Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2639/2022 22.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «faktın müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 424 nömrəli qərarı ilə verilmiş JN-585 kod 90108018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin torpaq mülkiyyətçisinin soyadı, adı, ünvanı qrafasında adları qeyd edilmiş X6 və atası X4, ona münasibətdə adının şəxsiyyət vəsiqəsində olan Ərizəçi məxsusluğunun, atasına münasibətdə onun ata adının Əmənulla, onun ölüm haqqında şəhadətnaməsində və hərbi biletində olan X7 məxsusluğunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 424 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Malbinəsi kəndi ərazisində 1.46 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında onun adı səhv olaraq Zəhra kimi, atasının ata adı isə səhvən Əmənulla kimi qeyd edilmişdir. Hazırda Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 1.46 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın alınması tələbi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağa mülkiyyətə hüququna dair Dövlət aktında olan uyğunsuzluqla bağlı ərizənin icrasının mümkün olmadığı barədə ona bildiriş göndərilmişdir. Qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən verilmiş 24 oktyabr 2022-ci il tarixli, **********33 saylı məktubdan görünür ki, Ərizəçi JN-585 saylı dövlət aktında düzəlişin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-585 KOD 90108018 saylı dövlət aktının surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli 424 saylı qərarı ilə X8 və X5 1.46 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 18 oktyabr 2022-ci il tarixli 2599 saylı arayışından məlum olur ki, X10 01 avqust 1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 19 oktyabr 2022-ci il tarixli 2614 saylı arayışından məlum olur ki, X14 ilə Ərizəçi 28 avqust 1998-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 mart 1976-cı il tarixli NZ ******* saylı hərbi biletdən məlum olur ki, X10 1932-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Malbinəsi kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 28 noyabr 2022-ci il tarixli 768 saylı arayışından məlum olur ki, Ərizəçi soyadı və adı JN-585, kod 90108018 torpağın mülkiyyət verilməsinə dair Dövlət aktında X3 yazılmışdır. Ailə həyatı qurması ilə əlaqədar onun soyadı Ələsgərova, adının isə səhvən Zəhra kimi yazılmışdır. Əsl həqiqətdə isə onun soyası və adı Ərizəçi kimi yazılmalıdır. Eyni zamanda həmin dövlət aktında onun atasının ata adı səhvən X1 yazılmışdır. Əsl həqiqətdə onun atasının ata adı X2 yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1998-ci il tarixli, 424 saylı qərarı əsasında ərizəçiyə və onun ailə üzvlərinə 1.46 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-585 KOD 90108018 saylı dövlət aktında texniki səhvə yol verilmiş Ərizəçi adı Zəhra kimi, atasının ata adı isə Əmənulla kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-585 KOD 90108018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxxxxx 1954-cü il tarixdə anadan olmuş, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan Ərizəçi və 01 avqust 1998-ci il tarixdə vəfat etmiş X7 məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-585 KOD 90108018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxxxxx 1954-cü il tarixdə anadan olmuş, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan Ərizəçi və 01 avqust 1998-ci il tarixdə vəfat etmiş X7 məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2639/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2639/2022
22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver