Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-273/2023 06.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 , Ərizəçi vəkili X2, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Mediasiya prosesi nəticəsində uşaqları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat aliment ödənilməsinə dair Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, Mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə aralarında xx.xx.2022-ci il tarixdə imzalanmış barışıq sazişinə əsasən o, birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs ilə aralarında imzalanmış barışıq sazişini könüllü icra etməli olmasına baxmayaraq sonuncu alimenti vaxtında ödəmir, gecikmələr yaranır. Odur ki, Maraqlı şəxs ilə aliment ödənilməsinə dair aramızda imzalanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə baxışı zamanı ərizəni qəbul edərək Ərizəçi barışıq sazişini təsdiq olunmasına dair heç bir etirazı olmadığını bildirdi. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2.1.1 bəndinə görə, tərəflər Saziş imzalandıqdan sonra tərəflər sivil qaydada, qarşılıqlı razılıq əsasında nikahın pozulmasına razılıq verirlər; 2.1.2 bəndinə görə "ikinci tərəf” (ata) xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı övladlarının “birinci tərəf” (ana) ilə qalmasına razıdır; 2.1.3 bəndinə görə tərəflər hər ay hər uşağa 120 manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində alimentin ödənilməsinə razılığa gəldilər və "ikinci tərəf” (ata) hər ayın ilk ongünlüyündə “birinci tərəf”in (ana) təqdim etdiyi bank hesabına sözügedən məbləği ödəyəcəkdir; 2.1.4 bəndinə görə "ikinci tərəf”in (ata) uşaqla görüş tələbini həftə sonları “birinci tərəfin” yanında qalmasını razılaşdırdılar, eyni zamanda digər vaxtlar üçün “ikinci tərəf” uyğun olarsa “birinci tərəf” uşaqlarına görüşünə etiraz etmir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi təsdiq edilsin.
1. Tərəflərin uşaqları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 anaları Ərizəçi yanında qalsın.
2. Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun.
3. Maraqlı şəxs 1 gün əvvəldən bildirildiyi halda övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə həftə sonları birinci tərəfin” yanında qalmasını razılaşdırdılar, eyni zamanda digər vaxtlar üçün “ikinci tərəf” uyğun olarsa “birinci tərəf” ünsiyyətdə olması müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Kamil Əliyev: