Məhkəmə qərarları › İş №2(039)-345/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-345/2023

23.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-345/2023 23.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı və onun vəkili X1 , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdehn qarşı pul kompensasiyası verilməklə evdən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2008-ci il tarixli MH seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, xüsusi mülkiyyətində olan və Yevlax şəhəri R. Balakişiyev küçəsində yerləşən 102 saylı fərdi yaşayış evindən Cavabdeh 01 oktyabr 2007-ci il təvəllüdlü oğlu X2 ilə birlikdə 8,000 (səkkiz min) manat məbləğində pul kompensasiyası ödənilməklə onların istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlə razılığa gəldiklərini, təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh iclas zamanı iddiaçı ilə razılığa gəldiklərini bildirmiş və təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 191.1. tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə təqdim edilmiş barışıq sazişinin şərtlərini tərəflərlə müzakirə edərək belə nəticəyə gəlir ki, barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı və Cavabdeh tərəfindən təqdim edilmiş barışıq sazişi təsdiq edilsin.

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə 15,000 (on beş min) manat 03 mart 2023-cü il tarixdə Cavabdeh xeyrinə tutulsun.

2. Cavabdeh 01 oktyabr 2007-ci il təvəllüdlü oğlu X2 ilə birlikdə ən gec 01 iyun 2023cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən, istifadə hüququna xitam verilməklə, çıxarılsınlar.

3. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində olan yataq dəsti (taxt, bəzənmə masası, dolab, 2 ədəd tumba), yataq otağında olan kondisioner, televizor və televizor altlığı (TV stend), mətbəx mebeli (qaz sobası da daxil olmaqla İddiaçı sahibliyinə, qonaq dəsti (şüşəli dolab, komod, masa, 8 ədəd oturacaq), divan-kreslo (yazı masası da daxil olmaqla), uşaq otağında olan kondisioner, paltaryuyan maşın, soyuducu, uşaq otağında olan uşaq üçün yataq və dolab Cavabdeh sahibliyinə verilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar