Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-255/2020 15.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3qulu qızına, Həsənova(Novruzova) Minayə Bünyamin qızına, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı istifadə hüququnun istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və qeydiyyatdan çıxarılma tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3qulu qızına, Həsənova(Novruzova) Minayə Binyamin qızına, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və qeydiyyatdan çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun məxsusdur. Həmin mənzil hazırda ona məxsus olmasına baxmayaraq tanımadığı cavabdehlər onun evində qeydiyyatdadılar. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Hazırda həmin şəxslərin onun mükiyyətində olan mənzilindən hüquqlarının olmamasının müəyyən edilməsi və qeydiyyatdan çıxarılmalarını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlər Cavabdeh2, Cavabdeh3qulu qızına, Həsənova(Novruzova) Minayə Binyamin qızına, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 çatdırılması üçün Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. 34 saylı Evlər Komitəsinin arayışında cavabdehlərin qeyd olunan ünvanda yaşamadığı bildirilmişdir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №li, xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı Yevlax şəhəri Nəriman Nərimanov küçəsi 6 saylı evə və evin yerləşdiyi 0.0384 torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 195-25813N-3219 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 195-29865-1219 saylı məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2003-cü ildən, X3 xx.xx.2006-ci ildən, Cavabdeh4 Bünyamin qızı xx.xx.2004-cü ildən , Cavabdeh5 xx.xx.2004-cü ildən, Cavabdeh6 xx.xx.2004-cü ildən və Cavabdeh7 xx.xx.2006-ci ildən ünvan 2 ünvanda pasport qeydiyyatındadırlar. İş materiallarına əlavə edilmiş 34 saylı Evlər Komitəsinin arayışından görünür ki, cavabdehlər Cavabdeh2, X1, Cavabdeh4 Bünyamin qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. İş materiallarında olan X2, X6 və X4 ilə (satıcılar) İddiaçı(alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinindən görünür ki, satıcılar ünvan 3 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini alıcıya satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcılar alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmişşəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Yevlax şəhəri, N.Nərimanov küçəsi, 6 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərin həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onun arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır.Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, cavabdehlər daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, N.Nərimanov küçəsi, 6 saylı evində cavabdehlər- Cavabdeh2, Cavabdeh3qulu qızının, Həsənova(Novruzova) Minayə Bünyamin qızının, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, N.Nərimanov küçəsi, 6 saylı evində cavabdehlər- Cavabdeh2, Cavabdeh3qulu qızının, Həsənova(Novruzova) Minayə Bünyamin qızının, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər- Cavabdeh2, Cavabdeh3qulu qızının, Həsənova (Novruzova) Minayə Bünyamin qızının, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7,İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, N.Nərimanov küçəsi, 6 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-255/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-255/2020
15.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver