Məhkəmə qərarları › İş №2(039)-346/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-346/2020

13.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-346/2020 13.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X4ıİdarəsinin xx xxxxxx 2017-cu il tarixli qərarı əsasında hesablanmış 1321,20 manat cərimənin, həmçinin Cavabdeh Tərtər X4 İdarəsinin xx xxxxxx 2018-ci il tarixli qərarı əsasında hesablanmış 316,80 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia ərizəsi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda o, ünvan 1 ünvanında yaşayır. Yaşadıqları ev işıq, su və qazla təchiz olunmuşdur. Cavabdeh Tərtər X4ıİdarəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixli, ******* saylı akt tərtib edilərək qaz sayğacının qabaq rezin boru tərəfində zədələnməsi aşkar olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. Bundan sonra Cavabdeh Tərtər X4 İdarəsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə 6606 kub.metr qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi qərara alınmışdır. Birlik tərəfindən həmin 6606 kub.metr qaz 0,20 qəpiyə vuralaq ona 1321,20 manat cərimə hesablanmışdır. Hansı ki, həmin 6606 kub.metr qaz 0,20 qəpiyə deyil, 0,10 qəpiyə vurulmalı idi. Eyni zamanda hesabat müddəti 60 gün hesablanaraq, itirilmiş qazın bərpası həmin müddət üzrə hesablanmışdır ki, o, bununla razılaşmır. Belə ki, müdaxilə cəmi 3 gün müddətində olmuşdur. Bundan sonra ikinci dəfə Cavabdeh Tərtər X4 İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt tərtib edilərək qaz sayğacının daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi tələb olunmuşdur. Bundan sonra Cavabdeh Tərtər X4 İdarəsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 3168 kub.metr qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi qərara alınmışdır. Qaz sayğacı həyətdə deyil, küçədə hasara vurulmuşdur və qorunması üçün heç bir örtükləörtülməmişdir. Hər iki qərar üzrə hesablanmış cərimə əsassız olduğundan həmin cərimə məbləğlərinin silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinəəsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, işüzrə iddiçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığıünvanda quraşdırılan qaz sayğacından qabaq rezin boru aşkar olunmuşdur. Birliyin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən PQ-4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 1.2 m3/saat, orta günlük iş rejimi - 8 saat və hesabat müddəti - 60 gün qəbul edilməklə, qsq-nin maksimal saatlıq qaz sərfi – 2.25 m3/saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti - 60 gün qəbul edilməklə, qssq-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi-20 saat, hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpasıüçün hesabatın aparılması və 6606 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2017-ci il tarixli ******* nömrəli akt olmuşdur. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacının daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Birliyin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.8 m3/saat, orta günlük iş rejimi - 6 saat və hesabat müddəti - 90 gün qəbul edilməklə, qsq-nin maksimal saatlıq qaz sərfi – 2 m3/saat, orta günlük iş rejimi - 8 saat, hesabat müddəti -90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi – 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpasıüçün hesabatın aparılması və 3168 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2018-ci il tarixli ******* nömrəli akt olmuşdur. İş materiallarında olan “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə 2017-ci il tarixə borcu 1321,20 manat və 2018-ci il tarixə borcu 316,80 manat təşkil edir. Göstərilənləri nəzərə alan məhkəmə, mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isəöz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtükləörtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fıziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli qərarda cavabdeh Birlik tərəfindən abonentə 60 gün müddətində hesabat aparılmaqla əlavə sərfiyyat hesablanmışdır. Mövcud qanunverciliyin tələblərinə əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 60 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Məhkəmə iclasında iddiaçı qaz sayğacına müdaxilə nəticəsində təbii qazdan 3 gün müddətində istifadə etdiyini bildirmişdir ki, bu hesablamaya əsasən iddiaçıya (1.2*80*3=28,8; 2.25*18*3=121,5; 3*10*3=90: cəmi 240,3 m3*0,10=24,03) 24,03 manat cərimə hesablanmalı olduğu halda 1321,20 manat cərimə hesablanmışdır. İddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktlarda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya birinci akt üzrə hesablanmış 1297,17 manat (1321,20-24,03=1297,17) borc və ikinci akt üzrə hesablanmış 316,80 manat borc əsassızdır və iddiaçının abonent kodundan silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb istihlakçının hüquqlarının müdafiəsi ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdeh Birliyə aid edilməli, bu məqsədlə 30 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinəəsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi evinə istifadə olunan qaz istehlakına görə **********00000 abonent koduna hesablanmış xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən hesablanmış 1297 (bir min iki yüz doxsan yeddi) manat 17 (on yeddi) qəpik borc və xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən 316 (üç yüz on altı) manat 80 (səkksən) qəpik borc məbləği silinsin. Dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar