Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-251/2020 07.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı 380,70 manat məbləğin borc olaraq üzərindən silinməsi və qaz xəttinin bərpa olunması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı 380,70 manat məbləğin borc olaraq üzəridən silinməsi və qaz xəttinin bərpa olunması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək ünvan 1ənzil 14 ünvanına gələn təbii qaz xəttinin bərpası və əsassız olaraq cavabdeh tərəfindən yazılmış 380.70 manat məbləğinin üzərindən silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi İ.Xəlilova iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı Cavabdehnə qarşı 380,70 manat məbləğin borc olaraq üzəridən silinməsi və qaz xəttinin bərpa olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-251/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-251/2020
07.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver