Məhkəmə qərarları › İş №2(039)-2445/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2445/2022

02.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2445/2022 02.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Yevlax rayonu, Quşçu kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-129 A saylı şəhadətnaməsinin və 3.20 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyət hüququna dair JN-0075 nömrəli dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1983-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, valideynləri tərəfindən ona hazırda daşıdığı ad və ata adı, Əsədova soyadı verilmiş, sonradan nikaha daxil olması ilə əlaqədar soyadını Allahverdiyeva soyadına dəyişdirilmişdir. Bu faktlar ona məxsus Yevlax rayonu, Xaldan qeydiyyat şöbəsi tərəfindən verilmiş 360226 saylı doğum haqqında şəhadətnamə əsasında ona verilmiş şəxsiyyət vəsiqəsində də bu fakt bu cür əks olunmuşdur. Əmlaklarla bağlı sənədləşmə işləri aparan zaman Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubunda Yevlax rayonu, Quşçu kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-129 A saylı şəhadətnamədə və 3.20 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyət hüququna dair JN-0075 nömrəli dövlət aktında onun soyad, ata adı (X15) əvəzinə X16 yazılmışdır. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X20 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax rayonu Xaldan sovetliyi tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İX- ЖГ seriyalı 360226 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- X23, anası- X2r. Ərizəçi məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Allahverdiyeva”, adı “Qahirə”, atasının adı “Hümbət”, doğulduğu tarix isə “xx.xx.1983”, göstərilmişdir. Yevlax rayonu, Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 588947 №li nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X15 arasında bağlanmış nikah 2010-cu ilin oktyabr ayının 01-ci günündə akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada isə Allahverdiyeva soyadı verilmişdir. JN-129A KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X5, X17, X3, X6, X18 və X11 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 38 saylı qərarı ilə Yevlax rayonu Quşçu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,10 ha torpaq sahəsi verilmişdir. JN-0075 KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X19, X7, X3, X11, X8 və X18 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 saylı qərarı ilə Yevlax rayonu Quşçu kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,20 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-129A №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X13 ailəsinə məxsus torpağın mülkiyyət hüququna dair JN-0075 KOD 90111028, 3.20 ha olan pay torpaq sahəsi olan şəhadətnamədə X16 mexaniki səhv yazılmışdır. X1 Qahirə Hümbət qızıdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 ailəsinə məxsus torpağın mülkiyyət hüququna dair şəhadətnamədə 0,10 ha həyətyanı torpaq səhəsində X16 mexaniki səhv yazılmışdır. X1 Qahirə Hümbət qızıdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X23 və X24 ifadələrində bildirmişdir ki, ərizəçi onların müvafiq olaraq qızı və bacısıdır. Ərizəçin adının Qahirə olduğunu bildirmişlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, JN-129A KOD 90111028 №-li və JN-0075 KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamələr”də göstərilmiş “adı” və ata adı ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” düz gəlmir, şəhadətnamlərdə “Ərizəçi” əvəzinə “X16” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-129A KOD 90111028 №-li və JN-0075 KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktlarında göstərilən “X16” AA seriyalı, 100587 №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir və ərizəçi həmin dövlət aktlarının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-129A KOD 90111028 №-li və JN-0075 KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktlarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar