Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2443/2025 22.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir, Məhkəmə iclasında ərizəsi Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, JN-205 A saylı torpağın mülkyyətə verilməsinə dair şəhadətnamənin X20, X21, X22, X10 ilə yanaşı ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnaə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 17 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34 saylı qərarı ilə ona və digər ailə üzvləri Yevlax rayonunun Yuxarı Salamabad kəndi ərazisindən ona və ailə üzvləri X11, X16, X17 və X8 Yevlax rayonunun Yuxarı Salamad kəndindən 0.07 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-205 A (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamədə onun da adı göstərilməli olduğu halda, yanlışlıqla X5 adı iki dəfə qeyd edilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsə də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiy izahatında göstərmişdir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34 saylı qərarı ilə ona və digər ailə üzvləri Yevlax rayonunun Yuxarı Salamabad kəndi ərazisindən ona və ailə üzvləri X11, X16, X17 və Ərizəçi Yevlax rayonunun Yuxarı Salamad kəndindən 0.07 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-205 A (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamədə Ərizəçi da adı qeyd edilməli olduğu halda, yanlışlıqla onun (X5) adı iki dəfə qeyd edilmişdir. Ərizəçi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsə də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiy izahatında göstərmişdir ki, ərizəçi onun qohumudur. Ərizəçiyə və ailə üzvlərinə Yevlax rayon Yuxarı Salamabad kənd ərazisindən torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin soyadı, adı və ata adı səhvən «X10» kimi yazılmışdır. İşdə olan JN-205A nömrəli (kod: ********) şəhadətnamənin surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34 saylı qərarı ilə Yevlax rayonunun Yuxarı Salamabad kəndindən X11, X16, X17, X6 və X6 0.07 ha torpaq sahəsi verilmişdir. İşdə olan Yevlax rayon Xaldan kənd soveti tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə doğulmuşdur, atası X21, anası isə X18r. İşdə olan Xaldan rayon VVAQ bürosu tərəfindən xx.xx.1945-ci il tarixdə verilmiş doğum şəhadətnaməsinin surətindən görünür ki, X20 xx.xx.1920-ci il tarixdə anadan olmuşdur. İşdə olan Migəçevir şəhər VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1957-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.1957-ci ildə anadan olmuşdur. X2, anası isə X7r. İşdə olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № 899 saylı arayışdan görünür ki, X21 xx.xx.1956-cı ildə anadan olmuşdur. X1, anası ilə X14r. İşdə olan Yevlax rayon Xaldan kənd soveti tərəfindən verilmiş xx.xx.1981-c il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X23 xx.xx.1981-ci il tarixdə nikahlarını bağlamışlar. İşdə olan Yevlax rayon Xaldan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 xx.xx.2003-cü il tarixdə nikahlarını bağlamışlar. İşdə olan Yevlax rayon Xaldan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 20 yanvar 2003-cü ildə ölmüşdür. İşdə olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 26 yanvar 2024-cü ildə ölmüşdür. İşdə olan Yevlax rayon Xaldan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Yevlax rayonunun Yuxarı Salamabad kəndində yerləşən JN-205A şəhadətnaməyə əsasən 0.07 ha həyətyanı torpaq sahəsində, fərdi yaşayış evində X22 və Ərizəçi yaşayırlar. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 17 saylı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mübahisə ilə əlaqədar məhkəmə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34 saylı qərarı ilə Ərizəçi, X11, X16, X17 və X8 Yevlax rayonunun Yuxarı Salamad kəndindən 0.07 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-205 A (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamədə Ərizəçi da adı göstərilməli olduğu halda, yanlışlıqla X5 adı iki dəfə qeyd edilmişdir. Ərizəçi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsə də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi JN-205A nömrəli (kod: ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilər ilə yanaşı ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-205A saylı (kod: ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X20, X21, X22, X10 ilə yanaşı ərizəçi xx xxxx 1983-cü ildə Yevlax rayonunda doğulmuş Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2443/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2443/2025
22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver