Məhkəmə qərarları › İş №2(039)-299/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-299/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-299/2023 30.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-244 KOD 90102068 saylı torpağın mülkiyyətinə verilməsinə dair dövlət aktının onlara və mərhum X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1-ci ərizəçi olaraq onun, soyadı Qocayeva, adı Əzət, atasının adı Mirhəmzə, mərhum həyat yoldaşının soyadı Qocayev, adı Abdulrəhman, atasının adı Məmmədiyə, 2-ci iddiaçı olaraq onun soyadı Qocayev, adı Anar və atasının adı Asifdır. Bu onlara məxsus olan şəxsiyyət vəsiqələrində və mərhum Abdurəhman Qocayevə məxsus ölüm şəhadətnaməsində də göstərilmişdir. Lakin pay torpaq sahəsi üçün verilmiş JN-244 KOD 90102068 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında 1-ci iddiaçı olaraq adı səhvən “Qovayev”, Atasının adı səhvən “Mirqam”, mərhum ərinin adı “Əbdürəhman”, atasının adı Məmməd və 2-ci iddiaçı olaraq adı səhvən “Akif” yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmirlər. JN- 224 KOD 90102068 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında soyadda adda və ata adında getmiş səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçilər iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçlərinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.1995-ci il tarixdə verilmiş XİX-ЖГ №-li 340581 doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- X8, anası- Ərizəçi1dır. Ərizəçi2 məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qocayev”, adı “Anar”, atasının adı “Asif”, doğulduğu tarix isə “xx.xx.1995”, göstərilmişdir. Yevlax rayonu Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 837828 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir; Ərizəçi1 məxsus xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qocayeva”, adı “Əzət”, atasının adı “Mirhəmzə”, doğulduğu yer “Şəki rayonu, Böyük Dəhnə kəndi”, doğulduğu tarix isə “XX.XX.1938”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Xanabad kəndi” göstərilmişdir. JN-244 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X3, X9, X5, X10, X15 və X16 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34 saylı qərarı ilə Yevlax rayonu Xanabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,53 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-244 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. xx.xx.1995-ci il tarixdə verilmiş 124 №-li doğum akt qeydindən görünür ki, X20 xx.xx.1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- X8 oğlu, anası- Ərizəçi1dır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 və X4 ifadələrində bildirmişdir ki, ərizəçilər onların həmkəndlisidir. Ərizəçilərdən birinin atasının adı Mirhəmzə və ikincisinin adı Anar olduğunu bildirmişlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin, JN-244 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “ata adları və adı” ilə şəxsiyyət vəsiqələrində göstərilən “ata adları və adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi1, Ərizəçi2 və X2” əvəzinə “X6, X17 və X21” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-244 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X6” AZ-İ seriyalı, 837826 №-li ölüm haqqında şəhadətnamədə göstərilən “X2” ilə eyni şəxsdir, “X17” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” ilə eyni şəxsdir və “X21” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” ilə eyni şəxsdir ərizəçilərin həmin dövlət aktını onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-244 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X6” AZ-İ seriyalı, 837826 №-li ölüm haqqında şəhadətnamədə göstərilən “X2” ilə eyni şəxsdir, “X17” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” ilə eyni şəxsdir və “X21” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” ilə eyni şəxsdir ərizəçilərin həmin dövlət aktını onlara məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar