Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2991/2025 04.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayon X20 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə 0.27 ha torpaq sahəsinə dair verilmiş 16 oktyabr 2004-cü il tarixli JN-460 F saylı şəhadətnamənin X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar: Ərizə onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair 16 oktyabr 2004-cü il tarixli JN-460 F saylı şəhadətnaməyə əsasən X8, X24 və X9 Yevlax rayon X20 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə 0.27 ha torpaq sahəsi verilmişdir. X1 xx.xx.2018ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-460 F saylı şəhadətnaməsinə əsasən Yevlax rayonu Havarlı kəndində yerləşən 0.27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun və çıxarışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN- 460 F saylı şəhadətnamənin adlı siyahısında qeyd edilən X6 ata adında səhvlik mövcuddur. Bu səbəbdən mülkiyyət hüququnun dövlət reyestində qeydiyyata alınması mümkün deyildir. Odur ki, məhkəməyə müraciət edilməyini tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçinin anasının qızlıq soyadı İbrahimova olmuş, ailə həyatı qurduqdan sonra Qəhrəmanova soyadını qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı Minəxanımın qızıdır. Həqiqətən də, Minəxanımın atası onda olduğu kimi İbrahim olmuş, lakin bacısına verilən torpaq sənədində ada adı səhv olaraq Namiq getmişdirşmçinin ərizəçinin məhrum anasının ata adının İbrahim olmasına baxmayaraq, torpağa dair sənədində səhvən bacısının qaynı olan Namiq kimi yazılmışdır. Məhkəmə, ərizəçlərinin, habelə şahidin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.1992-ci il tarixdə verilmiş XVİ-ЖГ №-li 473944 doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası X25, anası-X2r. xx.xx.2025-ci il tarixdə verilmiş №-li 1830 doğum haqqında akt qeydindən görünür ki, X11 xx.xx.1953-cü il tarixdə Yevlax rayonu Bucaq kəndində anadan olmuşdur; atası X19, anası-X7r. xx.xx.2025-ci il tarixdə verilmiş №-li 1830 doğum haqqında akt qeydindən görünür ki, X14 xx.xx.1979-cu il tarixdə Yevlax rayonu Havarlı kəndində anadan olmuşdur; atası X26, anası-X3r. Yevlax rayonu, Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 928947 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir; JN-460F KOD 90105010 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X10, X17 və X9 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Havarlı kəndində yerləşən kənd fərdi yaşayış evi həyətyanı sahə üçün 0.27 ha torpaq sahəsi verilmişdir. Təbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin anası Minəxanımın atasının adı, ona məxsus bütün sənədlərdə “X19” kimi göstərilsə də, JN-460F KOD 90105010 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə atasının adı “Namiq” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X13” ilə ölüm haqqında şəhadətnamə və digər sənədlərdə göstərilən “X8”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – şəhadətnamənın, doğum haqqında şəhadətnamə,arayışlar, ölüm haqqında şəhadətnamənin, evlənmək haqqında şəhadətnamənin surəti ərizəçi tərəfindən, onun anasına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə anasından qalmış torpağın miras əmlak kimi qəbul edilməsi və torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, JN- 460F KOD 90105010 №-li “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-460F KOD 90105010 №-li “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin X18 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2991/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2991/2025
04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver