Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-345/2021 10.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 155,15 manat əsas borc, 236,56 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 411,71 manat məbləğində vəsaitin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 3.0 ha sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 6.0 ton xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1860,08 manat dəyərində avans vəsait götürmüşdür. Müqavilə şərtlərinə görə cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh 1662,33 manat məbləğində 3634,43 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 42,60 manat cəmiyyətə geri qaytarmış, 155,15 manat borcu ödənilməmiş qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Yevlax” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqələri ilə təsdiq edilir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiymətinin (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır) 20 % həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği hazırki halda 3634,43 manat təşkil edir. Müqavilə üzrə 6.0 ton xam-pambıq təhvil verilməli olduğu halda 3634,43 kq təhvil verilib. Verilməmişdir: (6.0 t-3634,43 kq)*500 manat=1182,78 manat*20%=236,56 manat. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, pambıq yığımının onun planlaşdırdığı şəkildə olmadığını və bu səbəbdən iddiaçıya borcununun yarandığını, imkanı olduqca borcundan ödənişlər edəcəyini və cərimə borcunun çox hesablandığını bildirərək, məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin Yevlax filialı və Cavabdeh arasında xx xxxxxx 2017-ci ildə “2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına” dair ********* saylı müqavilə bağlanmış, cavabdeh 3 ha torpaq sahəsində pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı müqavilədə qeyd olunmuş qiymətə alıcının mülkiyyətinə vermək, alıcı isə xam-pambığı vaxtında qəbul edib məhsulun dəyərinin satıcıya ödənilməsini təmin etmək öhdəliyi götürmüşdür. Bu müqavilənin 4.2-ci bəndinə əsasən təsərrüfat (hazırki iş üzrə cavabdeh) üzərinə götürdüyü öhdəlikdən az miqdarda xam-pambıq təhvil verərsə, onda təhvil verilməyən xam-pambığın dəyərinin 20% miqdarında (birinci növ qiyməti ilə) alıcıya və yaxud alıcının razılığı ilə tədarükçüyə cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib alacağı məhsulun müqabilində cavabdehə qabaqcadan avans vermiş olsa da, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və İddiaçı MMC-yə 6.0 ton xam-pambıq verməli olduğu halda 3634,43 kq xam-pambıq vermişdir. Odur ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən əsas borc məbləğini tələb etməkdə haqlıdır. İddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə hesab edir ki, tələb olunan 236,56 manat cərimə borcu azaldılaraq 20 manat müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 155,15 manat əsas borc və 20 manat cərimə borcu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 155,15 manat əsas borc, 20 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 195 (bir yüz doxsan beş ) manat 15 (on beş) qəpik məbləğində vəsait tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01(bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-345/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-345/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver