Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-293/2020 16.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1977-ci il təvəllüdlü övladı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, qızı X9 xx xxxxxxx 1977-ci il tarixdə anadan olmuşdur. Vəfa anadan olandan psixi xəstə və birinci qrup əlil olduğu üçün, xx xxxxxx 2010-cu il tarixdən hazırki vaxta kimi Mingəçevir şəhər X1 «ağır dərəcli əqli gerilik» diaqnozu ilə dispanser qeydiyyatdadır. Uzun illərdir ki, qızına özü baxır. X7 xəstəliyi ilə əlaqədar məktəbə getməmiş və hər hansı bir təhsil almamışdır. Vəfa xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Məhkəmədən xx xxxxxxx 1977-ci il tarixdə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 1978-ci il tarixli lV-JQ 476740 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxx 1977-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuşdur atası Ərizəçi, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2005-ci il tarixdə Yevlax RPŞ-si tərəfindən verilmiş AZE seriyalı 04919365 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx xxxx 1952-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2005-ci il tarixdə Yevlax RPŞ-si tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1949-cu il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Tanrıqulular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2019-cu il tarixli 710 saylı arayışından görünür ki, Ərizəçi Yevlax rayonu, Tanrıqulular kəndində qızı 1-ci qrup əlil X9 ilə bir ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər X2 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2082 saylı arayışdan görünür ki, xx xxxxxxx 1977-ci il tarixdə anadan olmuş X9 «ağır dərəcli əqli gerilik» diaqnozu ilə ruhi qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2014-cü il tarixdə Yevlax RPŞ-si tərəfindən verilmiş AZE seriyalı 14118809 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx xxxxxxx 1977-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası X10 xx xxxxxx 2020-ci il tarixli 113 saylı rəyindən görünür ki, X9 uşaqlıqdan orta dərəcəli kəmağıllıq, ifadə olunmuş davranışı pozğunluqları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxxx 1977-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxx 1977-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-293/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-293/2020
16.03.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver