Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2756/2025 07.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X12 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X15 Yevlax Su X2 İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X15 Yevlax Su X2 İdarəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X9 Xidməti X15i Yevlax Su X2 İdarəsi tərəfindən əsassız olaraq hesablanb üzərinə yazılmış 320.20 (üç yüz iyirmi manat iyirmi qəpik) manat borc məbləğinin silinməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid ailəsidir. Həyat yoldaşı X1 Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olmuşdur. Heç bir əsas olmadan X9 Xidməti X15i Yevlax Su X2 İdarəsi tərəfindən üzərinə 320.20 (üç yüz iyirmi manat, 20 qəpik) manat borc yazılmışdırşdur. Hazırki iddia ərizəsinin əsası, barəsində sudan istifadə qaydalarının pozulmasına görə əsassız olaraq hesablanıb üzərinə qoyulmuş 320.20 manat borc məbləğinin silinməsi tələbədir. Belə ki, həyat yoldaşı şəhid olduğu üçün övladları körpə olduğundan tək qalmamaq üçün valideynləri ilə yaşamışdır. Hazırda oğlu və qızı hər ikisi ailəlidir. Oğlu hərbçidir, AR MN-nin N saylı hərbi hissəsində xidmət edir. Qızı isə ailə həyatı qurub Bakı şəhəri Yeni Ramana qəsəbəsində yaşayır. O, ünvan 1 ünvanında ümumiyyətlə yaşamamışdır və orada bugünədək heç bir su, qaz və digər kommunal xidmətlərdən istifadə etməmişdir. Üzərinə sayılan 320.20 manat borc məbləği də tam əsassızdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X15 Yevlax Su X2 İdarəsinin nümayəndəsi X8 iddia tələbini qəbul edərək bildirmişdir ki, hüquq məsləhətçisi kimi məsələ özü tərəfindən araşdırılmış və məlum olmuşdur ki, cərimə yazılan fərdi yaşayış evində yaşayış olmamışdır. Cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X15 Yevlax Su X2 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X15 Yevlax Su X2 İdarəsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materialarında olan və məhkəmə iclasında tədqiq olununan xx.xx.2009-cu il tarixli, ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri, Səməd Vurğun küçəsində istifadədə olan 0.0916 ha torpaq sahəsində yerləşən 15A nömrəli, 2 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində, 64.46 kv.m ümumi, 43.97 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 147 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialarında olan və məhkəmə iclasında tədqiq olununan X4 Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik Şəbəkəsi tərəfindən təqdim edilmiş 17 oktyabr 2025-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı məxsus məxsus mənzilin “Smart-kart” tipli elektrik sayğacının elektrik enerjisindən istifadəyə görə sərfiyyatı olmamışdır. İş materialarında olan və məhkəmə iclasında tədqiq olununan xx.xx.2025-ci il tarixli abonent saldosundan görünür ki, abonent kodu **********00081 olan İddiaçı qazdan istifadə etməmişdir. İş materialarında olan və məhkəmə iclasında tədqiq olununan abonent kodu **********080 olan abonent kartının surətindən görünür ki, xx.xx.2009-cu il tarixli, 36555058 nömrəli müqavilə üzrə 2017-ci il tarixdən 2020-ci il tarixədək su və çirkab xidmətinə görə 320.20 manat borc yaranmışdır. İş materialarında olan və məhkəmə iclasında tədqiq olununan Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndə tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 5-9-1/2-3009/2025 nömrəli arayışda görünür ki, İddiaçı həqiqətən ünvan 3 ünvanında yaşamır və uzun illərdən hal-hazırki dövrədək yaşayış olmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi suya görə haqq tələb edilə bilməz. İlk növbədə sudan istifadə smart kart vasitəsilə olmuşdur. Hesabda pul olmayanda suyun verilməsini avtomatik olaraq sayğac özü dayandırır. Bundan əlavə, iş materialları ilə də müəyyən olunur ki, cərimə yazılmış ünvanda yaşayış olmamış və su sərfinə görə yazılmış cərimə də əsasız olmuşdur. Həmçinin, cavabdeh tərəfindən borcun hansı səbəbdən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də, istifadə etmədiyi suya görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 4 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 320.20 (üç yüz iyirmi manat iyirmi qəpik) manat borc cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X15 Yevlax Su X2 İdarəsi tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 4 ünvanı üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə əsassız hesablanmış 320.20 (üç yüz iyirmi manat iyirmi qəpik) manat borc cavabdeh Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X15 Yevlax Su X2 İdarəsi tərəfindən İddiaçı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2756/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2756/2025
07.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver