Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2939/2025 17.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 Tofik oğlu, İddiaçı3 Tofik qızının nümayəndəsi Qanuni nümayəndə və caavbdeh Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Tofik oğlu və İddiaçı3 Tofik qızının Cavabdeh qarşı “vərəsəlik hüququ üzrə daşınar əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 Tofik oğlu və İddiaçı3 Tofik qızı Cavabdeh qarşı “vərəsəlik hüququ üzrə daşınar əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ataları X2 miras qalmış 2007-ci il buraxılış tarixli “VAZ 21074” markalı ** BX *** qeydiyyat nişanlı avtomobilə hər birinin ¼ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. a) Məhkəmə prosesi: Məhkəmə hazırlıq iclasında iddiaçıların nümayəndəsi Qanuni nümayəndə ərizə təqdim edərək hazırki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə iddiaçı tərəfin ərizəsini (vəsatətini) nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 81 manat dövlət rüsumu geri qaytarılmalıdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarı: 2-ci bənd. Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Tofik oğlu və İddiaçı3 Tofik qızının Cavabdeh qarşı “vərəsəlik hüququ üzrə daşınar əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə xx.xx.2025-ci il tarixdə ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumu (təyinatı: Yevlax Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı2 Tofik oğlu, qəbzin nömrəsi: **********, Ödəniş Tarixi: xx.xx.2025, Büdcə təsnifat kodu: 14221103, Büdcə təsnifatı səviyyə kodu: 1, Xəzinə hesabı: AZ69CTRE********************:) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional İdarəsi tərəfindən İddiaçı2 Tofik oğluna geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2939/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2939/2025
17.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver