Məhkəmə qərarları › İş №2(039)-323/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-323/2022

15.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-323/2022 15.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmama faktının müəyyən edilməsi və qəyyum təyin edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Yevlax şəhər İcra Hakimiyyətini və Maraqlı şəxs2 qeyd etməklə, ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 fəaliyyət qabiliyyətli olmaması və onun üzərində qəyyum kimi onun təyin olunma faktının müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəyə əlavə təqdim edərək bacısı X3 fəaliyyət qabiliyyətli olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırmışdır ki, bacısı X4 xx.xx.1983-cü il tarixdə Yevlax şəhərində doğulmuşdur. Doğulduğu gündən səhhətində problemlər yaranmış və nəticədə həddi buluğa çatdığı dövrdə əqli zəiflik və müstəqil qaydada özünü idarə edə bilməməsi müəyyən olunmuşdur. Belə ki, fiziki cəhətdən inkişaf olduğu halda əqli inkişafında ləngimələr yaranmışdır. X5 ilə o, Ərizəçi doğma bacı qardaşdılar. Onun qəyyumu təyin edilməsi barədə aidiyyəti üzrə Yevlax şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Orada ona qəyyum təyin edilməsindən imtina olunmuşdur. Bildirilmişdir ki, bacısı Xanım Abdullayevanın məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və qanunvericiliklə müdafiə etməyə qadir olmadığını təsdiq edən sənədi təqdim olunmalıdır. Bacısı hal-hazırda əqli zəifliyə görə 3-cü qrup əlildir və pensiya alır. Tərəflərin izahatları: Ərizəçi iclas zamanı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi və Maraqlı şəxs2 iclasa gəlməmiş, bunu səbəbləri barədə məlumat verməmişlər. Sübutlar: AA1643565 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.1983cü il tarixdə anadan olmuşdur İX-ЖГ 360107-№li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 aprel 1983-cü il tarixdə Yevlax şəhərində anadan olmuş atası Maraqlı şəxs2, anası X2r. X-ЖГ 360107-№li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş atası Maraqlı şəxs2, anası X2r. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən Ərizəçi ünvanlanmış 2452 №-li, 25 noyabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, qanunun tələbinə görə bacınız X4 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyi və müstəqil sürətdə öz hüquqlarını həyata keçirməyə və qanunvericiliyə əsasən müdafiə etməyə qadir olmadığını təsdiq edən sənədi təqdim etmədiyiniz üçün X1 üzərində qəyyum təyin edilə bilməzsiniz. X1 üzərində qəyyum təyin edilə bilməyiniz üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etməyinizi tövsiyə edirik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanserinin ambulator məhkəmə psixiatrik ekspertizasının 623 №-li, 11 oktyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, X4 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində ) davranış pozuntusu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliyi keçirirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllə: Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclası zamanı Xanım Abdullayevanın psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Xanım Abdullayevanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 30 aprel 1983-cü il tarixdə Yevlax şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar