Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-256/2020 02.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, ilkin iddia üzrə iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh qarşı “mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsinə” dair ilkin, qarşılıqı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 qarşı “miras əmlakdan pay tələbinə” dair qarşlıqlı iddiası üzrə mülki işə Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə МÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 Cavabdeh qarşı mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Mingəçevir şəhəri Ərəş küçəsindəki 0,084 hektar torpaq sahəsində yerləşən bir mərtəbəli, 5 otaqlı, 83,81 m2 yaşayış, 49,95 m2 köməkçi sahəsindən ibarət olan 44 nömrəli fərdi yaşayış evindən onlara düşən 1/4 miras payının onlar tərəfindən qəbul edilmiş hesab edilməsi və həmin miras evə onların, eləcə də cavabdehin 1/4 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı3 qarşı miras əmlakdan pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.08 hektar torpaq sahəsinin 1/2 hissəsinə və bütöv yaşayış evinə X9 1/4 hissə miras payının müəyyən olunması, X6 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsindən ibarət əmlak payından onun və qızlarının hər birinə 1/5 hissə- yaşayış evi üzrə 1/20, torpaq sahəsinin 0,04 hektar sahəsi üzrə 1/20 hissə, 0,04 hektar sahəsi üzrə 1/5 (4/20) hissə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri Ərəş küçəsindəki 0,084 hektar torpaq sahəsində yerləşən bir mərtəbəli, beş otaqlı, 83.81 m2 yaşayış, 49,05 m2 köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evi DƏDRX-in X23 tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə iddiaçıların anası və nənəsi, cavabdehin isə qaynanası X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmaqla ona məxsus olmuşdur. X11 və İddiaçı5 Balakişi oğlu ilə rəsmi nikahda yaşamaqla birgə nikahlarından dörd nəfər övladı, o cümlədən İddiaçı1, İddiaçı2, İddiaçı4 və X13 anadan olmuş, İddiaçı5 Balakişi oğlu xx xxxxxx 1979-cu ildə vəfat etmiş, onun vəfatından sonra hazırkı vaxtadək yaşadıqları yuxarıda göstərilən ev X4 adına qeydə alınmışdır. Ata və babalarının vəfatından 35 il sonra xx xxxxxx 2015-ci ildə Xatun Tağıyeva vəfat etmiş, onun ölümündən sonra mülkiyyətində olmuş qeyd olunan ünvanda yerləşən miras mülkə vərəsəlik tam açılmışdır. Xatun Tağıyeva öldükdən sonra xx.xx.2015-ci il tarixdə iddiaçılar olan Qaflan və Nurlanın atası Sehrab Tağıyev də vəfat etmişdir. Həmin tarixdən Xatun Tağıyevadan ona çatası miras paya Qaflan və Nurlan üçün miras açılmışdır. Xatun Tağıyevanın və Sehrab Tağıyevin vəfatından sonra onlardan miras qalan əmlakın qəbulu ilə bağlı 3 ay ərzində mirasın açıldığı ərazi üzrə notariat kontoruna müraciət etməsələr də, hər iki miras qoyandan miras qalmış miras əmlakı faktiki olaraq qəbul etmiş, iddiaçılardan Sima, Rima, Zöhrab müntəzəm olaraq miras mülkə gəlib getmiş, istədikləri vaxt orda yaşamış, iddiaçılardan Qaflan və Nurlan isə hazırda miras mülkdə mərhum Sehrab Tağıyevin ikinci nikahından olan arvadı Cavabdeh ilə birlikdə yaşayırlar. Cavabdeh miras əmlakın onların adına 1/4 hissədə rəsmiləşdirilməsinə razılıq vermədiyi üçün məcbur qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mərhum X13 ilə xx xxx 1999-cu ildə nikaha girməklə evlənmişdir. Birgə nikahlarından 2005-ci il təvəllüdlü Fidan, 2006-cı il təvəllüdlü Türkan adlı qızları olmuşdur. Sehrab Tağıyevin əvvəlki nikahından isə 2 oğlu-Qaflan və Nurlan adlı uşaqları var. O, qızları Fidan və Türkan, mərhum əri Sehrab, ərinin oğlu Qaflan və mərhum X15 ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evində yaşayıblar. Həmin fərdi yaşayış evi tam mülkiyyət hüquq əsasında qaynanasına, həmin evin yerləşdiyi 0,08 hektar torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında mərhum əri və qaynanasına məxsus olmuşdur. İlkin iddia üzrə iddiaçılar iddia ərizələrində həyətyanı torpaq sahəsinin qaynanası ilə birgə əri Sehrabın da mülkiyyətində olmasını və qızları Fidan və Türkanın vərəsə olmasını gizlətməklə miras əmlakdan onlara çatası payın azalmasına nail olmağa çalışırlar. X15 xx xxxxxx 2015-ci ildə, əri Sehrab Tağıyev isə xx xxxx 2015-ci ildə vəfat etmişdir. Xatın Tağıyevadan miras qalmış evdə onun vərəsələrindən yalnız Sehrab Tağıyev mirası idarəçiliyə qəbul etməklə yaşamışdır. Sehrab Tağıyevdən miras qalmış avtomobilin və məzuniyyət pulunun bölgüsü aparılaraq onun və iki qızı Fidan və Türkanın, eyni zamanda ərinin əvvəlki nikahından olan uşaqları Qaflan və Nurlanın miras payının müəyyən olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. X14 ünvan 1 ünvanda yerləşən yaşayış evi və Sehrab Tağıyevlə birgə mülkiyyətdə olan 0,08 hektar torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakların bölüşdürülməsi ilə bağlı vəsiyyətnamə mövcud olmadığından miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququmuz yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçılar İddiaçı3 və İddiaçı4 məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçı5, İddiaçı2 və İddiaçı1 məhkəməyə ünvanladıqları müraciətlərdən görünür ki, onlar məhkəmə prosesləri barədə məlumatlı olmuşlar. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki, ilkin iddia üzrə iddiaçılar hazırkı işin icraatının dayandırılması və məhkəmə proseseslərinin təxirə salınması ilə bağlı vəsatətlər verməklə məhkəmə prosesini əsassız olaraq uzatmaq istəyirlər. Cavabdeh eyni zamanda qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, qaynanasından miras qalmış əmlakın həm də baldızları Sima, Rima, qaynı Zöhrab arasında, mərhum əri Sehrabdan qalan miras əmlakın isə həm də Sehrabın əvvəlki nikahdan olan uşaqları Qaflan və Nurlan arasında bölünməsinə etiraz etmir. Lakin ilkin iddia üzrə iddiaçılar, qaynanasından qalan miras əmlakdan mərhum əri Sehraba çatası paydan onun iki övladı-Fidan və Türkana çatası payı və mərhum ərinin torpaq sahəsinin 1/2 hissəsinə olan payını nəzərə almayaraq miras əmlakın bölünməsini istəsələr də, onların bu tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatını dinləyərək hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə tərəfindən mülki işin araşdırılmış materialları (nikah, doğum, ölüm haqqında şəhadətnamələr, çıxarış) ilə müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və mərhum Sehrab Tağıyev( eyni zamanda digər miras qoyan) miras qoyan X5 İddiaçı5 Balakişi oğlu ilə rəsmi nikahından olan uşaqları olmaqla yanaşı miras qoyan Xatın Tağıyevanın birinci dərəcəli qanun üzrə vərəsləridir. İlkin iddiaçılardan İddiaçı5, İddiaçı3, eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh uşaqları Fidan Tağıyeva və Türkan Tağıyeva digər miras qoyan Sehrab Tağıyevin uşaqları, Cavabdeh isə arvadı olmaqla miras qoyan Sehrab Tağıyevin birinci dərəcəli qanun üzrə vərəsləridir. Miras əmlak ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 100,4 m2 olan yaşayış evindən ibarətdir. Yaşayış evi tam mülkiyyət hüququ əsasında miras qoyan X7, torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında miras qoyanlar X7 və X12 məxsusdur. Miras qoyan Xatın Tağıyeva xx.xx.2015-ci ildə, Sehrab Tağıyev isə xx.xx.2015-ci ildə vəfat etmişdir. İlkin iddia üzrə iddiaçılar miras əmlakı faktiki olaraq qəbul etdiklərini iddia edirlər və ilkin iddia üzrə Cavabdeh bunu mübahisələndirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir(irsi transmissiya). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Miras əmlak- ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qəbul edilmiş sayılmalı və həmin yaşayış evinin 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə İddiaçı4, 1/4 hissəsinə isə mərhum X9 payları müəyyən edilməli, yaşayış evinin mərhum X12 məxsus 1/4 hissəsinə onun vərəsələri- Cavabdeh, X10, X8, İddiaçı3 və İddiaçı5 bərabər şəkildə payları müəyyən edilməlidir. Miras əmlak- ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1/2 hissəsinin 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə İddiaçı4, 1/4 hissəsinə isə mərhum X9 payları müəyyən edilməli, torpaq sahəsinin mərhum X12 məxsus 5/8 hissəsinə onun vərəsələri- Cavabdeh, X10, X8, İddiaçı3 və İddiaçı5 bərabər şəkildə payları müəyyən edilməlidir. İlkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Res-pub-li--ka-sı Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən və qarşılıqlı iddia tam təmin edilsin. X1 və X6 miras qalmış, ünvan 1 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evi ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılsın və həmin yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı1; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı2; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı4; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X10; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X8; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı3 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı5 payları müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə tərəflərə notariat orqanı tərəfindən müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-256/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-256/2020
02.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver