Məhkəmə qərarları › İş №2(039)-355/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-355/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-355/2023 31.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-197 saylı 90102068 kodu torpağın mülkiyyət hüququna dair dövlət aktında getmiş yanlışlarının düzəldilməsi, yəni həmin sənəddə səhfən onun adının “Elçin” əvəzinə “İsa” yazılması ata adının əvəzinə “Musa” yazılması nəzərə alaraq, JN-197 saylı 90102068 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktının təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Xanabad kəndi ərazisində 1.38 hektar kənd təsərrüfatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair ümumi birgə mülkiyyət hüququnun JN-197 saylı 90102068 kodu torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən təsbiq edilmişdir. Qeyd edilən dövlət aktında onun ad və soyadı səhf yazılmışdır. Adı “Elçin” əvəzinə yanlışıqla “İsa” ata adı isə “İsrail” əvəzinə yanlışlıqla “Musa” yazılmışdır. Ona və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə daxil olan, o cümlədən Yevlax rayonu, Xanabad kəndində yerləşən 1.38 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüquqları təstiq edən dövlət reyestrindən çıxarış almaq üçün maraqlı şəxsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə səhvin düzəlməsi ilə bağlı müraciət etsə də ona məhkəməyə məhkəməyə müraciət etməyi bildirmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçin X6 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax rayonu Bucaq kənd sovetliyi tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş AЗ seriyalı 741415 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1964-cü il tarixdə Yevlax rayonu, Xanabad kəndində anadan olmuşdur; atası- X7, anası- X8r. Ərizəçi məxsus AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Mustafayev”, adı “Elçin”, atasının adı “İsrail”, doğulduğu tarix isə “xx.xx.1964” göstərilmişdir. Yevlax rayonu, Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 422 saylı xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X6 həqiqətən də Yevlax rayonu, Xanabad kəndində yaşayır ailə üzvləri həyat yoldaşı xx.xx.1967-ci il tarixdə anadan olmuş X3, qızı xx.xx.1989-cu il tarixdə anadan olmuş X9, qızı xx.xx.1992-ci il tarixdə anadan olmuş X13 və oğlu xx.xx.1994-cü il tarixdə anadan olmuş X11. JN-197 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X14, X4, X2, X10 və X5 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 34 saylı qərarı ilə Yevlax rayonu Xanabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,38 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-197 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X22 və X16 ifadələrində bildirmişdir ki, ərizəçi onların həmkəndilisdir. Ərizəçinin adı “Elçin” ata adı İsrail olduğunu bildirmişdirlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, JN-197 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamələr”də göstərilmiş “adı və ata adı” ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı və ata adı” düz gəlmir, şəhadətnamədə “X6” əvəzinə “X22” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-197 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X22” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir və ərizəçi həmin dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-197 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar