Məhkəmə qərarları › İş №2(039)-328/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-328/2021

31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-328/2021 31.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini maraqlı şəxs qismində göstərməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək JN-00xx xxx 90102058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ailələrinə məxsus “torpağa mülkiyyət hüququna dair” dövlət aktında subeyktlərin adları siyahısında birinci ərizəçinin adı Elnarə yox Gülnarə kimi, ikinci ərizəçi Günəşin soyadı isə Quliyeva yox Musayeva kimi qeyd edilmişdir. Halbuki, ad rəsmi sənədlərdə elə olduğu kimi yəni, Elnarə kimi, Günəşin soyadı isə Quliyeva kimi qeyd edilmişdir. Lakin hal-hazırda torpağın mülkiyyət hüququna dair dövlət aktında subyektlərin adları siyahisında adın Elnarə yox Gülnarə kimi, Günəşin soyadının isə Quliyeva yox Musayeva yazılması səbəbindən ərizəçilər müəyyən hüquqularını həyata keçirə bilmir. Hazırda torpağa mülkiyyət hüququna dair dövlət aktında subyektlərin adları siyahısında qeyd olunmuş səhvlərin düzəldilməsi zərurəti yaranmışıdır. Hazırda mövcud olan səhvlərin düzəldilməsi bəzi müəyyən sənədləşmə işlərinin həyata keçirilməsində maneçilik törədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Yevlax rayonunun Gülövşə kəndində yerləşən 1.40 hektar torpaq sahəsinə dair JN-00xx xxx 90102058 saylı torpağın mülkiyyət hüququna dair onların və ailə üzvlərinin adına verilmiş dövlət aktında adı “Elnarə” deyil, səhv olaraq “Gülnarə” kimi qeyd edilmişdir. Mülkiyyətə dair sənəddə adının səhv göstərilməsi ona mülkiyyətlə bağlı hüquqlarını həyata keçirməkdə maneçilik törədir. Qeyd olunan səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Yevlax rayonunun Gülövşə kəndində yerləşən 1.40 hektar torpaq sahəsinə dair JN-00xx xxx 90102058 saylı torpağın mülkiyyət hüququna dair onların və ailə üzvlərinin adına verilmiş dövlət aktında soyadı “Quliyeva” deyil, səhv olaraq “Musayeva” kimi qeyd edilmişdir. Musayeva soyadı onun anasının qızlıq soyadı olmuş və o, heç bir zaman həmin soyadı daşımamışdır. Mülkiyyətə dair sənəddə soyadının səhv göstərilməsi ona mülkiyyətlə bağlı hüquqlarını həyata keçirməkdə maneçilik törədir. Qeyd olunan səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəçilərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Yevlax rayon Xaldan soveti tərəfindən xx.xx.1883-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 304020 №li nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X5 arasında bağlanmış nikah 1983-ci ilin iyun ayının 06-ci günündə akt qeydləri kitabında 26 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada isə Quliyeva soyadı verilmişdir. Yevlax rayon Bucaq kənd soveti tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş X-ЖГ seriyalı 468401 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur; atası –X10, anası – X2r. Yevlax rayon Bucaq kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 363395 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur; atası –X10, anası – X2r. Ərizəçi2 məxsus AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə ərizəçinin soyadı “Quliyeva”, adı “Günəş”, atasının adı “Fidail”, doğulduğu tarix isə “xx.xx.1985” göstərilmişdir. Ərizəçi1 məxsus AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə ərizəçinin soyadı “Quliyeva”, adı “Elnarə”, atasının adı “Fidail”, doğulduğu tarix isə “xx.xx.1987” göstərilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 460 №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Quliyeva Şamama Bəşir qızı və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı- xx.xx.1962-ci təvəllüdlü Quliyev Fidail Alı oğlu, qızıxx.xx.1985-cü il təvəllüdlü Ərizəçi2 və qızı- xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi1. JN-00xx xxx 90102058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Yevlax rayon Gülovşə kənd sakini X8 və onun ailə üzvləri olan X3, X1 və başqalarına kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1,40 hektar torpaq sahəsi verilmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, JN-00xx xxx 90102058 saylı “Torpağa mülkiyyət hüququnun verilməsinə dair” dövlət aktında ərizəçilərin ailə üzvləri olan şəxslərlə yanaşı Ərizəçi1 və Ərizəçi2 da (ərizəçilər) soyadlı və adı qeyd olunmuşdur. Lakin Ərizəçi1 adı, Ərizəçi2 isə soyadı düzgün yazılmamışdır. Ərizəçilər, dövlət aktında düzəlişin edilməsi barədə DƏDRX-in 17 saylı Ərazi İdarəsinə müraciət etsə də, səhvin aradan qaldırılmasından imtina edilmişdir. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-00xx xxx 90102058 saylı “torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən “X7” AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə göstərilən “Ərizəçi2” ilə eyni şəxsdir və “X4” AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə göstərilən “Ərizəçi1” ilə eyni şəxsdir. Əərizəçilər həmin dövlət aktlarının onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-00xx xxx 90102058 saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar