarlıq edən aidiyyəti mütəxəssis atasının adı İsmayıl olduğu halda səhvən Yusif qızı olaraq qeyd etmişdir. Əsil həqiqət odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-2036A Kod 90101002 saylı şəhadətnamədəki, adı və ailə üzvləri qeyd edilmiş sənədin üçüncü sırasında yazılmış Ərizəçi1 Yusif qızı kimi aparılmış qeyd o, Ərizəçi1 məxsus qeyddir. Bundan başqa o, qeyd etdikləri sənəddə onun adı dördüncü sırada qeyd edilməklə X2 göstərilmişdir. Onların ailəsində belə bir adda şəxs heç vaxt olmamışdır. Ancaq bildirmək istəyir ki, sənəddə qeyd edilən X16 o, Ərizəçi2 məxsus qeyddir. Şəxsiyyət vəsiqəsində soyadının Rəhimova qeyd edilməsi ailə qurmağında əlaqədardır. Həmin soyad nikah soyadıdır. Ancaq adı Aytac olduğu halda səhfən Afaq kimi qeydə alınmışdır. Bu halda öz-özlüyündə adiyyatı şəxslərin ciddi səhlənkarlığıdır. Burada dördüncü sırada X2 qeydə alınmış şəxs o, Ərizəçi2 məxsus olan qeyddir. O, edilmiş bu özbaşınalıq və səhlənkarlıqla bağlı 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona göndərilmiş 13 aprel 2022-ci il tarixli məktubda bildirilir ki, təqdim etdikləri sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-2036 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, subyektlər siyahısında Y u s i f və "'Afaq" adları şəxsiyyət vəsiqələrindəki “İsmayıl” və "Aytac” adları arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri" haqqında Azərbsavcan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi qeydiyyat orqanının vəzifəli şəxsləri, bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət, reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdir. Bundan başqa o, qeyd olunan hallarla bağlı Yevlax rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021 -ci il tarixli məktubunda qeyd edilir ki, Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1995-ci il tarixli 657 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında, uşağın adı təqdim etdiyiniz sənədlərdə göstərildiyi kimi Afaq deyil Aytac kimi, ananın ata isə Yusif deyil İsmayıl kimi, qeydə alınmışdır. Onlar qeyd etdikləri halları başqa qaydada dəyişdirə bilmədiklərindən məhkəməyə müraciət etmişlər. Qeyd olunan mülkiyyət sənətlərində bu ciddi səhvlər mülkiyyətləri bağlı sərəncam vermə hüquqlarını məhdudlaşdırmışdır. Bütün bunlarda onların işində ciddi maneyə yaradır. Onlar məhkəməyə bu səbəbdən müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları: Ərizəçilər iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X5 bildirmişdir ki, Ərizəçi1 və Ərizəçi2 ilə qohumluq münasibətləri var. Qeyd edilən torpaq sahəsi onların mülkiyyətlərinə ayrılmışdır və buna dair 90101002 JN-2036A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin şəhadətnamədə Ərizəçi1 ata adı səhvən Yusif kimi və Ərizəçi2 adı isə səhvən Afaq kimi qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 13 aprel 2022-ci il tarixli **********45 nömrəli məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-2036A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, subyektlər siyahısında “Yusif” və “Afaq” adları ilə şəxsiyyət vəsiqələrindəki “İsmayıl” və “Aytac” adları arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 901010** JN ***6A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli 10 nömrəli qərarı ilə 0.05 hektar torpaq sahəsi X1, X7, Ərizəçi1 Yusif qızının, X11, X12, X8 və X3 mülkiyyətinə verilmişdir. İİ ЖГ 340931 №-li 30 noyabr 1973-cü il tarixli Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, X9 6 noyabr 1973-cü il tarixdə Ağdam rayonu, Aşağı Zeynəddin kəndində doğulmuş, atası X13, anası X4r. XİX ЖГ 340109 №-li 18 avqust 1995-ci il tarixli Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, X17 xx xxxx 1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, atası X10, anası Ərizəçi1dır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1973-cü il tarixdə Ağdam rayonu, Aşağı Zeynəddin kəndində doğulmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1995-ci il tarixdə doğulmuşdur. Yevlax rayon qeydiyyat şöbəsinin 05/09İS/053480-22 №-li, 17 dekabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx xxxxxx 1973-cü il tarixdə anadan olmuş Ərizəçi1, 10 may 1963cü il tarixdə anadan olmuş X10, xx xxxx 1995-ci il tarixdə anadan olmuş Ərizəçi2, 25 dekabr 1996-cı il tarixdə anadan olmuş X21, 28 oktyabr 1999-cü il tarixdə anadan olmuş X25 və 26 may 2006-cı il tarixdə anadan olmuş X14 aid 18 iyun 2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçilərə Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı tarixli 10 nömrəli qərarı ilə 0.05 ha torpaq sahəsi ayrılmışdır. Lakin, bu barədə onlara KOD 90101002 JN-2036A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilərkən şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçilər Ərizəçi1 ata adı səhvən müvafiq olaraq “Ərizəçi1 Yusif qızı” kimi və Rəhimova (Cəbrayılova) Aytac Natiq qızının adı səhvən müvafiq olaraq “X16” kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sübutlarla KOD 90101002 JN-2036A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın ərizəçilər Ərizəçi1 və Rəhimova (Cəbrayılova) Aytac Natiq qızına məxsus olması təsdiq olunur, bu, ərizəçilərə torpaq üçün mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun alınması üçün lazımdır, ərizəçilər həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. KOD 90101002 JN-2036A saylı Torpağa mülkiyyət hüququna dair X19 Mətanət Yusif qızı hissəsində Ərizəçi1, X15 hissədə Rəhimova (Cəbrayılova) Aytac Natiq qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2440/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2440/2022
20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver