Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-250/2024 05.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı X5 vəkili X10 iştirakı ilə, İddiaçı X5, habelə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, Əlizadə (Qaraşova) Zahirə Şikar qızının, Əhmədova (Qaraşova) Maya Şikar qızının, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasdan payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Zeyvə Qaraşova cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum qaynanası X6, mərhum həyat yoldaşı X3 miras qalmış Yevlax rayonu Varvara kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.12 ha torpaq sahəsindən (JN 270 saylı 90104018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən hər biri 5.12 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olmaqla, hər birinin payı 1/7 təşkil edir) - mirasdan bütövlükdə ,tam olaraq payımın müəyyən edilməsi və mərhum oğlu X12 miras qalmış Yevlax rayonu Varvara kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5.12 ha torpaq sahəsindən -JN 270 saylı 90104018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 5.12 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olmaqla payının təşkil etdiyi 1/7 hissənin ¼ hissəsində mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər Fədail Qaraşov, Zahirə Əlizadə (Qaraşova) və Maya Əhmədova (Qaraşova) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum ataları X3 miras qalmış JN 270 saylı 90104018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyət hüququ təsbit edilmiş Yevlax rayonu, Varvara kəndində yerləşən 5.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, yəmi atalarından miras qalmış 1/7 hissəyə dair mirasdan paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə tərəflər hazırlıq iclası zamanı barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə görə JN 270 saylı 90104018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyət hüququ təsbit edilmiş Yevlax rayonu, Varvara kəndində yerləşən 5.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1,0 ha hissəsi İddiaçı, 1.4 ha hissəsi X11, 0.6 ha hissəsi Əlizadə (Qaraşova) Zahirə Şikar qızının, 1.12 ha hissəsi Əhmədova (Qaraşova) Maya Şikar qızının, 1.0 ha hissəsi Cavabdeh2 adına qeyd edilməlidir, Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsindən pay istəmirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş 3-16-5/8-15-229-23 saylı, 12 may 2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 01.01,1924-cü ildə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş X38 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və xx.xx.1900-cı il təvəllüdlü əri X19, xx.xx.1954-cü il təvəllüdlü qızı X13, xx.xx.1949-cu il təvəllüdlü qızı X14, xx.xx.1963-cü il təvəllüdlü oğlu X2, xx.xx.1956-cı il təvəllüdlü oğlu X27 olması aşkar edilmişdir. Yevlax rayon qeydiyyat şöbəsinin 08 may 2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2016-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar xx.xx.1951-cü il tarixdə Yevlax rayonu Varvara kəndində anadan X7 xx.xx.1953-cü il təvəllüdlü arvadı İddiaçı, 07 noyabr 1972-ci il tarixdə vəfat etmiş oğlu X42, xx.xx.1974-cü il təvəllüdlü oğlu: X39, xx.xx.1977-ci il təvəllüdlü qızı X28, xx.xx.1979-cu il tarixdə vəfat etmiş oğlu X43, xx.xx.1981-ci il təvəllüdlü qızı X40, xx.xx.1988-ci il təvəllüdlü qızı X44 olması aşkar edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş 3-16-5/8-15-284-23 saylı, 03 iyun 2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1979-cu ildə Yevlax rayonu, Varvara kəndində anadan olmuş X43 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və xx.xx.1982-ci il təvəllüdlü arvadı Cavabdeh1, xx.xx.2004-cü il təvəllüdlü oğlu: X29, xx.xx.2003-cü il təvəllüdlü oğlu Cavabdeh2, xx.xx.2006-cı il təvəllüdlü qızı Cavabdeh3 olması aşkar edilmişdir. Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Varvara kənd İnzibati ərazi dairəsi üzrə 220№-li, 02 iyun 2023-cü il tarixli arayışından görünür ki, X38 xx.xx.2004-cü il tarixədək Yevlax rayonu Varvara kəndində yaşamış və qeydiyyatda olmuş, ölümündən sonra ölənə qədər onunla birlikdə yaşamış və miras qoyanın öldüyü gündən hal-hazıradək həmin ünvanda pasport qeydiyyatında olan vərəsələri xx.xx.1974-cü il təvəllüdlü nəvəsi X41, xx.xx.1951-ci il təvəllüdlü oğlu X30, xx.xx.1953-cü il təvəllüdlü gəlini İddiaçı, xx.xx.1979-cu oil təvəllüdlü nəvəsi X43, xx.xx.1988-ci il təvəllüdlü nəvəsi X45, xx.xx.1981-ci il təvəllüdlü nəvəsi X31, miras qoyanın öldüyü gündən hal-hazıradək həmin evdə yaşayan və başqa təsərrüfat kitabında qeydiyyatda olan vərəsələr xx.xx.1954-ci il təvəllüdlü qızı X13, xx.xx.1949-cu il təvəllüdlü qızı X14, xx.xx.1963-cü il təvəllüdlü oğlu X2, xx.xx.1956-cı il təvəllüdlü oğlu X27, xx.xx.1900-cı il təvəllüdlü həyat yoldaşı Qaraşov Fərzalı oğlu Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Varvara kənd İnzibati ərazi dairəsi üzrə 221№-li, 02 iyun 2023-cü il tarixli arayışından görünür ki,mərhum X30 xx.xx.2016-cı ildə Yevlax rayonu Varvara kəndində yaşamış və qeydiyyatda olmuşdur. Ölümündən sonra ölənə qədər onunla birlikdə yaşamış və miras qoyanın öldüyü gündən hal-hazıradək həmin ünvanda pasport qeydiyyatında olan vərəsələr xx.xx.1953-cü il təvəllüdlü həyat yoldaşı İddiaçı, miras qoyanın öldüyü gündən hal-hazıradək həmin evdə yaşayan və başqa təsərrüfat kitabında qeydiyyatda olan vərəsələr, xx.xx.1988-ci il təvəllüdlü qızı X45, xx.xx.1981-ci il təvəllüdlü qızı X31 Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Varvara kənd İnzibati ərazi dairəsi üzrə 219№-li, 02 iyun 2023-cü il tarixli arayışından görünür ki,mərhum X43 xx.xx.2011-ci ildə Yevlax rayonu Varvara kəndində yaşamış və qeydiyyatda olmuşdur. Ölümündən sonra ölənə qədər onunla birlikdə yaşamış və miras qoyanın öldüyü gündən hal-hazıradək həmin ünvanda pasport qeydiyyatında olan vərəsələr xx.xx.1974-cü il təvəllüdlü qardaşı X39, xx.xx.1951-ci il təvəllüdlü atası X30, xx.xx.1953-cü il təvəllüdlü anası İddiaçı,xx.xx.1982-ci il təvəllüdlü həyat yoldaşı Cavabdeh1, xx.xx.2003-cü il təvəllüdlü oğlu Cavabdeh2, xx.xx.2006-cı il təvəllüdlü qızı Cavabdeh3 miras qoyanın öldüyü gündən hal-hazıradək həmin evdə yaşayan və başqa təsərrüfat kitabında qeydiyyatda olan vərəsələr,xx.xx.1988-ci il təvəlüdlü bacısı X46, xx.xx.1981-ci il təvəllüdlü bacısı X32 90104018 JN-0270 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, aktda Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 52 nömrəli qərarı ilə Yevlax rayonu Varvara kənd sakinləri X20, İddiaçı, X33, X21, X15 və X34 5.12 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X7 mülkiyyətinə verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsinin 2376/1 №-li, 20 avqust 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, ölüm haqqında 25 sentyabr 2004-cü il tarixli 14 №li akt qeydi tərtib olunmuş, X38 23 sentyabr 2004-cü il tarixdə ürək dayanması səbəbi ilə Yevlax rayonu Varvara kəndində ölmüşdür. Yevlax rayon qeydiyyat şöbəsinin 1318 №-li, 18 may 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, ölüm haqqında 25 iyul 2016-cı il tarixli 09 №-li akt qeydi tərtib olunmuş, X30 25 iyul 2016-cı il tarixdə ürək dayanması səbəbi ilə Yevlax rayonu Varvara kəndində ölmüşdür Yevlax rayon qeydiyyat şöbəsinin 2376 №-li, 20 avqust 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, ölüm haqqında 14 oktyabr 2011-ci il tarixli 19№-li akt qeydi tərtib olunmuş, X43 11 oktyabr 2011-ci il tarixdə qaraçiyərin cırılması səbəbi ilə Mingəçevir şəhərində ölmüşdür. Yevlax rayon qeydiyyat şöbəsinin 1319 №-li, 18 may 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, ölüm haqqında 26 yanvar 1997-ci il tarixli 05№-li akt qeydi tərtib olunmuş və X22 24 yanvar 1997-ci il tarixdə Yevlax rayonu Varvara kəndində ölmüşdür Təqdim edilmiş şəhadətnamələrlə mübahisəsiz qaydada təsdiq olunur ki, X43 ilə X1 nikahları 03 noyabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Yevlax rayon Varvara kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 13 nömrə ilə qeydə alınmışdır. X17, arvada Cavabdeh1 soyadı verilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X35 qızının nikahları 28 yanvar 1972-ci il tarixdə Yevlax rayon Varvara sovetliyi tərəfindən 21 nömrə ilə qeydə alınmışdır X4, arvada İddiaçı soyadı verilmişdir. AZ-İ-357307 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2003-cü il tarixdə Yevlax rayonu Varvara kəndində anadan olmuş, atası X43, anası Cavabdeh1dır. AZ-İ-661910 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2006-cı il tarixdə Yevlax rayonu Varvara kəndində anadan olmuş, atası X43, anası Cavabdeh1dır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş 05/09İS/015532-24 saylı, 05 mart 2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2004-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və əri X22, xx.xx.1951-ci il tarixdə vəfat etmiş oğlu X30 və xx.xx.1956-cı il təvəllüdlü X36 olması aşkar edilmişdir. İ-ИЕ253874 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1956-cı il tarixdə Yevlax rayonu Varvara kəndində anadan olmuş, atası X23, anası X24r. X8 notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilir ki, anası X16 ölümündən sonra mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil, gələcəkdə mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 191.1. tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə təqdim edilmiş barışıq sazişinin şərtlərini və bunun hüquqi nəticələrini tərəflərlə müzakirə edərək belə nəticəyə gəlir ki, barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə tərəflər mərhumlar X7, X16 və X25 qanun üzrə vərəsələridir, sonuncuların mülkiyyətində olmuş, miras əmlak hesab edilən pay hissələri ilə bağlı ümumi razılığa gəlmişlər, bu, digər şəxslərin hüquq və vəzifələrinə toxunmur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X5, habelə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X11, Əlizadə (Qaraşova) Zahirə Şikar qızının, Əhmədova (Qaraşova) Maya Şikar qızının, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə təqdim edilmiş barışıq sazişi təsdiq edilsin. JN 270 saylı 90104018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 52 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün Yevlax rayonu, Varvara kənd sakinləri X7, X16, İddiaçı, X25, X11, X9 və X26 mülkiyyətinə verilmiş 5.12 hektar torpaq sahəsinin 1.0 ha hissəsi İddiaçı, 1.4 ha hissəsi X11, 0.6 ha hissəsi Əlizadə (Qaraşova) Zahirə Şikar qızının, 1.12 ha hissəsi Əhmədova (Qaraşova) Maya Şikar qızının, 1.0 ha hissəsi Cavabdeh2 mülkiyyətinə verilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-250/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-250/2024
05.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver