Məhkəmə qərarları › İş №2(039)-298/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-298/2020

03.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-298/2020 03.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, X1 cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıX6 cavabdeh “xxxxxxxx” ASC-yə qarşıiddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən üzərinə əsassız olaraq yazılmış 523,84 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə;

1. X2 “xxxxxxxx” ASC-yə qarşı iddia tələbini dəyişərək “xxxxxxxx” ASC tərəfindən üzərinə yazılmış 523,84 manat cərimə məbləğinin üzərindən silinməsini tələb etmir. Barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair akta əsasən hesablanmış 496,81 manat məbləğin azaldılaraq və cəmi 300 manat müəyyən edilməsinə, həmin məbləğin hissə-hissə ödənilməsinə razılıq verir.

2. Cavabdeh “xxxxxxxx” ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair iddiaçı barəsində “xxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli, 091484 nömrəli akta əsasən hesablanmış 496,81 manat borc məbləğinin azaldılaraq 300 manat müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək.

Məhkəmə barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və işüzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinəəsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdəşərh olunan məhkəməyə göndərilən yazılıərizələrində də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda işüzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim işüzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264-cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

X1 cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məzmununa görə;

3. X2 “xxxxxxxx” ASC-yə qarşı iddia tələbini dəyişərək “xxxxxxxx” ASC tərəfindən üzərinə yazılmış 523,84 manat cərimə məbləğinin üzərindən silinməsini tələb etmir. Barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair akta əsasən hesablanmış 496,81 manat məbləğin azaldılaraq və cəmi 300 manat müəyyən edilməsinə, həmin məbləğin hissə-hissə ödənilməsinə razılıq verir.

4. Cavabdeh “xxxxxxxx” ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair iddiaçı barəsində “xxxxxxxx” ASC tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli, 091484 nömrəli akta əsasən hesablanmış 496,81 manat borc məbləğinin azaldılaraq 300 manat müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək.

Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar