Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-3237/2023 20.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 , Ərizəçi, Maraqlı şəxs X2 iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı iki uşaqları anadan olmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra ailə münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun yanında qalır və onun bütün maddi və mənəvi ehtiyyaclarını o, ödəyir. Maraqlı şəxs uşaqların saxlanılması üçün heç bir yardım göstərmir. xx.xx.2023-cü il tarixdə aralarında olan nikah pozulması, uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçün mediyasya şurasına müraciət etmiş, mediasiya prosesində xx.xx.2019-cu il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış rəsmi nikahlarının pozulmasına, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqlarının onun himayəsində saxlanılmasına və övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla ümumilikdə 220 manat alimentin onun xeyrinə ödənilməsi və ünvan 1 ünvanında övladları birlikdə köçərək orada yaşamaq tələbinə dair Maraqlı şəxs ilə qarşlıqlı razılığa gəlmişlər. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsməhkəmə baxışı zamanı ərizəni qəbul edərək hər ay hər hər uşağa 110 manat olmaqla, cəmi 220 manat aliment ödənilməsinə etirazı olmadığını bildirdi. Həmçinin barışıq sazişində ərizəçiyə və uşaqlarına yaşayış hüququnun verilməsi nəzərdə tutulan Yevlax rayonu, Aran qəsəbəsi, Bəsdi Bağırov küçəsində yerləşən 4 saylı ev atası Məhəmməd Şirinovun mülkiyyətindədir. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə təflər arasında -
1. İkinci və birinci tərəf 01 iyul 2019-cu il tarixdə, Yevlax rayon İ.H.B-nın Aran qəsəbə İ.Ə.D üzrə nümayəndəliyinin akt qeydlər kitabında 01 nömrəli nikahın pozulmasına tam razı olduqların bildirərək etirazları olmaqdıqlarını bildirimişlər.
2. İkinci tərəf birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X3 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını, azyaşlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 220 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və hər ay birinci tərəfə ödəməyi öz öhdəsinə götürür. Birinci tərəf ikinci tərəfin hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 220 manat alimentin məbləğinin ödənilməsinə tam razılaşır. 3.İkinci tərəf birinci tərəfin yaşayış hüququnun verilməsi tələbi ilə tam razılaşır və ünvan 2 ünvanına, birinci tərəfin övladları ilə birlikdə köçərək yaşamasına heç bir maneçilik törətməyəcəyini bildirərək razılaşır.
4. Birinci tərəf birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2023-cü il təvəllüdlü X6 ilə ikinci tərəfin hər tərəflərin şənbə bazar günləri 2 saat olmaqla, birinci tərəfin iştirakı ilə ünsiyyətdə olmasına heç bir etirazı olmaması barədə razılığa gəldilər. Hüquqi məsələlər: Mülki Prosessua Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Ailə Məcəlləsi: Maddə 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə qismən uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar qismən müəyyən olunur. Beləki, barışıq sazişi ilə nikahın pozulmasına Ailə qanunvericiliyi yol vermir, habelə yaşayış hüququnun verilməsi isə 3-cü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozur və bu səbəbdən barışıq sazişi tərəflərin birgə nikahdan olan övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsi və həmin uşaqların ataları ilə ünsiyyətdə olmaları hissəsində təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə X5 arasında bağlanmış barışıq sazişi qismən təsdiq edilsin.
1. X1 xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun.
2. xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X3 hər həftənin şənbə və bazar günləri 2 saat olmaqla ataları X5 ilə birinci tərəfin yəni Ərizəçi iştirakı ilə ünsiyyətdə olması müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Kamil Əliyev: