Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-294/2024 19.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X8 Elektrik Şəbəkəsi tərəfindən əsassız olaraq onun üzərinə yazılmış 605.72 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, heç bir əsas olmadan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun üzərinə 605.72 manat borc yazılmışdır. Barəsində X1 qaydalarının pozulmasına görə əsasız olaraq üzərinə qoyulmuş 605.72 manat borc məbləğinin silinməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclası zamanı bildirdi ki, müvafiq akt tərtib olunarkən iştirak etsə də, kənar xəttin qoşulmasından məlumatı olmadığından aktı imzalamamışdır. İddia tələbini müdafiə etdiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda və izahatında göstərdi ki, iddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 605.72 manat borcun silinməsi tələbinə dair iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı X2 elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazasında” **********04555 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla yaşadığı Yevlax şəhəri Q.Quliyev küçəsi bina 5 mənzil 11 saylı binada pilləkən meydançasında divara bərkidilmiş ümumi lövhədə yerləşən xx.xx.2019-cu il tarixdə quraşdırılmış Paud MP106 tipli, zavod nömrəsi **********1 M1433201 olan elektrik hesablama sayğacı vasitəsi ilə X1 etmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin struktur tərkibində olan Yevlax EŞ-nin əməkdaşları E.M.Nuriyev, V.E.İsmayılov və R.İ.Səfərli tərəfindən Yevlax EŞnin xidməti ərazisində yaşayan və fəaliyyət göstərən elektrik enerjisinin istehlakçıları tərəfindən “EEİQ”na riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı yaşadığı Yevlax şəhəri Q.Quliyev küçəsi bina 5 mənzil 11 saylı binanın pilləkən meydançasında quraşdırılmış ümumi lövhədə yerləşən elektrik hesablama sayğaclarına baxış keçirilmişdir. Baxış zamanı sayğaclar yerləşən ümumi lövhənin üst örtüyünün qıfılla bağlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Sayğacların qoşulma sxemlərinin yoxlanılması üçün lövhəyə vurulmuş qıfılın açılması zərurəti yaranmışdır. Nəzarətçi mühəndis X5 dediyinə görə həmin qıfıl binanın 11-ci mənzilində yaşayan iddiaçı Q.M.Quluyeva tərəfindən vurulmuşdur. Dəfələrlə qıfılın açılması üçün ondan açar istənilməsinə baxmayaraq Q.M.Quluyeva açarı təqdim etməkdən müxtəlif bəhanələrlə (açarın oğlu Nofəldə olmasını) imtina etmişdir. Bu səbəbdən Yevlax EŞ-nin əməkdaşları qıfılı qırmaq məcburiyyətində qalmışlar. Qıfıl qırılaraq ümumi lövhənin üst örtük qapağı açıldıqda Q.M.Quluyevanın yaşadığı mənzili elektrik enerjisi ilə təchiz edən Paud MP106 tipli, zavod nömrəsi **********1 M1433201 olan elektrik enerjisi hesablama sayğacının giriş xətti bir başa “avtomat ayırıcıya” qoşulmaqla enerjidən kənar xətt vasitəsi ilə istifadə edilməsi faktı aşkar edilmişdir. Akta əsasən "xxxx" ASC də fəaliyyət göstərən “Akrlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 60 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 605.72 manat təşkil edən 4645 kvt saat miqdarında kənar xətt vasitəsi ilə qanunsuz istehlak edilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat qaydaları aparılmış 4.62kvt x 24 saat x 0.7 x 60 gün = 4657 kvts tarif (0.13) manat 4657 kvts x 0,13 man= 605.72 manat cəmi 605.72 manat. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 605.72 manat borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 307073 №li aktından görünür ki, "xxxx" ASCnin əməkdaşları E.Nuriyev, E.İsmayılov və İ.Səfərli tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən yaşadığı mənzildə (abunə kodu **********04555) “X1 Qaydaları”na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, ünvanda olan 1 fazalı hesabat sayğacının hesab mexanizmi keçən yükü qeyd etmir, sayğac dayanıb, ölçmə zamanı dövrədən axan yük P=0.5 kvt W=0.5 kvt x 365 gün x 24 saat=3066 kvt saat 3066 kvt saat x 0.13=398.58 manat cəmi 398.58 manat təşkil edir. Akta əsasən elektrik sayğacının yeni elektron tipli sayğacla əvəz olunması və uçot EEİQ-na uyğun olaraq bərpa edilməsi tələb edilmişdir. "xxxx" ASC-nin “Texniki sahə üzrə tələblər” adlı icra vərəqindən görünür ki, müvafiq olaraq 307073 №li xx.xx.2023-cü il tarixli akta əsasən aşkar edilmiş elektrik hesabat sayğacının işləməməsi halı ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi istehlakçıya P=0.5 kvt W=0.5 kvt x 365 gün x 24 saat=3066 kvt saat 3066 kvt saat x 0.13=398.58 manat cəmi 398.58 manat əlavə sərfiyyat hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, abonentə akta əsasən isə 605.72 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş CD disklərdən görünür ki, xx.xx.2023-cü il tarixdə ”Azərişıq” ASC-nin əməkdaşları E.Nuriyev, E.İsmayılov və İ.Səfərli tərəfindən İddiaçı ünvan 1 ünvanında yaşadığı evdə (abunə kodu **********04555) “X1 Qaydaları”na riayət olunması yoxlanılarkən həmin mənzildə bir fazalı Smart kart tipli elektrik sayğacından kənar, yəni işıq dirəyindən birbaşa kənar xətt çəkildiyi aşkar edimiş, həmin fakt aşkarlanarkən iddiaçı da orada iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 Qaydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla “Qaydalar”ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17-ci bəndi yeni redaksiyada verilmişdir. Qaydalarının 8.17-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablan. 8.17-1-ci bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydalarınci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş apamİomaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. ” Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bununla yanaşı məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvana verilən elektrik enerjisini qeydə alan elektrik xəttinə kənar müdaxilə olunaraq əlavə xətt quraşdırılmışdır ki, yuxarıda qeyd olunan “X1 Qaydaları”na görə bu hal yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalı, xx.xx.2023-cü il tarixli 307073 №li akta əsasən hesablanmış 605.72 manat məbləğində elektrik enerjisi borcu İddiaçı abunə hesabından silinməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbi haqqında iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-294/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-294/2024
19.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver