Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-370/2020 17.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh-yə qarşı qalıq faiz borclarının silinməklə kredit, ipoteka müqaviləsinin ləğvi və ipoteka girovu ilə yüklü edilmiş xüsusi mülkiyyətində olan daşınmaz əmlakın girovdan azad edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-ə qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASC-nin Yevlax filialı ilə aralarında bağlanmış xx xxxxxx 2013-cü il tarixi, YF-2209 saylı kredit müqaviləsi üzrə qalıq faiz 3261.87 manat borc məbləğinin silinməklə kredit, ipoteka müqaviləsinin ləğvi və ipoteka girovu ilə yüklü edilmiş xüsusi mülkiyyətində olan daşınmaz əmlakın girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışlar ki, “Cavabdeh ASC”-nin Yevlax filialı ilə arasında bağlanan xx xxxxxx 2013-cü il tarixli, YF-2209 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 20 faiz olmaqla 10,000 məbləğində kredit verilmişdir. Kreditin verilməsinin əsas şərti mülkiyyətində olan, Yevlax şəhəri, M,Ş.Vazeh küçəsi 2A nömrəli evin 12 saylı mənzilini ipoteka girovu ilə yüklü edilməsi şərti oldu. Qarşılıqlı razılaşma əsasında kredit və ipoteka müqavilələri bağlandı. Cavabdeh-nin Yevlax filialından 2013-cü ilin noyabr ayının altısı tarixində mülkiyyətində olan, Yevlax şəhəri, M.Ş.Vazeh küçəsində 0.0673 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evimi ipoteka girovu ilə yüklü edərək 10,000 məbləğində kredit götürmüşdür. Bir müddət ödəniş etdikdən sonra nəvəsinin səhhətində geriləmələr olduğu üçün üzürlü səbəbdən ödənişlərimdə axsamalar olmuşdur. Beləliklə üç ildən sonra 2016-cı ildə “Cavabdeh ASC”-nin Yevlax filialı “kredit borcunun geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmiş və ondan 8,921 manat əsas, 4,146 manat isə faiz borcunun, ümumilikdə 13,067 manat borcun alınaraq iddiaçı Cavabdeh-yə verilməsi, mülkiyyətində olan Yevlax şəhəri, M.Ş.Vazeh küçəsində 0.0673 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evimin açıq hərracda satılması qət edilmişdir. Qətnamə elan olunan bir gündən etibarən qeyd olunan əsas 8,921 manatı tam olaraq ödəniş etdi və əlavə olaraq faiz borcundanda qismən ödənişlər aparmışdır. xx xxxx 2019-cu il tarixə banka olan əsas borcu 0 manat təşkil etdi. Lakin faiz borcu silinməmiş qaldı. Dəfələrlə həm banka həm də Maliyyə X1q faiz borcun silinməsi ilə bağlı şifahi müraciət etməyinə baxmayaraq ondan qalıq faiz borcun ödənilməsini tələb edirlər. O, izah edə bilmir ki, axı faiz borcları silindi. Lakin Bank ondan birmənalı olaraq faiz borclarını tələb edir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə xx xxxxxxxx 2020-ci il tarixə, daha sonra xx xxxxxxxx 2020-ci il tarixə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflər iclasa gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh-yə qarşı qalıq faiz borclarının silinməklə kredit, ipoteka müqaviləsinin ləğvi və ipoteka girovu ilə yüklü edilmiş xüsusi mülkiyyətində olan daşınmaz əmlakın girovdan azad edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-370/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-370/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver