Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-32/2023 12.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi üçün nəzərdə tutulan tikilinin sökülməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi üçün nəzərdə tutulan tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, M.Qasımov küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evi üçün nəzərdə tutulan tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, o, Yevlax şəhəri M.Qasımov küçəsi 5 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Mülkiyyət hüquqları hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən bu hüquqları tanınmışdır. O öz mülkiyyətində cavabdehin qanunsuz tikintisi səbəbindən maddi və mənəvi əziyyət çəkir. Maddi tərəfi tikinti aparılan zaman evinə ciddi zərərin dəyməsi, aparılan tikilinin şəhərsalma qaydalarına uyğun olmaması, xüsusən də qonşuya təsiri yanğın təhlükəsizliyinin və digər fors-major hadisələrin diqqətə alınmaması, yanğın əleyhinə tədbirlərə riayət edilməməsi ilə bina arasında ara məsafələrinə əməl edilməməsidir. Bütün bunlar Şəhərsalma və Tikinti Məcəlləsinin norma və qaydalarına açıq şəkildə ziddir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, özünə məxsus evi vardır. İddiaçı ilə qonşudur. Ev inşa edilən zaman bütün qanunvericiliyin tələblərinə riayət etmişdir. İddia əsassızdır. İşə mahiyyəti üzrə baxılması 12 iyun 2023-cü il tarixə saat 11.40-ə təyin edilmişdir. İddiaçı məhkəmə bildirişi çatdırılmışdır. Məhkəmə hesab edir ki, cavabdehlər işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən hazırkı iş üzrə iddiaçıların iştirakı olmadan baxılması mümkündür. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 10 oktyabr 2022-ci il tarixli M/53 saylı mütəxəssis rəyindən görünür ki, daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********93-10302 və **********62-10320 reyestr nömrəli çıxarışlara əsasən qeydiyyata alındığı nəzərə alaraq, həmin iddiaçı və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evləri tikinti normalarına uyğun inşa edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 iyul 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında 0,0365 hektar həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2023-cü il tarixli 10/8596 saylı rəyindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən tikililərin texniki parametirlərinin, yaşayış evinə aid texniki pasportun məlumatları və çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyini nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən edilir. Beləliklə məhkəmədə aydın oldu ki, tərəflər qonşudular. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, M.Qasımov küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evi üçün nəzərdə tutulan tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə ünvan 2 ünvanında yerləşən tikililərin texniki parametirlərinin, yaşayış evinə aid texniki pasportun məlumatları və çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyini nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikinti norma və qaydalarına uyğun olduğu müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi üçün nəzərdə tutulan tikilinin sökülməsi» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi üçün nəzərdə tutulan tikilinin sökülməsi» tələbinə dair iddiası rədd edilsin. İddiaçı 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamə alındığı vaxtdan 01 ay müddətinə Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiyası Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-32/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-32/2023
12.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver