Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-32/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh və onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər X5 İmtahan və Texniki Baxış Şöbəsinə (Yevlax RQİ və TBŞ) və Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair ilk, Cavabdeh iddaçı İddiaçı qarşı borcun, alq-satqı müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması, dəymiş zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Yevlax RQİ və TBŞ-yə və Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdehlə onun arasında, mülkiyyətində olmuş DAF markalı yük avtomobilinə dair Yevlax RQİ və TBŞ-də bağlanmış xx xxxxxx 2016-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehlə uzun müddət ərizində yaxın münasibətdə olmuşlar. Aralarında bir-birinə borc pul verib almaqla əlaqədar, etibarlı münasibət olub. Son dəfə Rusiyada olarkən Elnurdan hissə-hissə olmaqla 360 min rus pulu almışdır. Ondan 35 min rus pulunu qaytarmış, 325 min pulu qaytara bilməmişdir. Son bir ildə həmin borcun qalmaqda davam etmişdir. Aralarında həmin borcu təqribən 5 min ABŞ dolları hesablamışlar. Son bir neçə ayda Elnur həmin pulu qaytarmağını təkidlə tələb etdiyi üçün ona bildirmişdir ki, mülkiyyətində olan 2007-ci ildə buraxılmış, DAF markalı, yəhərli-dartıcı yük avtomobilini satışa çıxarmışdır, gözləsin satandan sonra onun borcunu verəcəkdir. Az sonra Elnur ona bildirmişdir ki, əgər avtomobili satılmırsa onu almaq istəyir. Bununla əlaqədar onlar görüşüb razılığa gəlmiş, maşının ilkin satış qiyməti 36 min dolları olsa da, onlar 30 minə razılaşmışlar. Elnur maşını 30 minə götrüb 5 min dolları borca hesablamaqla, ona 25 min verməli idi. Elnur 25 mini 1 həftə -10 gün müddətində verməyə söz verdiyinə görə, onunla xx xxxxxx 2016-cı il tarixdə, Yevlax RQİ və TBŞ-nə gedib maşını onun adına keçirmişlər. Pul verilmədiyinə görə maşın onun sahibliyimdə qalmışdır. Təqribən 10 gündən sonra Elnura zəng vuraraq pulu nə vaxt gətirib maşını aparacağını soruşmuşdur. Elnur ona telefonda bildirmişdir ki, o, məqsədli olaraq maşını adına keçirmişdir, yaxın vaxtlarda 6 min dollar borcunu qaytarmasa maşını əlindən alacaqdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək 10,000 ABŞ dolları məbləğində 2013-cü ildə iddiaçıya verilmiş əsas borcun, 12,000 ABŞ dolları əsas borcun - maşının alqı-satqı müqaviləsinə görə ödənilmiş əlavə məbləğin, 2,570 ABŞ dolları real zərərin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən (illik 5%) 1,900 ABŞ dollarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 449.3-cü maddələrinə əsasən (illik 15%) 5,700 ABŞ dollarının, 9,100 ABŞ dolları əldən çıxmış fayda kimi, cəmi 41,200 ABŞ dolları məbləğində pulun ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsi ilə manatla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, 2013-cü ilin noyabr-dekabr aylarında Rusiya Federasiyasında olarkən Namiq ondan 360,000 rubl borc pul almış, bu pulu 2014-ci ilin may ayında qaytaracağına söz vermişdir. Həmin vaxt, 2013-cü ilin dekabr ayında, Rusiyada 1 ABŞ dolları 32,63 rubl təşkil edirdi, və onun tərəfindən Namiqə verilmiş 360,000 rublu o, təxminən 11,000 ABŞ dolları hesablayıb razılaşmışlar ki, Namiq ona 11,000 ABŞ dolları borculdur. Bir müddət sonra bu puldan 1,000 ABŞ dolları (35,000 rubl) İddiaçı tərəfindən ona qaytarılmış, 10,000 ABŞ dolları bu günə qədər qaytarılmamışdır. Üç il ərzində 2016-cı ilin sonlarına qədər dəfələrlə İddiaçı ilə telefon danışıqları, görüşləri olmuş, Namiqin ona olan 10,000 ABŞ dolları məbləğində borcun tez bir zamanda qaytarılmasını ondan təkidlə xahiş etmişdir. 2016-cı ilin noyabr ayında İddiaçı ilə görüşəndə Namiq ona bildirmışdir ki, ABŞ dollarının məzənnəsi qalxdığından, yaxşı pul qazana bilmir. Ona olan 10,000 ABŞ dolları məbləğində borcunu qaytara bilməyəcək. Bu səbəbdən də Namiq ona təklif etmişdir ki, ona məxsus “DAF TE 105 XF yük” markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 22,000 ABŞ dollarına qiymətləndirək, Namiqə əlavə olaraq 12,000 ABŞ dolları məbləğində pul ödəməyi, onun ona olan 10,000 ABŞ dollraı borcunu da maşına ödənilmiş hesablayaraq, Namiqin ona olan borcunu bağlasınlar. Namiqin maşına görə əlavə olaraq istədiyi 12,000 ABŞ dolları (cəmi 22,000 ABŞ dolları) belə maşınların bazar qiymətindən artıq idi, bir az fikirləşəndən sonra belə qərara gəlmişdir ki, həmin maşından istifadə edərək pul qazanar, itkitərinin əvəzini müddətində sonra ödəmiş olar. Beləliklə, İddiaçı ilə razılaşmaya əsasən o, Namiqə 12,000 ABŞ dolları məbləğində pul ödəmiş və 21 noyabr 201-cı il tarixdə Yevlax RQİ və TBŞ müraciət edərək, sözügedən maşını alqı-satqı müqaviləsi əsasında alıb, öz adına sənədləşdırmişdir. Namiqdən aldığı maşını sənədləşdirmək üçün Yevlax RQİ və TBŞ-nə özü də başqa minik avtomobili ilə gəldiyindən, Namiqlə razılaşmışlar ki, DAF maşının sürsün, dal-qabaq getsinlər onlara Göyçay şəhərinə. Yolda olarkən İddiaçı ona zəng eləmişdir ki, ona DAF maşınına dair başqa etibarnamə versin. Ona demişdir ki, yalnız sürmək üçün etibarnamə vərər. Bununla da Namiqlə aralarında narazılıq yaranmışdır. Faktiki olaraq 22,000 ABŞ dolları məbləğində pul ödəyərək aldığı sözü gedən DAF avtomaşının Namiq Göyçaya gətirməkdən, ona verməkdən imtina etmiş, maşını ona məlum olmayan yerə apararaq, gizlətmişdir. Cavabdeh İddiaçı tərəfindən ondan alınmış 10,000 ABŞ dolları məbləğində borc vaxdında geri qaytarmadığından Göyçay rayonu, Cəyirli kəndində yerləşən ona məxsus evin ipoteka ilə yüklü edərək, “xxxxxxxxxxxxxxxxx” ASC-dən kredit götürməyə məcbur olmuşdur. Bankdan götürdüyü 19,000 ABŞ dolları məbləğində kreditə görə 4,888.25 ABŞ dolları məbləğində kredit ödəmişdir. Cavabdeh tərəfindən ona olan 10,000 ABŞ dolları borc vaxtında qaytarılmadığı üçün real zərərə düşərək, həmin məbləğə 2,570 ABŞ dolları faiz ödəmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % dərəcəsi hesablanmaqla, 3,8 il müddətə cavabdehin ona qaytarmadığı 10,000 ABŞ dollarına görə faiz borcu 1,900 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlər 15 % hesablanmalı, buna görə cavabdeh ona 5,700 ABŞ dolları ödəməlidir. Cavabdehin ona borclu olub qaytarmadığı 10,000 ABŞ dolları bankların hər hansı birinə yerləşdirilsəydi, 3,8 il ərzində bu məbləğ 18,240 ABŞ dolları gəlir əldə edə bilərdi. Bu azaldılmış məbləğin tam yarısının – 9,100 ABŞ dollarının əldən çıxmış fayda kimi cavabdehdən tutulması əsaslı hesab edir. İddiaçı nümayəndəsi Yolçu Abbasov iclas zamanı, ilk iddianın məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilk iddianı qəbul etməyərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Yevlax RQİ və TBŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin cavabdeh işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə, həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid X6 iclas zamanı bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Cavabdeh əvvəllər də qardaşı Namiqin dostu kimi tanımışdır. Belə ki, qardaşı Namiqin Elnura 5,000 ABŞ dolları məbləğində borcu var. Əldə etdikləri razılığa əsasən Namiq özünə məxsus DAF markalı yük avtomobilini 30,000 ABŞ dollarına hesablamaqla Elnura satmalı, bu məbləğin 5,000 ABŞ dolları borca hesablanmalı, qalan hissəsini isə Elnur Namiqə ödəməli idi. xx xxxxxx 2016-cı il tarixdə o, qardaşı Namiq və Elnur Yevlax RQİ və TBŞ-nə gələrək yük avtomobilini Elnurun adına rəsmiləşdirmişlər. Lakin buna baxmayaraq Elnur Namiqə hər hansı məbləğdə pul verməmişdir. Şahid X7 bildirmişdir ki, İddiaçı ilə uzun müddətdir ki, tanışdır. İddiaçı Rusiya Federasiyasında yaşadığı dövrdə o da, işləmək üçün Rusiya Federasiyasına getmiş və bir müddət orada yaşamışdır. Həmin müddətdə Cavabdeh də tanımışdır. Münasibətləri yaxşı olduğundan ona məlum olmuşdur ki, İddiaçı Cavabdeh 360,000 Rusiya Federasiyası rublu məbləğində borc almışdır. Bundan bir hissəsini Namiq Elnura qaytarmış, digər hissəsi ilə əlaqədar isə belə razılaşdırmışlar ki, 5,000 ABŞ dolları Namiq Elnura qaytaracaqdır. AC 456436 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, DAF TE105 XF yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi İddiaçı olmuşdur. Yevlax RQİ və TBŞ tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı özünə məxsus DAF TE105 XF yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh satmışdır. Müqavilədə nəqliyyat vasitəsinin alqı-satqı qiyməti göstərilməmişdir. xx xxxxxx 2016-cı il tarixdə verilmiş AC 760208 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, DAF TE105 XF yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi Cavabdehdir. DİN Baş Dövlət X12 tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli məktubunda qeyd olunur ki, DAF TE105 XF yük markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə onun müraciətinə baxılmış və ona məhkəməyə müraciət edilməsi barədə hüququ izah edilmişdir. Cavabdehlə “xxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh illik 23 % ödəmək şərti ilə 19,000 ABŞ dolları məbləğində kredit verilməsinə dair eyni tarixli kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. xx xxxxxx 2015ci il tarixdə həmin kredit və ipoteka müqavilələrinə əlavə bağlanmışdır. Www.cbr.ru saytından çıxarışda qeyd olunur ki, xx xxxxxx 2013-cü il tarixdən 1 ABŞ dollarının kursu 32,9055 Rusiya Federasiyası rublu məbləğində müəyyən edilmişdir. Həmin saytın məlumatına görə xx xxxxxx 2018-ci il tarixə 1 ABŞ dollarının kursu 55,6717 Rusiya Federasiyası rublu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin izahatları, şahid ifadələri və təqdim edilmiş digər sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, Yevlax RQİ və TBŞ tərəfindən təsdiq edilmiş xx xxxxxx 2016-cı il Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında İddiaçı özünə məxsus DAF TE105 XF yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh satmışdır. Alqı-satqı müqaviləsində həmin avtomobilə dair Cavabdeh tərəfindən İddiaçı hər hansı məbləğdə pul verilməsi qeyd edilməmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra həmin yük avtomobili Cavabdeh adına qeydə alınmaqla buna dair ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilsə də, avtomobil faktiki olaraq İddiaçı sahibliyində qalmışdır. İşin digər halları ilə bağlı məhkəmə hesab edir ki, hər bir tələbə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir. İddiaçı ilk iddiası ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı, aldadıldığını, özünə məxsus avtomobilə görə Cavabdeh tərəfindən ona hər hansı məbləğdə pul ödənilmədiyini, bu səbəbdən avtomobilin onun sahibliyində qaldığını qeyd edir. Cavabdeh avtomobilin qiymətinin 22,000 ABŞ dolları məbləğində müəyyən edildiyini, 10,000 ABŞ dollarının borca hesablandığnı, 12,000 ABŞ dollarının isə alqı-satqı müqaviləsi bağlanan gün İddiaçı ödədiyini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsi, alqı-satqı müqaviləsində avtomobilə görə hər hansı məbləğdə pulun ödənilməsinin qeyd edilməməsi, alqı-satqı müqaviləsi formal olaraq xx xxxxxx 2016-cı il tarixdə rəsmiləşdirilməklə Cavabdeh adına qeydiyyata alınsa da, avtomobilin faktiki olaraq İddiaçı sahibliyində qalması, Cavabdeh isə yalnız 2017-ci ilin fevral ayında Dövlət Yol Polisi Baş İdarəsinə avtomobillə bağlı müraciət etməsi, Cavabdeh qarşılıqlı iddia ilə avtomobilin deyil, avtomobilə görə ödədiyi iddia etdiyi pulun qaytarılmasını tələb etməsi faktını nəzərə alaraq belə qənaətə gəlir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, tərəflər arasında DAF TE105 XF yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmadığından və eyni zamanda aldatma nəticəsində bağlandığından etibarsız hesab edilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən İddiaçı hər hansı məbləğdə pulun ödənilməsi təsdiqini tapmadığından həmin maddənin şərtlərinin hazırkı mübahisəyə tətbiq etməklə pulun geri qaytarılmasına zərurət yoxdur. Alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə əsasında avtomobilin Cavabdeh adına aparılmış qeyd ləğv edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsinin 10,000 ABŞ dolları məbləğində 2013-cü ildə cavabdehə verilmiş əsas borcun tutulması hissəsi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində 2013-cü ilin noyabr-dekabr aylarında Rusiya Federasiyasında olarkən İddiaçı ondan 360,000 rubl borc pul aldığını, bu pulu 2014-ci ilin may ayında qaytaracağına söz verdiyini, 2013-cü ilin dekabr ayında, Rusiyada 1 ABŞ dollarının 32,63 rubl təşkil etdiyini, onun tərəfindən Namiqə verilmiş 360,000 rublu o, təxminən 11,000 ABŞ dolları hesabladıqlarını, bir müddət sonra bu puldan 1,000 ABŞ dolları (35,000 rubl) İddiaçı tərəfindən ona qaytarıldığını, 10,000 ABŞ dolları bu günə qədər qaytarılmadığını qeyd edir. İddiaçı Cavabdeh 360,000 Rusiya Federasiyası rubl məbləğində borc aldğını etiraf edir və həmin puldan yalnız 35,000 Rusiya Federasiyası rublunun qaytardığını qeyd edir. Beləliklə, İddiaçı Cavabdeh 360,000 Rusiya Federasiyası rublu məbləğində borc verməsi mübahisəsiz təsdiq olunur. Həmin məbləğdən 35,000 Rusiya Federasiyası rublunun qaytarılması Cavabdeh özünün etirafı ilə təsdiq olunur. Beləliklə, İddiaçı Cavabdeh 325,000 Rusiya Federasiyası rublu (qətnamə çıxarılan günə olan kurs üzrə 5,837.79 ABŞ dolları təşkil edir) məbləğində borcu olması təsdiq olunur. Hər iki tərəf borcun ABŞ dolları ilə qaytarılması barədə razılıq əldə etməsini təsdiq edir, bu səbəbdən borcun ABŞ dolları ilə razılaşdırılması təsdiq olunur. Lakin, Cavabdeh borcun, verilən tarixə olan məzənnə üzrə hesablanmalı olduğunu və 10,000 ABŞ dolları təşkil etdiyini qeyd edir, halbuki, İddiaçı borcun 5,000 ABŞ dolları olduğunu etiraf edir. Məhkəmə qeyd edir ki, borc, verilən günə olan məzənnə ilə deyil ödənilən günə olan məzənnə üzrə hesablanmalıdır. Bundan başqa, Cavabdeh borcun 10,000 ABŞ dolları təşkil etməsini qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Lakin, iş üzrə şahidlər İddiaçı Cavabdeh 5,000 ABŞ dolları məbləğində razılaşdırılması barədə ifadələr vermişlər ki, həmin şahidlərin ifadələrini təkzib edən, bu ifadələrin qərəzliliyinə dəlalət edən hər hansı hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli və 5,000 ABŞ dolları, ödənilən günə olan məzənnə üzrə manatla İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Qarşılıqlı iddianın 12,000 ABŞ dolları əsas borcun – maşının alqı-satqı müqaviləsinə görə ödənilmiş əlavə məbləğ tələbi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, ilk iddiaya hüquqi qiymət verilərkən həmin məbləğin ödənilmədiyi müəyyən edildiyindən iddia bu hissədə təmin edilə bilməz. Qarşılıqlı iddianın 2,570 ABŞ dolları real zərərin tutulması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Cavabdeh İddiaçı tərəfindən ona olan borcun qaytarılmaması nəticəsində Bankdan kredit götürdüyünü və Banka əlavə məbləğ ödədiyini qeyd etsə də, Bankla bağlanmış kredit müqaviləsi ilə İddiaçı verilmiş borcun əlaqəli olması müəyyən edilmir. Digər tərəfdən, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsini təqdim etməmiş, bununla da kreditin verilməsi məqsədi və bunun zəruriliyi müəyyən edilməmişdir. Bu səbəbdən həmin hissədə də iddia təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən (illik 5%) 1,900 ABŞ dollarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 449.3-cü maddələrinə əsasən (illik 15%) 5,700 ABŞ dollarının, 9,100 ABŞ dolları əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, həmin məbləğlərin düzgün hesablanması üçün verilmiş borcun dəqiq olaraq hansı tarixdə (gün, ay) verilməsi və hansı tarixdə qaytarılmalı olması müəyyən edilməlidir. Cavabdeh borcun 2014-ci ilin may ayında qaytarılmalı olduğunu qeyd etsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən Mülki Məcəllənin istinad edilən normaları yalnız Azərbaycan Respublikası ərazisində bağlanmış əqdlərə şamil oluna bilər. Hazırkı halda təsdiq olunur ki, borc müqabiləsi Rusiya Federasiyasının ərazisində bağlanmış və tərəflərin bu barədə hər hansı şərtlər əsasında razılıq əldə etməsi müəyyən edilmir. Bundan başqa qeyd olunmalıdır ki, əldən çıxmış fayda ilə əlaqədar Cavabdeh onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə sübutlar təqdim etməlidir ki, buna dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən həmin hissələrdə də qarşılıqlı iddia təmin edilməməlidir. İlk iddia tam, qarşılıqlı iddia qismən, 5,000 ABŞ dolları həcmində təmin edildiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında DAF TE 105 XF markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dair bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin avtomobilə dair X5 İmtahan və Texniki Baxış Şöbəsində Cavabdeh adına aparılmış qeyd ləğv edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 5,000 (beş min) ABŞ dolları ödəniş gününə olan məzənə üzrə manatla Cavabdeh xeyrinə tutulsun. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-32/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-32/2020
01.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver