Məhkəmə qərarları › İş №2(039)-246/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-246/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-246/2022 05.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, Cavabdeh, onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən geyim və məişət əşyaları: bir ədəd uşaq paltarı – 55 manat; bir ədəd ayaqqabı – 60 manat; bir ədəd uşaq donu – 8 manat; 2 ədəd parfüm – biri 50 manat olmaqla, cəmi 100 manat; 5 ədəd yataq örtük dəsti – biri 50 manat olmaqla, cəmi 250 manat; bir ədəd pərdə - 300 manat; üç ədəd döşək örtüyü – biri 20 manat olmaqla, cəmi 60 manat; yeddi ədəd yataq örtük dəsti – biri 46 manat olmaqla, cəmi 322 manat; bir ədəd çilçıraq – 50 manat; bir ədəd kofta – 20 manat; bir ədəd fincan – 11 manat; bir ədəd elektrikli ət maşını – 210 manat; bir dəst ədviyyat qabları – 25 manat; qızıl zinət əşyaları: brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəsti – 1,600 manat: brilyant qaşlı, 750 əyarlı, 1.20 qram çəkisi olan üzük – 250 manat, brilyant qaşlı, 750 əyarlı, 2.50 qram çəkisi olan boyunbağı (kolye formalı) – 450 manat, brilyant qaşlı, 750 əyarlı, 2.40 qram çəkisi olun sırğa – 600 manat, brilyant qaşlı, 750 əyarlı, 1.90 qram çəkisi olun qolbaq – 300 manat; 583 əyarlı, 16.30 qram çəkisi olan boyunbağı (tros) – 1,304 manat; 583 əyarlı, 16.40 qram çəkisi olan boyunbağı (tros) – 1,312 manat; 583 əyarlı, 20 qram çəkisi olan qolbaq (sünbül formalı) – 1,600 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 850 manat; brilyant qaşlı, 750 əyarlı, 6 qram çəkisi olan üzük dəsti – 600 manat; şüşə qaşlı, 583 əyarlı, 3 qram çəkisi olan üzük – 330 manat; 583 əyarlı, 7.27 qram çəkisi olan qolbaq – 580 manat; 585 əyarlı, 4.62 qram çəkisi olan boyunbağı (raket) – 415 manat; şüşə qaşlı, 583 əyarlı, 8.50 qram çəkisi olan üzük, tənə dəsti (meduza) – 680 manat; 583 əyarlı, 1 qram çəkisi olan tənə - 80 manat; 585 əyarlı, 7.23 qram çəkisi olan qolbaq – 650 manat; şüşə qaşlı, 583 əyarlı, 6,23 qram çəkisi olan üzük, tənə, kulon dəsti – 560 manat; şüşə qaşlı, 583 əyarlı, 8.56 qram çəkisi olan üzük, tənə dəsti – 770 manat; şüşə qaşlı, 583 əyarlı, 3.36 qram çəkisi olan üzük – 300 manat; 583 əyarlı, 6.10 qram çəkisi olan qolbaq – 550 manat; 583 əyarlı, 7.60 qram çəkisi olan üzük, tənə dəsti – 680 manat; 583 əyarlı, 30 qram çəkisi olan boyunbağı – 2,400 manat; 585 əyarlı, 6.20 qram çəkisi olan boyunbağı – 560 manat; 585 əyarlı, 5.29 qram çəkisi olan kulon – 470 manat; şüşə qaşlı, 585 əyarlı, 3.80 qram çəkisi olan üzük – 360 manat; 583 əyarlı, 29.13 qram çəkisi olan qolbaq – 2,330 manat; 583 əyarlı, 29.55 qram çəkisi olan qolbaq – 2,364 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 31 qram çəkisi olan qolbaq – 2,480 manat; brilyant qaşlı, 750 əyarlı, 4 qram çəkisi olan üzük – 450 manat; 585 əyarlı, 10.40 qram çəkisi olan boyunbağı – 835 manat; 585 əyarlı, 5.47 qram çəkisi olan qolbaq – 440 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 800 manat; 585 əyarlı, 7 qram çəkisi olan boyunbağı, kulonu ilə birgə - 630 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat dəyərində əşyalarının və ya onların dəyərlərinin, həmçinin ödənilmiş 199 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onunla qonşuluqda yaşayır. Bir qonşu kimi həmişə yaxşı münasibətləri olmuşdur. O, özü geyim və məişət, həmçinin qızıl əşyalarının satışı ilə məşğul olub. Cavabdeh satması üçün ona da geyim və məişət, həmçinin qızıl əşyalarını verməyini xahiş etmişdir. Razılaşmışlar ki, həmin əşyaları Gülşənə verərsə, o da, həmin əşyaları ayrı-ayrı şəxslərə sataraq onun pulunu verəcəkdir. Yəni əşyalar Gülşənə nisyə olaraq verilirdi. Beləliklə iddia ərizəsində qeyd edilən geyim və məişət əşyaları, habelə qızıl-zinət əşyalarını Cavabdeh vermişdir. Həmin 43 adda qızıl əşyadan 10 adda qızılın dəyəri ödənilmişdir. 33 adda qızılın isə pulunu bu gün də ödəməməkdədir. Həmin 33 adda qızılın dəyəri isə 34,340 manatdır. Dəyəri ödənilmiş 10 adda qızılı hazırkı iddia tələbinə daxil etməmişdir. Geyim və məişət əşyalarından isə 1,471 manat borcu qalmışdır (həmin əşyalar da çox idi, bəzilərinin pulunu ödəyib, bəzilərini də münasibət pozulandan sonra gedib ondan almışdır). İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iclas zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən İddiaçı müxtəlif vaxtlarda geyim, məişət və qızıl zinət əşyaları götürmüşdür ki, başqa şəxslərə satıb pulunu Nuranəyə ödəsin. Həmin əşyaları nisyə olaraq satmış və ödənilən məbləğləri Nuranəyə vermişdir. Hazırda onun Nuranəyə hər hansı borcu yoxdur. Belə ki, iddiaçıdan 13 adda qeyd edilən əşyaları almamış, bu əşyaların dəyəri kimi qeyd edilmiş 1,471 manat borcu da olmamışdır. Qızıl zinət əşyaları ilə bağlı iddiaçının şikayəti üzrə Yevlax Rayon Polis Şöbəsində tam ifadə vermişdir. İlk olaraq iddiaçıdan özü üçün bir ədəd qızıl boyunbağı satın almışdır. İlkin ödəniş olaraq 50 manat ödəmiş, daha sonra hər ay üçün 50 manat ödəmişdir. Avqust ayının sonuna kimi iddiaçıdan aldığı qızılların dəyərini vaxtında ödəmişdir. Sonra isə ödəniş edə bilməmişdir. Çünki qızıllar baha olduğu üçün alan şəxslər onları geri qaytarmağa başlamışdılar. Həmin qızılları iddiaçıya qaytarmaq istəsə də, iddiaçı onları qəbul etməmiş, təkidlə pulunu tələb etmişdir. Bu səbəbdən həmin qızılları Şahizə adlı tanışına satmaq üçün vermişdir. Nuranəyə olan borcu ödəmək üçün özünə məxsus qızıl zinət əşyalarını belə satmış və iddiaçıya 3,500 manat pul vermişdir. Bundan sonra isə hətta ərinə, qayınanasına və qaynına məxsus qızıl zinət əşyaları belə sataraq iddiaçıya 04 avqust 2021-ci il tarixdə 2,635 manat, 12 avqust 2021-ci il tarixdə isə 1,938 manat, cəmi 5,000 manata yaxın pul ödəmişdir. Bundan sonra 06 sentyabr 2021-ci il tarixdə 2,662 manat, 10 sentyabr 2021-ci il tarixdə isə 2,455 manat iddiaçıya ödəmişdir. Lakin, iddiaçı ondan 6,000 manat tələb etmişdir. Beləliklə, ümumilikdə götürdüyü qızıl zinət əşyalarının dəyəri olaraq iddiaçıya 2021-ci ilin may ayında 5,000 manat, iyun ayında 5,000 manat, avqust ayında 6,000 manat, avqust ayında daha 5,000 manat, sentyabr aynda isə 5,117 manat pul ödəmişdir. Beləliklə, iddia ərizəsində birinci olaraq qeyd edilən brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəstini – 1,000 manata almış və dəyərini ödəmişdir; 2 - 583 əyarlı, 16.30 qram çəkisi olan boyunbağı (tros) – 800 manata almış və pulunu ödəmişdir; 3 - 583 əyarlı, 16.40 qram çəkisi olan boyunbağı (tros) – 1,312 manat dəyərində almamışdır; 4 - 583 əyarlı, 10 qram çəkisi olan qolbaq (sünbül formalı) – 800 manata almışdır; 5 - şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti almamışdır; 6 - brilyant qaşlı, 750 əyarlı, 6 qram çəkisi olan üzük dəsti – 600 manata almışdır; 7 - şüşə qaşlı, 583 əyarlı, 3 qram çəkisi olan üzük – 330 manata; 8 - 583 əyarlı, 7.27 qram çəkisi olan qolbaq – 580 manata almışdır; 9 - 585 əyarlı, 4.62 qram çəkisi olan boyunbağı (raket) – 415 manata almışdır; 10 - şüşə qaşlı, 583 əyarlı, 8.50 qram çəkisi olan üzük, tənə dəsti (meduza) almamışdır; 11 - 583 əyarlı, 1 qram çəkisi olan tənə - 80 manata almışdır; 12 - 585 əyarlı, 7.23 qram çəkisi olan qolbaq almamışdır; 13 - şüşə qaşlı, 583 əyarlı, 6,23 qram çəkisi olan üzük, tənə, kulon dəsti almışdır; 14 - şüşə qaşlı, 583 əyarlı, 8.56 qram çəkisi olan üzük, tənə dəsti almamışdır; 15 - şüşə qaşlı, 583 əyarlı, 3.36 qram çəkisi olan üzük almışdır; 16 - 583 əyarlı, 6.10 qram çəkisi olan qolbaq almışdır; 17 - 583 əyarlı, 7.60 qram çəkisi olan üzük, tənə dəsti almışdır; 18 - 583 əyarlı, 30 qram çəkisi olan boyunbağını 1,550 manata almışdır; 19 - 585 əyarlı, 6.20 qram çəkisi olan boyunbağı almışdır; 20 - 585 əyarlı, 5.29 qram çəkisi olan kulon almışdır; 21 - şüşə qaşlı, 585 əyarlı, 3.80 qram çəkisi olan üzük almışdır; 22 - 583 əyarlı, 29.13 qram çəkisi olan qolbaq almamışdır; 23 - 583 əyarlı, 29.55 qram çəkisi olan qolbaq almamışdır; 24 - 583 əyarlı, 30 qram çəkisi olan qolbaq almamışdır; 25 - 583 əyarlı, 31 qram çəkisi olan qolbaq almışdır; 26 - brilyant qaşlı, 750 əyarlı, 4 qram çəkisi olan üzük almışdır; 27 - 585 əyarlı, 10.40 qram çəkisi olan boyunbağı almamışdır; 28 - 585 əyarlı, 5.47 qram çəkisi olan qolbaq almışdır; 29 - şüşə qaşlı, 583 əyarlı, 6 qram çəkisi olan üzük, tənə dəsti – 400 manata almışdır; 30 - 585 əyarlı, 7 qram çəkisi olan boyunbağı, kulonu ilə birgə almamışdır; 31 - 583 əyarlı, 30 qram çəkisi olan qolbaq almamışdır; 32 - 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) almışdır; 33 - 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) almamışdır. Aldığı qızıl zinət əşyalarının dəyərini tam olaraq ödədiyindən iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə rəyində qeyd edilən qiymətlər iddia ərizəsində qeyd edilən qiymətlərlə eyniik təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəydə qeyd olunur ki, qızıl zinət əşyaları: brilyant qaşlı, 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəsti – 1,000 manat: brilyant qaşlı, 750 əyarlı, 1.20 qram çəkisi olan üzük – 150 manat, brilyant qaşlı, 750 əyarlı, 2.50 qram çəkisi olan boyunbağı (kolye formalı) – 300 manat, brilyant qaşlı, 750 əyarlı, 2.40 qram çəkisi olun sırğa – 280 manat, brilyant qaşlı, 750 əyarlı, 1.90 qram çəkisi olun qolbaq – 250 manat; 583 əyarlı, 16.30 qram çəkisi olan boyunbağı (tros) – 1,304 manat; 583 əyarlı, 16.40 qram çəkisi olan boyunbağı (tros) – 1,312 manat; 583 əyarlı, 20 qram çəkisi olan qolbaq (sünbül formalı) – 1,600 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 800 manat; brilyant qaşlı, 750 əyarlı, 6 qram çəkisi olan üzük dəsti – 660 manat; şüşə qaşlı, 583 əyarlı, 3 qram çəkisi olan üzük – 240 manat; 583 əyarlı, 7.27 qram çəkisi olan qolbaq – 582 manat; 585 əyarlı, 4.62 qram çəkisi olan boyunbağı (raket) – 415 manat; şüşə qaşlı, 583 əyarlı, 8.50 qram çəkisi olan üzük, tənə dəsti (meduza) – 680 manat; 583 əyarlı, 1 qram çəkisi olan tənə - 80 manat; 585 əyarlı, 7.23 qram çəkisi olan qolbaq – 650 manat; şüşə qaşlı, 583 əyarlı, 6,23 qram çəkisi olan üzük, tənə, kulon dəsti – 500 manat; şüşə qaşlı, 583 əyarlı, 8.56 qram çəkisi olan üzük, tənə dəsti – 685 manat; şüşə qaşlı, 583 əyarlı, 3.36 qram çəkisi olan üzük – 269 manat; 583 əyarlı, 6.10 qram çəkisi olan qolbaq – 488 manat; 583 əyarlı, 7.60 qram çəkisi olan üzük, tənə dəsti – 608 manat; 583 əyarlı, 30 qram çəkisi olan boyunbağı – 2,400 manat; 585 əyarlı, 6.20 qram çəkisi olan boyunbağı – 558 manat; 585 əyarlı, 5.29 qram çəkisi olan kulon – 477 manat; şüşə qaşlı, 585 əyarlı, 3.80 qram çəkisi olan üzük – 342 manat; 583 əyarlı, 29.13 qram çəkisi olan qolbaq – 2,330 manat; 583 əyarlı, 29.55 qram çəkisi olan qolbaq – 2,364 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 31 qram çəkisi olan qolbaq – 2,480 manat; brilyant qaşlı, 750 əyarlı, 4 qram çəkisi olan üzük – 450 manat; 585 əyarlı, 10.40 qram çəkisi olan boyunbağı – 936 manat; şüşə qaşlı, 583 əyarlı, 10 qram çəkisi olan üzük, tənə dəsti – 800 manat; 585 əyarlı, 7 qram çəkisi olan boyunbağı, kulonu ilə birgə - 630 manat; 583 əyarlı, 30 qram çəkisi olan qolbaq – 2,400 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat; 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat təşkil edir. Bir ədəd uşaq paltarı – 55 manat; bir ədəd ayaqqabı – 60 manat; bir ədəd uşaq donu – 8 manat; 2 ədəd parfüm – biri 50 manat olmaqla, cəmi 100 manat; 5 ədəd yataq örtük dəsti – biri 50 manat olmaqla, cəmi 250 manat; bir ədəd pərdə - 300 manat; üç ədəd döşək örtüyü – biri 20 manat olmaqla, cəmi 60 manat; yeddi ədəd yataq örtük dəsti – biri 46 manat olmaqla, cəmi 322 manat; bir ədəd çilçıraq – 50 manat; bir ədəd kofta – 20 manat; bir ədəd fincan – 11 manat; bir ədəd elektrikli ət maşını – 210 manat; bir dəst ədviyyat qabları – 25 manat təşkil edir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14.11.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mülki Məcəlləsi: Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki Prosessual Məcəllə: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus əşyaları Cavabdeh satmaq üçün vermiş, sonuncu isə həmin əşyaları sataraq dəyərini ona qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə, mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, İddiaçı iddia ərizəsində qeyd edilən əşyaların mövcudluğunu, Cavabdeh satmaq üçün verməsini sübut etməlidir. Lakin, iddiaçı buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə iddia ərizəsində qeyd edilən geyim və məişət əşyalarını ümumiyyətlə almadığını, qızıl zinət əşyalarının isə bir qisminin aldığı bildirməklə həmin qızıl zinət əşyalarının dəyərini tam olaraq İddiaçı qaytardığını bildirsə də, etiraf etdiyi əşyaların pulunun qaytarmasına dair mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara dair iddiaçı və cavabdehin təqdim etdikləri əlyazmalar isə, kimin tərəfindən icra olunması, özündə nəyi ehtiva etməsini əks etdirmədiyindən sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı, iddia ərizəsində qeyd edilən, özünə məxsus əşyaları cavabdehə verdiyini bildirsə də, buna dair sübut təqdim etmədyindən, cavabdeh isə həmin əşyaların dəyərini iddiaçıya qaytarmasına dair sübut təqdim etmədiyindən, tələb yalnız cavabdehin etiraf etdiyi əşyalara aid hissədə təmin edilməlidir. Həmin əşyaların qiyməti ilə bağlı qeyd edilməlidir ki, iddiaçı əşyaların qiyməti ilə bağlı da sübut təqdim etməmişdir, bu səbəbdən həmin qiymətlər də cavabdehin etiraf etdiyi məbləğdə müəyyən olunmalıdır. Cavabdeh bir sıra qızıl zinət əşyalarını aldığını etiraf etsə də, onların qiymətini açıqlamadığından həmin əşyaların qiymətləri "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyində əks olunan həddə, iddia tələbində həmin əşya üçün qeyd edilən məbləğdən artıq olmamaq şərti ilə, müəyyən edilməlidir. Məhkəmə xərclərinin təmin edilən iddia tələbinə mütənasib hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (14,540 manat həcmində təmin edilmişdir) Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh:

1. 750 əyarlı, 8 qram çəkisi olan qarnitur dəsti – 1,000 manat;

2. 583 əyarlı, 16.30 qram çəkisi olan boyunbağı (tros) – 800 manat;

3. 583 əyarlı, 10 qram çəkisi olan qolbaq (sünbül formalı) – 800 manat;

4. brilyant qaşlı, 750 əyarlı, 6 qram çəkisi olan üzük dəsti – 600 manat;

5. şüşə qaşlı, 583 əyarlı, 3 qram çəkisi olan üzük – 330 manat;

6. 583 əyarlı, 7.27 qram çəkisi olan qolbaq – 580 manat;

7. 585 əyarlı, 4.62 qram çəkisi olan boyunbağı (raket) – 415 manat;

8. 583 əyarlı, 1 qram çəkisi olan tənə - 80 manat;

9. şüşə qaşlı, 583 əyarlı, 6.23 qram çəkisi olan üzük, tənə, kulon dəsti – 500 manat;

10. şüşə qaşlı, 583 əyarlı, 3.36 qram çəkisi olan üzük – 269 manat;

11. 583 əyarlı, 6.10 qram çəkisi olan qolbaq – 488 manat;

12. 583 əyarlı, 7.60 qram çəkisi olan üzük, tənə dəsti – 608 manat;

13. 583 əyarlı, 30 qram çəkisi olan boyunbağı – 1,550 manat;

14. 585 əyarlı, 6.20 qram çəkisi olan boyunbağı – 558 manat;

15. 585 əyarlı, 5.29 qram çəkisi olan kulon – 570 manat;

16. şüşə qaşlı, 585 əyarlı, 3.80 qram çəkisi olan üzük – 342 manat;

17. 583 əyarlı, 31 qram çəkisi olan qolbaq – 2,480 manat;

18. brilyant qaşlı, 750 əyarlı, 4 qram çəkisi olan üzük – 450 manat;

19. 585 əyarlı, 5.47 qram çəkisi olan qolbaq – 440 manat;

20. şüşə qaşlı, 583 əyarlı, 6 qram çəkisi olan üzük, tənə dəsti – 400 manat;

21. 583 əyarlı, 16 qram çəkisi olan boyunbağı (tros) – 1,280 manat, bu qızıl zinət əşyalarının özü, olmadıqda qeyd olunan dəyəri alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi təmin edilmiş tələbə mütənasib hissədə 133 (bir yüz otuz üç) manat 62 (altmış iki) qəpik Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar