Məhkəmə qərarları › İş №2(039)-290/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-290/2020

14.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-290/2020 14.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Mehdi oğlunun, cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı X1 qaydalarının pozulması haqqında 004588 saylı xx.xx.2011-ci il tarixli, 013119 saylı xx.xx.2012-ci il tarixli, 015960 saylı,xx.xx.2013-cü il tarixli akt üzrə hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh xxxxxxxxxx ASC X4 Təchizatı MMC-nin vəzifəli şəxsləri tərəfindən X1 qaydalarının pozulması ilə bağlı 004588 saylı xx.xx.2011-ci il tarixli, 013119 saylı xx.xx.2012-ci il tarixli, 015960 saylı xx.xx.2013-cü il tarixli aktlarıüzrə hesablanmış 1377,63 manat məbləğin onun istifadəsində olan sayğacdan silinməsinə dair qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxx” ASC “X4 Təchizatı" MMC tərəfindən 004588 saylı xx.xx.2011-ci il tarixli, 013119 saylı xx.xx.2012-ci il tarixli, 015960 saylı xx.xx.2013-cü il tarixli akt tərtib edərək özlərinə sərf edəcək qaydada riyazi düstur qurub, onun atası X3 adına 1377,63 manat cərimə borcu hesablanaraq, yaşadığı və istifadə etdiyi Yevlax rayonu Yuxarı Bucaq kəndində yerləşən fərdi yaşayış evinin istifadəsində olan **********00112 abunə kodlu üzrə sayğacın üzərinə hesablanmışdır. Fərdi yaşayış evi onun mərhum atasının adında olmaqla, hazırda mülkiyyət hüququonun adına keçməklə qeyd olunan sayğac da artıq onun adına işlənmişdir. Onun 2013-cü ilədək atasın adında olan borcun əsassız olaraq davam etməsini qəbul etmir. Sayğacın üzərinə hesablanmış cərimə 2011-2013-cü il tarixləri əhatə edir. Mərhum atası vəfat edəndən sonra bu borc onun adında qalmışdır. O, 3 il həbsdə olmuşdur. Bu müddət ərzində evə qayıdan zaman sayğacın üzərində 1377,63 manat ödənilməmiş borc qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Mehdi oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X5 iddiaçının qanunla müəyyən edilmiş müddəti ötürülməklə məhkəməyə müraciət etdiyindən iddia müddətinin tətbiq edilməsini və qeyd olunanların nəzərə alınaraq məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “X1 qaydalarının pozulması” haqqında 004588 №li xx.xx.2011-ci il tarixli aktdan görünür ki, elektrik enerjisindən birbaşa istifadə olunması halı ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi istehlakçıya əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan “X1 qaydalarının pozulması” haqqında 013119 №li xx.xx.2012-ci il tarixli aktdan görünür ki, sayğacdan əlavə xəttin olması halı ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi istehlakçıya əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan “X1 qaydalarının pozulması” haqqında 015960 №li xx.xx.2013-cü il tarixli aktdan görünür ki, sayğacın müdaxiləli olması halı ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi istehlakçıya əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, X6 adlıabonentə 1377,63 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamdən görünür ki, X6 xx.xx.2011-ci il tarixdəölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə görətələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxt aşırıödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, həmin 5 il iddia müddəti deyil, öhdəliklərin xitamının əsaslarından biridir. Odur ki, bu müddətin tətbiqi üçün mübahisə tərəfinin məhkəməyəərizə verməsi tələb olunmur, müddət bitdikdəöhdəlik xitam olunur və tələb qüvvəsini itirir. İddiaçıdan tələb edilən borc məbləği vaxt aşırıödənişlər olan kommunal xidmətlərin haqqından ibarət olduğundan bu tələblərə də Mülki Məcəllənin 551.2.1-ci maddəsinin göstərişi şamil olunur. Məcəllənin 552.1-ci maddəsinə görə isə müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2011-ci il tarixli, xx.xx.2012-ci il tarixli xx.xx.2013-cü il tarixli akta əsasən hesablanmış 1377,63 manat borcun ödənilməsi barədə tələbi tələb etmə müddəti keçdiyinə görə əsassızdır. İddiaçının borcun silinməsi barədə iddiası təmin olunmalı, xx.xx.2011-ci il tarixli 004588 №li, xx.xx.2012-ci il tarixli 013119 №li və xx.xx.2013-cü il tarixli 015960 №li aktları əsasında iddiaçıya hesablanmış 1377,63 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Mehdi oğluna xx.xx.2011-ci il tarixli 004588 №li, xx.xx.2012-ci il tarixli 013119 №li və xx.xx.2013-cü il tarixli 015960 №li aktları əsasında hesablanmış 1377 (bir min üç yüz yetmiş yeddi) manat 63 (altmış üç) qəpik məbləğində borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar