Məhkəmə qərarları › İş №2(039)-361/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-361/2023

13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-361/2023 13.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-0054 KOD 90114028 saylı torpağın mülkiyyətinə verilməsinə dair dövlət aktının mərhum X7na və mərhum anası X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Yevlax rayonu, Qarxun kəndində anadan olmuşdur. X7 xx.xx.2006-ci ildə və anası X10 xx.xx.2009-cu ildə vəfat etmişdir. JN-0054 KOD 90114028 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayonu, Aşağş Qarxun kəndində yerləşən 5.22 hektar pay torpaq sahəsi onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin dövlət aktında mərhum atasının atasının adı səhvən Miralı, mərhum anasının adı səhvən Brilyant və sonuncunun atasının adı səhvən Hüseyn yazıldığı üçün müəyyən mülki hüquqlarını həyata keçirə bilmirlər. Dövlət aktında getmiş səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçlərinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.1961-ci il tarixdə verilmiş A3 №-li 007537 doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası-X19, anası-X3r. Ərizəçi məxsus xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Məmmədov”, adı “Əbülfət”, atasının adı “Qayıd”, doğulduğu yer “Yevlax rayonu, Qarxun kəndi”, doğulduğu tarix isə “xx.xx.1961”, qeydiyyatda olduğu ünvan “ünvan 2ibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 175562 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X24 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir; Yevlax rayonu Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 336278 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X10 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir; JN-0054 KOD 90114028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X17, X4, X11, Ərizəçi, X5, X9 və X12 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə Yevlax rayonu Aşağı Qarxun kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 5,22 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0054 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax rayonu Yuxarı Qarxun kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 748 saylı, xx.xx.2022-ci il tarixrli arayışdan görünür ki, Ərizəçi həqəqətən də Yevlax rayonu, Aşağı Qarxun kəndində yaşayır. Torpağın mülkiyyət hüququna dair Dövlət aktında (JN-0054 KOD ********) Ərizəçi mərhum anası X10 və mərhum X7 kimi oxunmalıdır. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/13-102 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X24 və X1 adına “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış doğum akt qeydi aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 ifadəsində bildirmişdir ki, ərizəçi onun atasıdır. Ərizəçinin məhrum X7nun və mərhum anası X6 onun ata babası və ata nənəsi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X25 ifadəsində bildirmişdir ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin məhrum atasının X19 və mərhum anasının isə X15 olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin, JN-0054 KOD 90114028 №li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş mərhum “atasının ata adı və mərhum anasının adı və ata adı” ilə doğum haqqında və ölüm haqqında şəhadətnamələrdə göstərilən “adı və ata adları” düz gəlmir, şəhadətnamələrdə “X19 və X10” əvəzinə “X20 və X13” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-0054 KOD 90114028 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X20 və X13” Ərizəçi məxsus olan A3-İ seriyalı, 007537 №-li doğum haqqında şəhadətnamədə göstərilən mərhum atası “X19” ilə eyni şəxsdir və AZ-İ seriyalı, 336278 №-li ölüm haqqında şəhadətnamədə göstərilən mərhum anası “X10” ilə eyni şəxsdir, ərizəçin həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0054 KOD 90114028 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X20 və X13” Ərizəçi məxsus olan A3-İ seriyalı, 007537 №-li doğum haqqında şəhadətnamədə göstərilən mərhum atası “X19” ilə eyni şəxsdir və AZ-İ seriyalı, 336278 №-li ölüm haqqında şəhadətnamədə göstərilən mərhum anası “X10” ilə eyni şəxsdir, ərizəçin həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar